Abiy Ulusu - Wikipedia
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir.
Abıy ulusu | |||||
---|---|---|---|---|---|
Абый улууһа | |||||
|
|||||
68°33′ şm. e. 146°14′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 25 may 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 32 m | ||||
Saat qurşağı |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəArktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir.
Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir.
Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel.
Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Əhalisi
redaktəYerli özünü idarəetmə
redaktəAbıy ulusu ərazisinə 1 şəhər və 6 kənd inzibati vahidliyinə ümumilikdə 6 yaşayış məntəqəsi daxildir.
Tanınmış şəxsləri
redaktəNikodim Nikolayeviç Efimov — Fizika-riyaziyyat elmləri doktoru, professor, Lenin mükafatı laureatı, Saxa Respublikasının (Yakutiya) əməkdar elm xadimi. Kosmofizika və Aeronomiya İnstitutunun direktor müavini idi. Abıy ulusunun fəxri vətəndaşı.
Qavril Nikolaeviç Efimov — Böyük Vətən Müharibəsinin iştirakçısı, Leninqrad, Qərb və Belarus cəbhələrində döyüşmüşdür. 1945-ci ilin aprelində artilleriya alayının komandiri kimi tərxis olunmuşdur. Moskva Dövlət Universitetini və Moskva Əlvan Metallar İnstitutunu bitirib. Müharibədən sonra Novosibirskdə SSRİ Elmlər Akademiyasının Sibir Filialının Qalay Sənayesi Tədqiqat İnstitutunda və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Böyük Vətən müharibəsinin I və II dərəcəli medalları, Qırmızı Ulduz ordeni, "Moskvanın müdafiəsinə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" meqalları ilə təltif olunmuşdur. Abıy ulusunun fəxri vətəndaşı.
Nikolay Petroviç Neustroev — Yakutiyada böyüklər arasında ilk SSRİ çempionu. Sərbəst güləş üzrə Yakutiya çempionu. Beynəlxalq dərəcəli idman ustası. SSRİ, RSFSR çempionu, bir çox Ümumittifaq, beynəlxalq turnirlərin qalibi. Rusiya Federasiyasının və Saxa Respublikasının əməkdar məşqçisi. Yakutiya Muxtar Sovet Sosialist Respublikasında SSRİ Dövlət Təlimçisi (1981–1987).
Arkadi Yeqoroviç Sleptsov — texnika elmləri doktoru, professor. Yakutiya komsomol mükafatı laureatı, Monqolustan Xalq Respublikası Elmlər Akademiyasının mükafatçısı, Saxa Respublikası Dövlət Mükafatı laureatı (vəfatından sonra), 8 böyük monoqrafiyanın, 200-dən çox elmi əsərin müəllifi. Adı Abıy ulusundakı liseylərdən birinə verilmişdir.
Nikolay Vasilieviç Sleptsov — yazıçı, publisist, jurnalist.
Nikifor Dmitrieviç Şaraborin — 1912-ci ildə İrkutsk müəllim seminariyasını bitirib. 1913-cü ildə Yakutskdan Abıy bölgəsinə göndərilmiş və orada ilk dəfə bir sinif ibtidai kilsə məktəbi açmışdır. Akademik işi yüksək səviyyəyə qalxmış uşaqlara bilik sevgisini aşılamağı bacarmış və yerli sakinlərin hörmətini qazanmışdır. 1918-ci ildə səyləri ilə Abıy kəndində ilk məktəb qurulmuşdur. 1922-ci ildə Verxoyansk dağlarında ağ quldurlar tərəfindən pusquya alınaraq öldürülmüşdür. Onun xatirəsinə Abıy rayonunun mərkəzindəki küçələrdən onun adı ilə adlandırılmışdır.
İstinadlar
redaktə- ↑ http://www.gks.ru/dbscripts/munst/munst98/DBInet.cgi?pl=8006001.
- ↑ Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
- ↑ "Перепись населения 2010". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.. Росстат.