Asala Nin Emeliyyatlarinin Siyahisi - Wikipedia
ASALA-nın 1970–1990-cı illərdə keçirdiyi terror aktlarının siyahısı.
Tarix | Region | Əməliyyat |
---|---|---|
20 yanvar 1975 | Livan, Beyrut | Ümumdünya kilsə şurasının mənzil gərargahının partladılması. |
7 fevral 1975 | Livan, Beyrut | Türkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən, bomba işə düşmüş və bir nəfər livanlı polis ağır xəsarət almışdır. ASALA terror aktına görə məsuliyyəti öz boynuna götürmüşdür. |
20 fevral 1975 | Livan, Beyrut | Türkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşür, ofisin binasına ciddi ziyan dəyir. |
14 oktyabr 1975 | Fransa, Paris | Türkiyənin bu ölkədəki səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir, ESƏD məsuliyyəti öz boynuna götürür, lakin sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirir. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak etmişdir. |
22 oktyabr 1975 | Avstriya, Vyana | Türkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetirirlər. |
28 oktyabr 1978 | Livan, Beyrut | Türkiyə səfirliyi raketlərlə atəşə tutulur. |
1976–1979 | Türkiyə | İqtisadi və hərbi xarakterli obyektlərdə diversiyalar və obyektlərə hücumlar. |
16 fevral 1976 | Livan, Beyrut | Türkiyə səfirliyinin birinci katibi Oktar Sirit, ASALA terrorçusu tərəfindən qətlə yetirilir. |
17 may 1976 | AFR, Frankfurt, Köln, Essen | Türk konsulluqlarında partlayışlar. |
2 mart 1977 | Livan, Beyrut | Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılır. |
6 iyun 1977 | İsveçrə, Sürix | Güclü partlayış nəticəsində, milliyyəti türk olan Hüseyn Bülbülə məxsus mağaza tam dağıdılır. |
2 iyun 1978 | İspaniya, Madrid | Avtomatik silahla silahlanmış üç erməni terrorçusu, türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bunun nəticəsində səfirin həyat yoldaşı, Neqla Küneralp, maşında olan keçmiş səfir, Bəşir Balsoğlu həlak olur, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinir. |
17 dekabr 1978 | İsveçrə, Cenevrə | Cenevrədə yerləşən türk aviaşirkətlərindən birinin ofisində, partlayıcı qurğu işə düşür, partlayış nəticəsində xəsarət alan olmasa da ofisə ciddi ziyan dəyir. |
7 avqust 1979 | AFR, Frankfurt | Türk aviaşirkətinin ofisində partlayış baş verir, partlayış nəticəsində küçədən keçən alman vətəndaşı yaralanır. |
22 avqust 1979 | İsveçrə, Cenevrə | Türkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına qoyulmuş partlayıcı qurğu işə düşür, bunun nəticəsində küçədən keçən bir neçə isveşrəli yaralanır. |
4 oktyabr 1979 | Danimarka, Kopenhagen | Türk aviaşirkətinin ofisi yaxınlığında baş vermiş partlayış nəticəsində, ofisə ciddi ziyan dəyir, iki nəfər danimarkalı isə yaralanır. |
12 oktyabr 1979 | Niderland, Haaqa | Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilir, bu qətlə qörə məsuliyyəti ASALA və ESƏD öz üzərinə götürür. |
30 oktyabr 1979 | İtaliya, Milan | Türk avia şirkəninn ofisində partlayış. |
8 noyabr 1979 | İtaliya, Roma | Partlayış nəticəsində, Türkiyə səfirliyinin binasına ciddi ziyan dəymişdir. |
18 noyabr 1979 | Fransa, Paris | Parisdə üç aviaşirkətin ofisinin qarşısında partlayışlar baş verir, bunun nəticəsində Türk hava yolları, KLM və Lufthanza şirkətinin ofislərinə ciddi ziyan dəyir, iki fransız polis isə yaralanır. |
25 noyabr 1979 | İspaniya, Madrid | Britaniya hava yolları şirkətinin və amerikan aviaşirkətlərindən birinin ofisini qarşısında partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürür və bunu Roma papası II İoann Pavelə onun Türkiyəyə nəzərdə tutulan səfərdən vaz keçməsi üçün xəbərdarlıq olduğunu elan edir. |
