Abdul Rahman - Wikipedia
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[1][2][…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990[2], Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra)
Abdul Rahman | |
---|---|
malay Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 1903[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 dekabr 1990[2] (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Dini | sünni islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tərcümeyi-halı
redaktəKedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur[3]. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir.
Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur.
1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır.
1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu. (Bruney federasiyaya daxil olmadı, Sinqapur isə 9 avqust 1965-ci ildə federasiyanın tərkibindən çıxdı). 1967-ci ildə Malayziya Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyasının təsisçilərindən biri oldu.
1960-cı illərin ortalarında ölkədə icmalararası ziddiyyətlər (xüsusilə, 1967-ci ildə malay dilinin rəsmi dil elan edilməsi barədə qanun qəbul edildikdən sonra) kəskinləşdi. Bu ziddiyyərlər 1969-cu ildə etnik toqquşmalara və ölkədə fövqəladə vəziyyət elan edilməsinə səbəb oldu. Hakimiyyət faktiki olaraq hökumətdən Baş Nazirin müavini Abdul Razak Husseinın başçılıq etdiyi operativ milli şuranın əlinə keçdi. 1970-ci ildə Abdul Razak Hussein Malayziyanın Baş Naziri vəzifəsini tutdu.
1969–1973-cü illərdə Tunku Abdul Rahman İslam Konfransı Təşkilatının Baş katibi vəzifəsini tutmuşdur.
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Абдул Рахман // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1 : А — Ангоб. С. 16.
- ↑ 1 2 3 4 Tunku Abdul Rahman Putra Alhaj // Encyclopædia Britannica (ing.).
- ↑ Biography.com. "Tunku Abdul Rahman biography". 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2012.