Abdulhakim Ismayilov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Abdulhakim İsaxoviç İsmayılov (rus. Абдулхаким Исакович Исмаилов, qum. Абдулгьаким Исакъны уланы Исмайиланы; 1 iyul 1916, Yaxsay, Xasavyurd rayonu – 17 fevral 2010[1], Xasavyurd, Dağıstan) — Böyük Vətən Müharibəsi zamanı Berlinin alınmasını simvolizə edən qırmızı bayrağı Reyxstaqa sancmış şəxs.
Abdulhakim İsmayılov | |
---|---|
qum. Исмайиланы Абдулгьаким Исакъны уланы | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 2010[1] (93 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu, piyada |
Rütbəsi | Kiçik gizir |
Döyüşlər | |
Təltifləri |
|
Ömrünün sonuna qədər Dağıstanda – doğma kəndi Xasavyurtda yaşamış veteran müharibə dövründə 1-ci Belarus cəbhəsinin 8-ci qvardiyasının 83-cü atıcı kəşfiyyat rotasında qulluq edib.
Təqdim olunan şəkildə Reyxstaqa bayrağı məhz İsmayılovun sancdığı 1990-cı ildə üzə çıxıb. O zaman fotoqrafçı Yevgeni Haldey tərəfindən çəkilmiş bu fotonun sirrinin açılmasından sonra İsmayılova Rusiya Qəhrəmanı adı verilib.
Bayraq sancılan zaman İsmayılovun yanındakı 2 şəxsdən biri, kiyevli Aleksey Kovalyov 1997-ci ildə dünyasını dəyişib. Digər şəxs isə Minskdən olan Leonid Qoriçevdir. O, döyüşlər zamanı aldığı yara üzündən müharibə bitdikdən bir müddət sonra ölüb.
Abdulhakim İsmayılov 2010-cu ildə 93 yaşında vəfat edib.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Reyxstaqa qırmızı bayraq sancmış İsmayılov öldü Arxivləşdirilib 2010-02-19 at the Wayback Machine