Abzasmedia Jurnalistlerinin Hebsi - Wikipedia
"AbzasMedia" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "AbzasMedia" işi — 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova polislər və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır.
"AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir.
Arxa plan
redaktə"AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media plaftormasıdır. "AbzasMedia"da Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırılmaları, o cümlədən nazir və məmurlarla bağlı olan onlarla araşdırılmayan cinayətlərlə bağlı materiallar dərc olunmuşdur.
Xronologiya
redaktə2023
redaktəNoyabr
redaktə2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı.[1] Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi.[2] Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib. O, jurnalistlərə saxlanılan zaman onun polislər tərəfindən gözündən yumruqla vurulduğunu bildirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə aparılaraq orada da qeyri-insani davranışa və işgəncəyə məruz qaldığını qeyd edən Həsənli idarədə ona yumruqla zərbələrin endirildiyini bildirdi. Ülvi Həsənli polis idarəsində ona verilən sualların Abzas Media-nın apardığı korrupsiya cinayətləri ilə bağlı araşdırmalarla əlaqəli olduğunu deyib.[3]
Noyabrın 23-də jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova "Abzas Media" ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldılar. Sahilə Aslanova 3 saat dindirilmədən sonra idarədən sərbəst buraxıldı. Aslanovanın sözlərinə görə istintaq sirri olduğu üçün dindirilmədə hansı sualların verildiyi barədə məlumat verə bilməz. Nərgiz Absalamovanın sözlərinə görə isə, BŞBPİ-dən Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs olunması ilə bağlı çağırıldığını desələr də sualların heç biri o istiqamətdə deyildi.[4]
Noyabrın 24-də jurnalistlər Elnarə Qasımova və Mina Əlyarlı "Abzas Media" ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldılar. Elnarə Qasımova idarədə təxminən 2 saat dindirildi və həbs olunan jurnalistlərlə bağlı sorğu-sual edildi. Mina Əlyarlı isə sualların daha çox Sevinc Vaqifqızının fəaliyyəti, "Abzas Media"da görülən işlər, araşdırmalarla bağlı olduğunu qeyd elədi.[5]
Noyabrın 28-də bu səfər araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Toğrul Vəliyev "Abzas Media" ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldılar. ""Abzas Media"dan araşdırma məqalələrinin yayılması üçün platforma olaraq istifadə edib. Amma bu araşdırmalar ətrafında mənə suallar verilmədi. Suallar "Abzas Media"nın fəaliyyəti, mənim onlarla əlaqələrim çərçivəsində, əsasən də maliyyə ətrafında olan məsələlər barəsində idi." deyə Hafiz Babalı bildirdi.[6] İqtisadçı Toğrul Vəliyev də idarədə "Abzas Media" ilə bağlı dindirildiyini qeyd elədi.[7][8]
Noyabrın 30-da "Abzas Media"nın jurnalisti Nərgiz Absalamova Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət edildi.[9] BŞBPİ-də dindirilən Nərgiz Absalamova dindirilmədən sonra polislər tərəfindən saxlanıldı və ona qarşı "Abzas Media"nın rəhbərliyinə qarşı irəli sürülən eyni ittiham irəli sürüldü.[9] Absalamovanın hüquqlarını müdafiə edən Şəhla Hümbətova onun hazırda dəqiq olaraq harada olduğunun məlum olmadığını bildirdi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti isə Nərgiz Absalamova saxlanıldığını təsdiqlədi, araşdırma aparıldığını bildirdi.[10][11] Dekabrın 1-də Nərgiz Absalamova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açıldı və Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.[12]
2024
redaktəYanvar
redaktəAbzas Medianın reportyoru Elnarə Qasımova 2024-cü il yanvarın 13-də "Abzas Media" işi ilə bağlı növbəti dəfə Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılmışdır.[13] Həmin gün Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılmışdır.[14] Onun hüquqlarını müdafiə edən Bəhruz Bayramovun sözlərinə görə, Elnarə Qasımova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə şübhəli şəxs qismində saxlanılmışdır.[15] Yanvarın 15-də isə Xətai Rayon Məhkəməsinin Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçmişdir.[16] Bəhruz Bayramovun sözlərinə görə, hüquqlarını müdafiə elədiyi jurnalist qeyri-insani rəftara məruz qalıb — "Qasımovanın əllərinə arxadan qandal vuraraq bura gətirmişdilər. Zalda onun əllərini qabaq tərəfdən qandalladılar".[17] Elnarə Qasımova ittihamları rədd etmişdir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirmişdir. Elnarə Qasımovanın hüquqlarını müdafiə edən digər vəkil Aişə Abdel Qadir onun həbsi ilə bağlı heç bir sübut təqdim edilmədiyini bildirmişdir.