17 dekabr 1979 | Böyük Britaniya, London | Türk aviaşirkətinin Londondakı ofisinin qarşısında partlayış baş verir, partlayış nəticəsində, binaya ciddi ziyan dəyir. |
22 dekabr 1979 | Fransa, Paris | Türkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi, Elmaz Şolpan Parisin mərkəzində qətlə yetirilmişdir. Bir neçə erməni terror qrupu məsuliyyəti öz üzərinə götürmüşdür, həmçinin də ASALA. |
22 dekabr 1979 | Niderland, Amsterdam | Türk hava yolları şirkətinin ofisinin qarşısında partlayış baş verir, bunun nəticəsində binaya ciddi ziyan dəyir. |
23 dekabr 1979 | İtaliya, Roma | Kilsələr şurasının qarşısında partlayış baş verir. |
23 dekabr 1979 | İtaliya, Roma | Şəhərdə Fransa və ABŞ aviaşirkətlərinin ofislərinin qarşısında üç partlayış baş verir, partlayışlar nəticəsində küçədən keçən bir çox adam yaralanır. Terror aktına görə məsuliyyəti öz boynuna götürən ASALA bunun "ermənlərə qarşı apardığı siyasətə görə Fransa hokümətinə cavab olduğunu elan edir". |
10 yanvar 1980 | İran, Tehran | Türkiyə aviaşirkətinin bürosunun qarşısında partlayış baş verir. |
18 fevral 1980 | İtaliya, Roma | "Lüfthanza", "Svis Eyr" və "El Al" şirkətlərinin ofisləri partladılmışdır. ASALA terror aktlarına görə məsuliyyəti öz boynuna götürür və terror aktlarının səbəbini belə izah edir:
|
19 may 1980 | Fransa, Marsel | Türkiyə konsulluğuna yönəldilmiş, və konsulluğun binasını vurmaq üçün nəzərdə tutulmuş raket aşkarlanmış və zərərsizləşdirilmişdir. |
31 iyul 1980 | Yunanıstan, Afina | Türkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Qalib Özman ailəsi ilə birlikdə avtomobildə olarkən, terrorçuların hücumuna məruz qalmış, Qalib və onun 14 yaşlı qızı Nəslihan hadisə yerindəcə həlak olmuşlar, həyat yoldaşı Sevil və 16 yaşlı oğlu Kaan isə ağır yaralanmışlar. |
5 avqust 1980 | Fransa, Lyon | İki erməni terrorçusu türk konsulluğunun binasına zorla daxil olaraq, qapıçıdan konsulun yerini deməsini tələb edirlər, sonra onlar ətrafa atəş açaraq iki nəfəri qətlə yetirirlər, bir neçə nəfər isə yaralanır. |
26 sentyabr 1980 | Fransa, Paris | Erməni terrorçuları iki dəfə Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə attaşesi Selcu Baklabaşına atəş açırlar. O, sağ qalır, lakin ömürlük iflic olur. |
3 oktyabr 1980 | İsveçrə, Cenevrə | Öz otel otaqlarında bomda hazırlayarkən iki erməni terrorçu Süzi Mesxedjan və Aleksandr Yeniqomşyan yaralanır. Onların həbsi ASALA–nın yeni qrupunun "3 oktyabr qrupunun" yaradılmasına səbəb olur. Bu qrup bütün dünyada İsveçrə təşkilatlarına hücumlar həyata keçirirdi. |
3 oktyabr 1980 | İtaliya, Milan | Türk aviaşirkətinin ofisinin qarşısında baş verən partlayış nəticəsində, iki nəfər İtaliya vətəndaşı yaralanır. |
5 oktyabr 1980 | İspaniya, Madrid | Partlayış nəticəsində "Al İtaliya" aviaşirkətinin ofisinə ciddi ziyan dəymiş 12 nəfər yaralanmışdır. |
10 oktyabr 1980 | Livan, Beyrut | Beyrutun qərbində İsveçrə təşkilatlarının qarşısında bir neçə partlayış baş verir, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu oz boynuna götürür, onların ardınca İngiltərədə İsveçrə təşkilatlarına qarşı oxşar terror aktları törədən digər qruplar da məsuliyyəti öz üzərinə götürür. |
12 oktyabr 1980 | Böyük Britaniya, London | Partlayış nəticəsində Türkiyə turizm və məlumat bürosuna ciddi ziyan dəyir. |
12 oktyabr 1980 | Böyük Britaniya, London | İsveçrə ticarət mərkəzində partlayış baş verir, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu öz üzərinə götürür. |
13 oktyabr 1980 | Fransa, Paris | Partlayış nəticəsində Parisdə yerləşən İsveçrə turizm bürosunun binasına ciddi ziyan dəyir. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz üzərinə götürür. |
