Abantlar - Wikipedia
Abantlar - Haqqında Məlumat
Abantlar (q.yun. Ἄβαντες) — Evbeya adasında yaşayan ioniyalı tayfası. Onlar haqqında Herodot və Homer bəhs etmişdir. Plutarxın qeyd etdiyi kimi, abantlar yaxın məsafəli döyüşlərdə usta idilər.
Aristotelin yazdıqlarına görə, onlar Fokidadan Evbeyaya köçüb bu adanın ən qədim sakinlərinə öz adlarını vermiş frakiyalılardır. Abantlar Evbeyadan Elefenorun başçılığı ilə 40 gəmi ilə Troyaya getmişdir. Səyahət zamanı Teseyin övladları onlara qoşulmuşdur. Onlar geri qayıtdıqları zaman abantların 8 gəmisi fırtına ilə İlliriyadakı Keravniya dağlarına doğru irəliləmiş və oradan da İoniyaya köçmüşdür.[1]
İstinadlar
redaktə- ↑ Любкер Фридрих. Иллюстрированный словарь античности. М.: Эксмо. Пименова И. 2005.