Aprel
redaktəAprelin 18-də, saat 18:20-də iqtidaryönümlü "Qafqazinfo" saytında ""Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olundu və orada "Meclisinfo" platformasının rəhbəri İmran Əliyevin də adı hallandı.[18] Həmin məqalədə o, qrant qaçaqmalçılığında ittiham olunurdu. Həmin gün saat 20:30 radələrimdə İmran Əliyev Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidməti tərəfindən saxlanıldı və ardınca hüquq-mühafizə orqanlarına (polislərə) təhvil verildi. Aeroportdan yaydığı videoda o, bunları bildirmişdi: "Haqqımda gedən sifarişli yazıdan sonra İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar."[19]
Bir gün sonra, aprelin 19-da Xətai Rayon Məhkəməsində İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs-qətimkan tədbiri seçildi.[20] Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olundu.[21] Yaxınlarının sözlərinə görə, o, "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxs olaraq istintaqa cəlb olunub.[22] İmran Əliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmədi. [23] Onun hüquqlarını müdafiə edən Qanqa İbrahimovun sözlərinə görə İmran Əliyev saxlanıldıqdan sonra polis orqanına gətirilib, orada onu döyüblər, işgəncə veriblər və zorla hansısa sənədə imza atdırıblar.[24] İmran Əliyevin rəhbəri olduğu "Meclisinfo" platforması Milli Məclisin fəaliyyətini monitorinq edən platformadır.
Aprelin 20-də həmçinin ictimai fəallar Elgiz Qəhrəman və Murad Rüstəmbəylinin Azərbaycandan çıxışlarına məhdudiyyət qoyulduğu məlum olub. Bu barədə məlumatı müxtəlif vaxtlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidməti tərəfindən məlumat alıblar. Məhdudiyyət Daxili İşlər Nazirliyi tərəfindən qoyulub, ancaq məhdudiyyətin səbəbi ilə bağlı məlumat verilməyib.[25]
May
redaktə2024-cü il mayın 30-da iqtisadçı Fərid Mehralızadə işə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Günorta saatlarında onun yaşadığı evə aparılaraq axtarış həyata keçirilib. Bu zaman onun qanunsuz saxlanıldığı üzə çıxıb[26]. Axtarış prosesində Mehrəlizadə vəkili ilə birlikdə olmaq istəsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları buna icazə verməyib. Nəticədə, onun və həyat yoldaşı Nərgiz Muxtarovaya məxsus bütün elektron cihazlar, sənədlər və avtomobil müsadirə olunub.
Nərgiz Muxtarova yerli mətbuata açıqlamasında bildirib ki, həyat yoldaşı saxlanılarkən zorakılığa məruz qalıb və kobud rəftar edilib. Onun sözlərinə görə, Fərid saxlanılarkən başına torba keçirilib və tanımadığı bir yerə aparılaraq fiziki zorakılığa məruz qalıb[27]. O, yalnız Bakı Şəhər Baş Polis İdarəsinə çatdırıldıqdan sonra başındakı torba çıxarılıb və orada olduğunu öyrənib. Mehralızadənin vəkili isə yalnız axşam saatlarında, 18:30-da idarəyə buraxılıb.
2024-cü il iyunun 1-də ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb. Eyni gün Xətai Rayon Məhkəməsi onun barəsində üç ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib[28]. Lakin məhkəmə və istintaq sənədlərində Mehralızadənin "Abzas işi" adlanan işdə iştirakını təsdiqləyən hər hansı sübut təqdim edilməyib[29]. Abzas Media da yaydığı bəyanatda Mehralızadə ilə əməkdaşlığının olmadığını qeyd edib.
Mehrəlizadə həbs qərarının qanunsuz olduğunu bildirərək apellyasiya şikayəti verib. Bununla belə, iyunun 6-da Bakı Apellyasiya Məhkəməsi ilkin məhkəmənin qərarını qüvvədə saxlayıb[30]. Daha sonra onun vəkilləri Xətai Rayon Məhkəməsinə müraciət edərək, zaminə buraxılmasını və ya ev dustaqlığına keçirilməsini tələb ediblər. Lakin iyulun 3-də bu vəsatət rədd edilib. 10 iyulda Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.