21 oktyabr 1980 | İsveçrə, İnterlaken | Parisdən İnterlakenə qedən qatarda partlayıcı qurğu aşkarlanmışdır, İsveçrə hüquq mühafizə orqanları qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulduğunu hesab edirlər. |
4 noyabr 1980 | İsveçrə, Cenevrə | Partlayış nəticəsində Cenevrədə yerləşən məhkəmə binası ciddi zədələnir. İsveçrə hüquq mühafizə orqanları partlayışı ASALA – nın törətdiyini bildirir, bir müddət sonra isə "3 oktyabr" qrupundan olan terrorçular məsuliyyəti öz boynuna götürür. |
9 noyabr 1980 | Fransa, Strasburq | Partlayış nəticəsində Strasburqdakı Türkiyə konsulluquna ciddi ziyan dəyir, terror aktına görə məsuliyyəti "Türk – kürd işçi partiyası" və ASALA götürür. |
10 noyabr 1980 | İtaliya, Roma | Romada yerləşən İsveçrə aviaşirkətinin ofisində, və İsveçrə turizm bürosunda baş vermiş partlayış nəticəsində, 5 nəfər yaralanmışdır, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu götürmüşdür. Sonra ASALA və "Türk – kürd işçi partiyası" da onlara qoşuldular. |
19 noyabr 1980 | İtaliya, Roma | Türkiyə səfirliyi nəznində fəaliyyət göstərən turizm bürosunun və türk aviaşirkətinin yerləşdiyi binada partlayış baş verir. |
25 noyabr 1980 | İsveçrə, Cenevrə | Partlayış nəticəsində "İsveçrə banklarının ititifaqı"nın binasına ciddi ziyan deymişdir, bir nəfər xəsarət almışdır. Partlayışa görə məsuliyyəti "3 oktyabr" təşkilatı götürmüşdür. |
5 dekabr 1980 | Fransa, Marsel | Polis İsveçrə konsullluğuna qoyulmuş partlayıcı qurğunu zərərsizləşdirir. Hüquq mühafizə orqanları partlayıcı qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulmasını ehtimal edirlər. |
25 dekabr 1980 | İsveçrə, Sürix | Partlayış nəticəsində Kloten hava limanının radiolakasiya sisteminin idarəedici qurğusu partlayış nəticəsində sıradan çıxır, ikinci partlayıcı qurğu isə hava limanının əsas üçuş enmə zolağında aşkar olunur və zərərsizləşdirilir. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür. |
29 dekabr 1980 | İspaniya, Madrid | "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir, hadisə yerindən reportaj hazırlayan jurnalist, ikinci bombanın partlaması zamanı ağır bədən xəsarətləri alır. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür. |
30 dekabr 1980 | Livan, Beyrut | "Svis Kredit" şirkətinin ofisində partlayış baş verir, partlayışa görə məsuliyyəti "3 oktyebr qrupu öz üzərinə götürür. |
14 yanvar 1981 | Fransa, Paris | Türkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşaviri, Əhməd Erbəylinin maşınında partlayış baş verir. Diplomat heç bir zərər çəkməsə də, ətrafdakı binalara və maşınlara ziyan dəyir. ASALA nın özünü "Aleks Yeqişemonyan qrupu" adlandıran terrorçu dəstəsi, partlayışa görə məsuliyyəti öz boynuna götürür. |
27 yanvar 1981 | İtaliya, Milan | Partlayış nəticəsində, "Svis Eyr" aviaşirkətinin bürosuna ciddi ziyan dəyir. Küçədən keçən iki nəfər İtaliya vətəndaşı yaralanır. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz boynuna götürür. |
3 fevral 1981 | ABŞ, Los-Anceles | İsveçrə konsulluğunun pilləkanları altına qizlədilmiş, partlayıcı qurğu aşkarlanaraq, zərərsizləşdirilir. "3 oktyabr" qrupu, məsuliyyəti öz boynuna götürür, və İsveçrə hokumətinin erməni terorçusu Syuzi Mesxeredjyanı sərbəst buraxmadıqca bu cür aksiyaların davam edəcəyini bildirirlər. |
5 fevral 1981 | Fransa, Paris | Amerika və Fransaya məxsus iki aviaşirkətin ofisində qoyulmuş, partlayıcı qurğuların işə düşməsi nəticəsində, 1 nəfər yaralanır, ofislərə ciddi ziyan dəyir. Özünü "3 oktyabr erməni milli hərəkatı" adlandıran qrup, terror aktına görə məsuliyyəti öz boynuna götürür. |
4 mart 1981 | Fransa, Paris | ASALA nın Şaan Natali adlı qrupundan olan iki nəfər erməni terrorçu, türk diplomatlarına hücüm edir.
