Abdallar Karpibasar - Wikipedia
Abdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı.
Toponimik adı
redaktəAbdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı. [1] 1590-cı ilə aid mənbədə Abdallar məzrə (əkin yeri) adı,[2] 1728-ci ilə aid mənbədə isə qəryə[3] [4] (kənd) adıdır. Həmin mənbədə kəndin İrəvan əyalətinin Karbi nahiyəsində Maçdərə kəndinin yaxınlığında yerləşdiyi qeyd olunur və onun Kasim vələdi Yusif adlı bir şəxsə (mülkədara) məxsus olması göstərilir. 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.[5] Türkiyə və Ermənistan ərazisində çoxlu toponimlərdə əksini tapmış abdal komponentinin mənasını bütün hallarda müəyyən etmək çətindir. Qədim türk tayfalarından biri Abdal (Ağhun) adlanmışdır, Abdal adlı tayfa başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə vardır. [6] [7]V.A.Qordlevski yazmışdır ki, Abdal tayfası orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan idi.[8] [9]Lakin XV–XVI əsrlərdə İranda və Türkiyədə Sufi təriqətinin üzvləri də abdal (ərəbcə bədəl sözündən) mömin, zahid, müdrik adlanırdı. (I Şah İsmayıl Xətaidə: Sufiyəm təriqətdə, həqiqətdə abdaləm). Səfəvi şahları dərviş-abdallara Ermənistan və Azərbaycan ərazisində torpaqlar bağışlayırdılar. Lakin bu kəndin adı məhz Abdal etnonimini əks etdirir. 1727-ci ilə aid mənbədə Dağlıq Qarabağın Vərəndə mahalında Abdal kəndi[10], XIX əsrdə Zəngəzur qəzasında Abdallar (digər adı Oruclu) kəndi, Ordubad rayonunda Abdal dağ adı, Ağdam və Tovuz rayonlarında Abdal kənd adları, XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Abdal dağı [11] [12]toponimləri də qədim türk mənşəli Abdal (Ağ hun) tayfasının adı ilə bağlıdır. Bu tayfa V–VI əsrlərdə Orta Asiya, Əfqanıstan və Çin Türküstanını əhatə etmiş bir dövlətin başçısı Eptalın adı ilə adlanmışdır. Bu çara mənsub pul üzərində Xionların (yəni hunların-Q.Q.) çarı Eptal sözü oxunur. VI əsrin ortalarında Şimali Qafqazda Hun ölkəsində yaşayan bir tayfa Abdel kimi qeyd olunmuşdur.[13] 1588-ci ilə aid mənbədə Qarabağ düzündə Həsən Abdallı elinin yaşadığı göstərilir.<ref>Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Абдаллар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 135.<ref>
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
İstinadlar
redaktə- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
- ↑ İravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
- ↑ Артамонов М.И. История хазар. Л., 1961.
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, 1986.
- ↑ Армянская география VII века по Р.Х. Спб., 1877.
- ↑ Гордлевский В.А. Сочинения, том. Ш.
- ↑ Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974.
- ↑ Defteri mufessele eyaleti Gence. Istanbul Basbakanlik Arsivi. Taku-tahrir defterleri. № 103.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ M.Ə.Abasova, N.S.Bəndəliyev, X.I.Məmmədov. Böyük Qafqazın cənub-qərb hissəsinin toponimiyası. Bakı, 1993.
- ↑ Пигулевская Н.В. Сирийские источники по истории народов СССР. М. -Л., 1941.