Abaran Rayonu - Wikipedia
Abaran rayonu, Aparan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Abaran mahalı ərazisində rayondur.
Rayon | |
Abaran rayonu | |
---|---|
Ölkə | Ermənistan |
İnzibati mərkəz | Abaran |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 21 654[1] (1989) nəfər |
Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci yanvarın 3-nə kimi Abaran,daha sonra isə Aparan rayonu adlandırılıb. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran (Abaran) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu (dəyişdirilmiş adı Sev-Çur) çayının sol qolu olan Abaran (dəyişdirilmiş adı Kasax) çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzəsinin sahəsi 1852 kv. km-dir. Çay öz başlanğıcını Qərbi Azərbaycanda ən hündür dağ olan Alagöz (hündürlüyü 4090 m),(dəyişdirilmiş adı Araqats) dağının yamacından götürür. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Hamamlı (dəyişdirilmiş adı Spitak) rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu da yaradılıb.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Abaran rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Baş Abaran | Aparan | 03.01.1935 |
Baş Abaran rayonu | Aparan rayonu | 03.01.1935 |
Damcılı | Mravyan | 03.01.1935 |
Babakişi | Bujakan | - |
Böyük Camışlı | Alagöz | 04.01.1938 |
Səmadərviş | Çknax | 01.06.1940 |
Bazarcıq | Arayi | 15.07.1946 |
Hacı Xəlil | Tsaxkahovit | 15.07.1946 |
Gülablı | Dzoraqlux | 15.07.1946 |
Güllücə | Vardenis | 15.07.1946 |
Qarabulaq | Yerncatap | 15.07.1946 |
Məlikkənd | Melikgyuğ | 15.07.1946 |
Danagirməz | Ovit | 15.07.1946 |
Saçlı | Noraşen | 15.07.1946 |
Şirəkqala | Vardenut | 15.07.1946 |
Qəzənfər | Araqats | 10.09.1948 |
Qaranlıq | Lusagyuğ | 10.09.1948 |
Bəlxər | Şenavan | 19.04.1950 |
Cəngi | Vardablur | 19.04.1950 |
İmirli | Ttucur | 19.04.1950 |
Qarakilsə | Hartavan | 19.04.1950 |
Təkəli | Tsaxkaşen | 19.04.1950 |
Axula | Berkarat | 25.01.1978 |
Quruboğaz | Ortacya | 05.01.1978 |
Pəmbi | Lernapar | 25.01.1978 |
Karvansara | Amre-taza | 25.01.1978 |
Qondaxsaz | Rya-taza | 25.01.1978 |
Korbulaq | Şenkani | 25.01.1978 |
Kürd Pəmbi | Sipan | 25.01.1978 |
Çobanmaz | Avşen | 25.01.1978 |
Carcaris | Derek | 25.01.1978 |
Xarici keçidlər
redaktə- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.[ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi[ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı[ölü keçid]
İstinadlar
redaktə- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..