At Klaviaturasi - Wikipedia
AT_klaviaturası - Haqqında Məlumat
AT klaviaturası (ing. AT keyboard) IBM PC/AT kompüterlərinin dəstinə daxil edilmiş 84 klavişli klaviatura. Sonradan IBM-in genişləndirilmiş klaviaturası (101/102 klavişli) ilə əvəz edilmiş AT klaviaturası PC klaviaturası ilə, demək olar ki, eynidir, ancaq bəzi özəllikləri var: sağ yuxarı küncdə yerləşən əlavə <Sys Req> klavişinə malikdir, <Enter> klavişinin ölçüləri bir qədər böyüdülüb, klavişlərin yerləşməsi bir qədər dəyişdirilib, belə ki, <Escape> klavişi sol yuxarı küncdən sağ yuxarı küncə, tərs əyik cizgi (\) isə sol aşağı küncdən sağ yuxarı küncə köçürülüb. Orijinal PC klaviaturasından fərqli olaraq, bu cür yerləşmə standart yazı makinasındakı kimi olduğundan yığım üçün daha əlverişlidir.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.