17 noyabr tarixində isə "AbzasMedia"nın 3 qadın əməkdaşına- Sevinc Vaqifqızına, Nərgiz Absalamovaya və Elnarə Qasımovaya təcridxanada fiziki zorakılılq göstərildiyi bildirilmişdir[31]. Yaxınlarının sözlərinə görə Sevincin iç bilək hissəsində yumurta boyda göyərmə izi var. Həmin əlinin baş barmağının iç damarı partlayıb və orta barmağı da partlayıb. Nərgizin da ələ yaxın hissəsində göyərmə var. Həmin formada zədə Elnarədə də var[32]. Sevinc Vaqifqızının sözlərinə görə otaqda yalnız bir pəncərə açılır və havalandırma sistemi yoxdur. Hava axını kamera qapısının nəfəsliyi açıq qalanda dövr edə bilir, amma noyabrın 14-də o nəfəslik də qapandı. Qapılar yavaş-yavaş döyülməyə başladı. Kameraların birində hamilə qadın, o birində azyaşlı uşağı ilə saxlanılan, üzbəüz kamerada ürəyində stend olan, öz otağında isə epilepsiya xəstəsi və klaustrafobiyadan əziyyət çəkən qadınlar var. Sevincin vəkili onun nəfəsliyin bağlanmaması üçün qolunu nəfəsliyin arasına salarkən qolunun sıxışdığını, nəticədə həmin nahiyədə hematoma yarandığını bildirib[33].
AbzasMedia işi ilə bağlı verilən bəyanatlar
redaktəHuman Rights Watch (HRW) "Abzas Media" müstəqil nəşrinin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalovun həbsləri və pis rəftara məruz qalmaları ilə bağlı bəyanat yaydı.[34][35][36] "Azərbaycan iqtidarı öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür. Həsənli, Vaqifqızı və Kekalovun həbsləri uzun müddətdir mövcud olan nümunənin son illüstrasiyasıdır və onlar dərhal azad edilməlidir" deyə bəyanatda deyildi.[37] Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan iqtidarının "Abzas Media"nın direktoru Ülvi Həsənlini və baş redaktoru Sevinc Vaqifqızını azad etməyə, Həsənlinin bazar ertəsindən bəri yoxa çıxmış müavini Məhəmməd Kekalovun harada olduğunu bildirməyə çağırmışdır.[38] "Azərbaycan iqtidarı Vaqifqızı və Həsənlini dərhal azad etməlidir. Məhəmməd Kekalovun harada olduğu barədə məlumat verilməli və "Abzas Media"ya ictimai maraqlara uyğun mühüm reportajlarını davam etdirməsi üçün şərait yaradılmalıdır" – deyə çağırışda deyilmişdir.[39] Norveç Helsinki Komitəsi (NHC) Azərbaycan iqtidarını müstəqil mediaya qarşı davam edən repressiyaları dayandırmağa və son günlər saxlanılan "Abzas Media"nın jurnalistlərini dərhal azad etməyə çağırmışdır.[40] Norveç Helsinki Komitəsinin bəyanatında "Abzas Media" tənqidi reportajları, korrupsiya araşdırmaları və Azərbaycanda ictimai maraq doğuran mövzuları işıqlandırması ilə tanındığını qeyd eləmişdir.[41] Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar və bu yaxınlarda müstəqil jurnalistlərin həbsi ilə bağlı bəyanat yaydı.[42] Komitənin yaydığı bəyanatda bu repressiyalar qətiyyətlə pislənildi, həbs edilmiş müstəqil jurnalistlərin və bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırıldı.[43] "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi müstəqil jurnalistlər – "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini və əlillərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalovun son həbslərini pisləyir və Azərbaycan iqtidarını fəallara, jurnalistlərə qarşı siyasi motivli təqib və təzyiqləri dayandırmağa çağırır" deyə bəyanatda deyildi.[44] "Freedom Now" da Həsənli, Vaqifqızı və Kekalovun həbsi ilə bağlı bəyanat yaydı. "Biz Azərbaycan iqtidarını onları dərhal həbsdən azad etməyə və bütün ittihamlardan uzaq durmağa çağırırıq" deyə bəyanatda deyilir.[45]
