Abbas Rzayev - Wikipedia
Abbas_Rzayev - Haqqında Məlumat
Abbas Rzayev (3 mart 1904, Zəncan, Cənubi Azərbaycan – 12 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).
Abbas Rzayev | |
---|---|
Abbas Mirzə oğlu Rzayev | |
Doğum tarixi | 3 mart 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 1976 (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1924–1976 |
Mükafatları |
Həyatı
redaktəAktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olmuşdur. O, ilk dəfə səhnəyə 1924-cü ildə Dənizçilər klubunun dram dərnəyində çıxmışdır. 1924–1927-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxumuşdur. 1926-cı ildə Milli Dram Teatrının aktyor truppasına götürülüb.[1]
O, Azərbaycan Kukla Teatrının ilk aktyorlarında biri olmuşdur. Azərbaycan kinosunda 10-dan çox filmdə çəkilmişdir.
Aktyor 1976-cı ildə Bakıda vəfat etmişdir.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
Teatr səhnəsindəki rolları
redaktə- Sevil (1931)-Babakişi[2]
- Romeo və Cülyetta (1937)-Montekki
- Vaqif (1938)-Şeyx Alı
Filmoqrafiya
redaktə- Mahnı belə yaranır (film, 1957)-Xanapi
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
- Dağlarda döyüş (film, 1967)- Feyzi
- Poçt qutusu (film, 1967)-Kəndli
- Qanun naminə (film, 1968)-Kəndli
- Mənim əziz atam (1970)
- Yeddi oğul istərəm... (film, 1970)-Kənd sakini
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Yaqub kişi
- Qızıl qaz (film, 1972)
- Ağasadıq Gəraybəyli (film, 1974)-Vəzir ("Fərhad və Şirin")
- Bakıda küləklər əsir (film, 1974)-Həsənzadənin qonşusu
İstinadlar
redaktə- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. 2016. səh. 10.
- ↑ "Azərbaycan teatr tarixi — Milli Kitabxana" (PDF). 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-30.
Mənbə
redaktə- Kazımzadə, A. Sözünü demiş sənətkarlar: [Əməkdar artist Abbas Rzayev haqqında] //Kaspi.- 2014.- 5–7 aprel.- S.16.