Abbas Velibeyov - Wikipedia
Abbas Soltan oğlu Vəlibəyov (1947, Şuşa şəhəri — 9 aprel 2018[1]) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.[2][3]
Abbas Vəlibəyov | |
---|---|
1999 – indiyə kimi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa şəhəri |
Vəfat tarixi | |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsi |
İxtisası | həkim-terapevt |
Atası | Soltan Vəlibəyov |
|
|
Təltifləri |
Həyatı
redaktəTəhsili
redaktə1965–1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb.[2]
Karyerası
redaktə1971–1974-cü illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib.[2] 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.[2][3]
Fəxri adları və dərəcələri
redaktə1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir.[2][3] Yeni Azərbaycan Partiyasının üzvü idi. Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür.[3] 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]
Siyasi mənsubiyyəti
redaktəYeni Azərbaycan Partiyasının üzvü olmuşdur.[2]
Mükafatları
redaktə- SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı” döş nişanı (1980)[2]
- "Əməkdar həkim" fəxri adı (2000)[2]
- "Tərəqqi" medalına (2013)[2]
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017)[2]
İstinadlar
redaktə- ↑ Nazir müavini vəfat etdi — Azərbaycanda Arxivləşdirilib 2019-07-31 at the Wayback Machine. qafqazinfo.az, 09.04.2018 (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Azərbaycanda nazir müavini vəfat etdi". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- ↑ 1 2 3 4 "Vəlibəyov Abbas Soltan oğlu". 2018-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.