İstinadlar
redaktə- ↑ Qafqazinfo.az xəbər saytı. "Ülvi Həsənli saxlanıldı". www.qafqazinfo.az ( (az.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Gözətçi - Siyasi Hüquqlara dair Məlumat Portalı. "Ülvi Həsənlinin evində axtarış aparılır, ofisdən 40 min avro "tapılıb"". www.gozetci.az ( (az.)). 22.11.2023. 2024-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Turan İnformasiya Agentliyi. "Abzas Media Ülvi Həsənlinin həbsinin araşdırmaları ilə bağlı olduğunu bildirir". www.turan.az ( (az.)). 22.11.2023. 2023-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Voice of America (VOA) / Ülviyyə Quliyeva. "Jurnalistlər "Abzas Media"nın işi üzrə şahid qismində dindirilib". www.amerikaninsesi.org ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Voice of America (VOA) / Ülviyyə Quliyeva. "Jurnalistlər Elnarə Qasımova və Mina Əlyarlı "Abzas Media" ilə bağlı dindiriliblər". www.amerikaninsesi.org ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Voice of America (VOA) / Gülzar Məmmədli. "Jurnalist Hafiz Babalı "Abzas Media"ya qarşı açılmış cinayət işi ilə bağlı dindirilib". www.amerikaninsesi.org ( (az.)). 22.11.2023. İstifadə tarixi: 22.11.2023.
- ↑ Voice of America (VOA) / Türkan Bəşir. "İqtisadçı "Abzas Media" ilə bağlı dindirilib". www.amerikaninsesi.org ( (az.)). 22.11.2023. İstifadə tarixi: 22.11.2023.
- ↑ Voice of America (VOA) / Gülzar Məmmədli. "İqtisadçı Toğrul Vəliyev "Abzas Media"ya qarşı açılmış cinayət işi ilə bağlı dindirilib". www.amerikaninsesi.org ( (az.)). 22.11.2023. İstifadə tarixi: 22.11.2023.
- ↑ 1 2 Voice of America (VOA). "Jurnalist Nərgiz Absalamova saxlanılıb". www.amerikaninsesi.org ( (az.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Qafqazinfo.az xəbər saytı. "Nərgiz Absalamova saxlanıldı". www.qafqazinfo.az ( (az.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Turan İnformasiya Agentliyi. "Nərgiz Absalamova saxlanılıb, araşdırma aparılır - DİN". www.turan.az ( (az.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Qafqazinfo.az xəbər saytı. "Nərgiz Absalamova barədə həbs qərarı verildi". www.qafqazinfo.az ( (az.)). 22.11.2023. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Voice of America (VOA) / Nigar Mübariz. "Jurnalist Elnarə Qasımova "Abzas Media" işi ilə bağlı yenidən BŞBPİ-yə çağırılıb". www.amerikaninsesi.org ( (az.)). 18.01.2024. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2024.
- ↑ Voice of America (VOA) / Nigar Mübariz. "Jurnalist Elnarə Qasımova saxlanılıb". www.amerikaninsesi.org ( (az.)). 18.01.2024. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2024.
- ↑ Voice of America (VOA) / Ülviyyə Quliyeva. "Jurnalist Elnarə Qasımova saxlanılıb". www.amerikaninsesi.org ( (az.)). 18.01.2024. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2024.
- ↑ Voice of America (VOA) / Nigar Mübariz. "Jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib". www.amerikaninsesi.org ( (az.)). 18.01.2024. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2024.
- ↑ Voice of America (VOA) / Nigar Mübariz və Pərvanə Bayramova. "Jurnalist barəsində 2 ay 17 gün həbs-qətimkan tədbiri seçib". www.amerikaninsesi.org ( (az.)). 18.01.2024. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2024.
