Abseron Lovheleri Film 1990 - Wikipedia
Abşeron lövhələri filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1990-cı ildə[1] çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında[1] istehsal edilmişdir. Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir.
Abşeron lövhələri | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Teymur Bəkirzadə |
Ssenari müəllifi | Teymur Bəkirzadə |
Operator | Azər Salayev |
Bəstəkar | Aqşin Əlizadə |
İstehsalçı | "Rakurs" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1990 |
Filmin digər adları | Abşeron, ay Abşeron[1] |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1990 |
Texniki məlumatlar |
1 hissə 249 metr[1] |
Rəng | rəngli[1] |
Məzmun
redaktəAbşeron torpağı həm öz nemətlərilə-inciri, üzümü, zeytunu, badamı ilə, həm də zəngin neft yataqları ilə dünyada məşhurdur.[2]
Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir.[2]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: Teymur Bəkirzadə
Rejissor: Teymur Bəkirzadə
Operator: Azər Salayev
Bəstəkar: Aqşin Əlizadə
İstinadlar
redaktəMənbə
redaktəAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356-357.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1990-cı ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı