Abis Mustafayev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (1924, Köhnəqışlaq, Ağstafa rayonu və ya Qazax qəzası – 2020, Köhnəqışlaq, Ağstafa rayonu) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı.
Abış Mustafayev | |
---|---|
Abış Hüseyn oğlu Mustafayev | |
Şəxsi məlumatlar | |
Ləqəbləri | Kabel Tağımının Təcrübəli və Qorxusuz Rabitəçisi |
Doğum tarixi | |
Doğum yeri | Köhnəqışlaq, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Köhnəqışlaq |
Dəfn yeri | Köhnəqışlaq |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Laləzər |
Atası | Hüseyn |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1943-1947 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Şyaulyay, Şvendris, Köniqsberq və digərləri. |
Təltifləri |
Həyatı
redaktəAbış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb.
1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir.
50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır.
Beş övladı — üç oğlu, iki qızı var.
2020-ci il doğulub böyüdüyü indiki Ağstafa rayonunun Köhnə Qışlaq kəndində vəfat etmişdir,.
Müvəffəqiyyətləri
redaktə18 iyun 1944-cü il tarixdə düşmən tankları Şyaulyay şəhərindən qərbdə yerləşən Şvendris rayonuna meşədən daxil olmuşdular. Rəhbərliyin əlaqə saxlaması üçün istifadə etdiyi 268 SD və 126 SD rabitə xəttləri düşmən atəşi altında qalmış, nəticə olaraq hər 30–40 dəqiqə ara ilə rabitə kəsilirdi. Mustafayev həmin gün düşmən tanklarının top və minomyot mərmiləri altında 13 xətti bərpa etmişdir.
Dubissa rayonunda düşmən müdafiəsi yarıldıqdan sonra, 5 okytabr 1944-ci il tarixdə Mustafayev, xidmət göstərdiyi NP 54 SK rabitə xəttində qəhrəmancasına zədə almış 11 xəttin bərpasına nail olmuşdur. Hərbir halda rabitə 15–20 dəqiqə ərzində bərpa olmuşdur. Qərbi Şyaulyay və Dubissa rayonlarında rabitə xəttlərin operativ bərpasında göstərdiyi cəsarət və şücaətə görə Mustafayev hökumət tərəfindən "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir.
Mustafayev altıncı- kabel tağımının təcrübəli və qorxusuz rabitəçisi, məharətli və təşəbbüskar hər növ vəzifələrin icraçısı idi. 1945-ci ilin aprel ayında NP 335 SD rabitə xəttinin baxımını həyata keçirərkən rəqib tərəfindən artileriyya atəşi altında 500 metrlik "altıncı" xəttinə əlavə qoşaraq rəhbərliyin qüsursuz rabitə əlaqəsini təmin etmişdir.
8 aprel 1945-ci il tarixdə Köniqsberq şəhərində gedən küçə döyüşləri zamanı düşmən əsgərlərin avtomat atəşi altında 1 km uzunluğunda rabitə xətti çəkərək həmin sahəni güclü yanğından qurtarmışdır.
9 aprel tarixdə NP 335 SD xəttində aparılan xidməti işlər zamanı Mustafayev gecə saatlarında pulemyot və silah atəşi altında 11 xətdə yaranan xəsarətləri təmir etməyə nail olmuşdur.
Yuxarıda göstərilən cəsarət və qəttiyətinə görə Mustafayev "II Dərəcəli Vətən Müharibəsi Ordeni" ilə təltif edilmiş, həmçinin Baş leytenant hərbi rütbəsinə kimi yüksəlmişdir[1].
Mükafatları, təltifləri və fəxri adları
redaktə- II Dərəcəli Vətən Müharibəsi Ordeni[2] (22 aprel 1945-ci il tarixli 51/H nömrəli sənəd)
- III Dərəcə Şöhrət Ordeni[3] (6 noyabr 1944-cü il tarixli 32/H nömrəli sənəd)
- "Qırmızı Ulduz" ordeni (5 noyabr 1944-cü il tarixli sənəd)
- "Konigsberg'in tutulmasına görə" medalı[4] (06.12.1946 tarixli sənəd)
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı.
- "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi" Yubiley Medalı ilə təltif olunmuşdur[5]. (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 2015-ci il "2" fevral tarixli sərəncamı)
- 75 лет Победы в Великой Отечественной войне 1941–1945 гг. A № 1280042 — От имени Президента Российской Федерации медаль вручена[6] (Указом Президента Российской Федерации от 13 июня 2019 г. награжден юбилейной медалью).
- Böyük Vətən müharibəsi iştirakçılarının "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında[7] Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
və bir çox orden və medallarla təltif edilib.
Kitabları
redaktə- Yada düşür 90- da da
- Bu dünyanın nizamı var
- Qələmçənin qoşa zirvəsi
- Ötən günlər geri dönməz
- Bu torpağa borcluyam
İstinadlar
redaktə- ↑ "Мустафаев Абыш Гусеин-оглы — Воинское звание: лейтенант админ. сл". 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "Документы о награждении". 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
- ↑ "Мустафаев Абышь Гусейнович — Орден Славы III степени". 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "Мустафаев Абыш Гусейнович — Медаль "За взятие Кенигсберга"". 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 2015-ci il "2" fevral tarixli sərəncamı". 2017-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.
- ↑ "Указом Президента Российской Федерации от 13 июня 2019 г. награжден юбилейной медалью". 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.
- ↑ "Böyük Vətən müharibəsi iştirakçılarının "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.