Abdulla Bey Velizade - Wikipedia
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu.
Abdulla bəy Vəlizadə | |
---|---|
Abdulla bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
Həyat yoldaşı | Salatın xanım Adıgözəl bəy qızı Vəliyeva |
Uşaqları | Sənubər, Vəli |
Atası | Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev |
Anası | Əzəd xanım |
Fəaliyyəti | Azərbaycan şairi |
Fəaliyyət illəri | XIX-XX əsrlər |
Abdulla bəy Vəlizadə Vikimənbədə |
Həyatı
redaktəAbdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir.
Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır.
Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır.
Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Şuşa şəhərində yaşayan və Abdulla bəy Vəlizadənin müasiri olan Mirzə Xosrov Axundov "Ömürdən səhifələr" (Bakı, 1992) adlı əsərində, 1944-cü ildə Mir Möhsün Nəvvabın xatirəsinə yazdığı "Şuşanın çayı" adlı şeirində Abdulla bəyin adını bir neçə yerdə ehtiramla yad etmişdir. "Poetik məclislər" (Bakı, 1987) kitabına Abdulla bəyin iki qəzəli salınmış, haqqında qısa məlumat verilmişdir.
Abdulla bəy Vəlizadə təxminən 1912-ci ildə Şuşa şəhərində vəfat etmişdir.
Ailəsi
redaktəAbdulla bəyin Hüseynqulu bəy, Xanlar bəy, Həsənqulu bəy, Abbasqulu bəy, Cabbar bəy, Vəli Vəlizadə adlı 6 oğlu, Sənubər adlı 1 qızı olmuşdur.
İstinadlar
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Baharlı oymağı, "Soy" dərgisi, 6 (14), Bakı, 2008, səh.22–79.
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
- Orxan Zakiroğlu (Baharlı), "Baharlı tayfasının şair oğlu". Bütöv Azərbaycan qəzeti,