Abar - Wikipedia
Abar - qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması ədəbiyyatda göstərilir.[1]
V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk dillərindəki ər "kişi, qəhrəman, igid" mənasında olduğunu qeyd edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan bv keçidi ilə əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o cümlədən də Ermənistan ərazisində yaşamışdır.
Abar sözü ilə bağlı coğrafi adlar
redaktəErmənistanda türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş Aşağıdakı etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında mahal adı; Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; İrəvan qəzasında çöl adı, İrəvan xanlığının Abaran mahalında çay adı
1728-ci ildə Irəvan əyal ətinin Karbi nahiyyəsində kənd adı; ABARANOĞLU – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyyəsində kənd adı; AVARAN-Irəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı; BAŞ ABARAN - Irəvan xanlığında mahal adı. Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər yalnız Ermənistan ərazisində yayılmamışdır. Bu etnotoponimin başqa ərazilərdə yayılması da aşkara çıxarılmışdır.
XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Abarançay, Azərbaycanın Qusar rayonunda Avarandağ, Xaçmaz rayonunda Avaran kəndi qeydə alınmışdır. R.Əliyeva Azərbaycanın Qusar rayonunda Avaranqışlaq kənd adının olduğunu qeyd edir. Onun kitabının əlavəsində verilmiş Azərbaycan toponimləri siyahısında Abarançay adı və onun yanında bu adın hazırda Kamiçay olması göstərilir.[2]