- ↑ Qafqazinfo. ""Abzas Media" və "Toplum TV" işində yeni faкtlar". www.qafqazinfo.az ( (az.)). 20.04.2024. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ Voice of America (VOA) / Ülviyyə Quliyeva. ""Meclis.info" platformasının rəhbəri saxlanılıb". www.amerikaninsesi.org ( (az.)). 20.04.2024. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ Azadlıq Radiosu/Azad Avropa (RFE/RL). "İmran Əliyev 2 ay müddətinə həbs edildi". www.azadliq.org ( (az.)). 20.04.2024. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ Кавказский Узел. "Имран Алиев арестован в связи с делом Abzas Media". www.kavkaz-uzel.eu ( (rus.)). 20.04.2024. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ Настоящее Время. "В Азербайджане арестовали главреда сайта Meclis.info. Он проходит по делу издания Abzas Media, сотрудников которого обвинили в контрабанде". www.currenttime.tv ( (rus.)). 20.04.2024. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ Turan İnformasiya Agentliyi. "Суд арестовал Имрана Алиева сроком на 2 месяца (обновлено)". www.turan.az ( (rus.)). 20.04.2024. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ Voice of America (VOA) / Ülviyyə Quliyeva. ""Meclis.info"nun rəhbəri İmran Əliyev həbs edilib". www.amerikaninsesi.org ( (az.)). 20.04.2024. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ Voice of America (VOA) / Ülviyyə Quliyeva. "İctimai fəalların Azərbaycandan çıxışlarına məhdudiyyət qoyulub". www.amerikaninsesi.org ( (az.)). 20.04.2024. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2024.
- ↑ "Fərid Mehralızadənin taleyi məlum deyil (yenilənib)". turan.az (az.). 2024-05-30. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- ↑ ""Fərid Mehralızadə saxlanılarkən başına torba keçirilib, yoldan oğurlanıb"". 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- ↑ "İqtisadçı Fərid Mehralızadə həbs edilib". Voice of America (az.). 2024-06-01. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- ↑ "İqtisadçı Fərid Mehralızadə: Həbsim tamamilə qanunsuzdur". Voice of America (az.). 2024-06-06. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- ↑ "İqtisadçı Fərid Mehralızadə azadlığa buraxılmadı". Azadlıq Radiosu (az.). 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- ↑ ""Abzas Media"nın jurnalistlərinin həbsxanada zorakılığa məruz qaldığı bildirilir". Voice of America (az.). 2024-11-15. İstifadə tarixi: 2024-11-19.
- ↑ "1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Sevinc Vaqifqızına qarşı zorakılıq olub".
- ↑ "Sevinc Vaqifqızı: Qadınların nəfəsini həm korrupsiya, həm də havasızlıq kəsir". Voice of America (az.). 2024-11-18. İstifadə tarixi: 2024-11-19.
- ↑ Abzas Media müstəqil media plaftorması. "Human Rights Watch Azərbaycanda müstəqil mediaya qarşı repressiyalarla bağlı bəyanat yayıb". www.abzas.org ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Toplum TV. ""Human Rights Watch" Abzas Media jurnalistlərini azad etməyə çağırıb". www.toplum.tv ( (az.)). 22.11.2023. İstifadə tarixi: 22.11.2023.[ölü keçid]
- ↑ Azadlıq Radiosunun Azərbaycan Xidməti. "'Human Rights Watch' jurnalistləri azad etməyə çağırır". www.azadliq.org ( (az.)). 22.11.2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Human Rights Watch (HRW). "Azerbaijan: Crackdown on Independent Media". www.hrw.org ( (ing.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Abzas Media müstəqil media plaftorması. "Jurnalistləri Müdafiə Komitəsi "Abzas Media" rəhbərliyinin azad edilməsinə çağırır". www.abzas.org ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Committee to Protect Journalists. "Azerbaijani anti-corruption journalists Ulvi Hasanli and Sevinj Vagifgizi detained for 4 months". www.cpj.org ( (ing.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Abzas Media müstəqil media plaftorması. "Norveç Helsinki Komitəsi "Abzas Media"nın jurnalistlərini dərhal azad etməyə çağırıb". www.abzas.org ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Turan İnformasiya Agentliyi. "Norveç Helsinki Komitəsi Abzas Media jurnalistlərini dərhal azad etməyə çağırıb". www.turan.az ( (ing.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Abzas Media müstəqil media plaftorması. "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib". www.abzas.org ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Ülviyyə Quliyeva / Voice of America (VOA). "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib". www.amerikaninsesi.org ( (az.)). 22.11.2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Gözətçi - Siyasi Hüquqlara dair Məlumat Portalı. "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib". www.gozetci.az ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.
- ↑ Abzas Media müstəqil media plaftorması. ""Freedom Now" "Abzas Media" rəhbərliyinin həbsi ilə bağlı bəyanat yayıb". www.abzas.org ( (az.)). 22.11.2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.11.2023.