Diplomatlar Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Roşat Moralı, səfirlikdə din məsələləri üzrə cavabdeh şəxs olan Teselli Arı, və Anadolu bankının Parisdəki nümayəndəsi, İlkay Karakoş küçədə avtomobilə əyləşərkən onlara atəş açılır. Moralı və Karakoş qaçmağa cəhd edirlər, bu məqsədlə Moralı yaxınlıqdakı kafeyə qirir lakin, kafenin sahibi onu itələyib bayıra çıxarır və burada terorçular onu güllələyir, Karakoş qizlənə bilir və sağ qalır, Teselli Arı sabahsı gün xəstəxana keçinir, terorçular hadisə yerindən qaçmağa müvəffəq olurlar. |
12 mart 1981 | İran, Tehran | Bir qrup erməni terrorçusu Tehrandakı Türkiyə səfirliyinə hucum edir, nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı öldürülür. Terrorçulardan iki nəfər İran polisi tərəfindən həbs olunur, və edam edilir. |
3 aprel 1981 | Danimarka, Kopenhagen | Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi, Kavit Dəmir, evinin yaxınlığında olarkən, erməni terrorçusu ona bir neçə dəfə atəş açır, lakin həkimlərin səyi nəticəsində diplomat sağ qalır. Cinayətə görə məsuliyyəti ASALA öz üzərinə götürür. |
9 iyun 1981 | İsveçrə, Cenevrə | Cenevrədəki Türkiyə konsulluğunun katibi Mehmet Savaş Ergüz erməni terrorçusu tərəfindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilir. Milliyətcə erməni olan qatil Martin Camoqçyan polis tərəfindən həbs olunur. Qətlə qörə məsuliyyəti ASALA öz üzərinə götürür.
Camoqçyanın həbsi "9 iyun təşkilatı" adlı terrorçu dəstənin yaranmasına səbəb oldu, bu dəstənin üzvləri olan erməni terrorçular İsveçrədə və ondan kənarda yerləşən bir neçə İsveçrə şirkətinin ofislərində partlayışlar törəddi. |
19 iyun 1981 | İran, Tehran | "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA – nın "9 iyun təşkilatı" adlı terrorçu dəstəsi öz üzərinə götürür. |
26 iyun 1981 | ABŞ, Los-Anceles | İsveçrə banklarının korporasiyasının (Swiss Banking Cooperation) Los-Ancelesdəki ofisinin qarşısında partlayış baş verir, partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür. |
19 iyul 1981 | İsveçrə, Bern | Bern şəhərində İsveçrə parlamentinin binasında partlayış baş verir (zibil qabına qoyulmuş partlayıcı qurğu işə düşür). Anonim zəng partlayışı "9 iyun təşkilatı" – nın törətdiyini bildirir. |
20 iyul 1981 | İsveçrə, Sürix | Sürix beynalxalq hava limanında yerləşən fotoavtomatın içərisinə qoyulmuş partlayıcı qurğu işə düşür. "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürür. |
21 iyul 1981 | İsveçrə, Lozanna | Lozanna univermağında qadın qeyimləri bölməsində partlayış baş verir, 20 nəfər alıcı (hamıssı qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alır. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür. |
21 iyul 1981 | İsveçrə, Cenevrə | Cenevrə dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş partlayıcı qurğunun işə düşməssi nəticəsində 4 nəfər yaralanır. Hüquq mühafizə orqanları bu aktı "9 iyun təşkilatı" – nın törətdiyini hesab edir. |
11 avqust 1981 | Danimarka, Kopenhagen | İki partlayıcı qurğunun işə düşməsi nəticəsində "Svis eyr" aviaşirkətinin ofisinə ciddi ziyan dəyir, bir nəfər amerikalı turist yaralanır. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür. |
20 avqust 1981 | ABŞ, Los-Anceles | Dəqiq alətlər istehsal edən İsveçrə şirkətinin ofisinin qarşısında partlayış baş verir. Partlayışa görə "9 iyun təşkilatı" məsuliyyəti öz üzərinə götürür. |
20 avqust 1981 | Fransa, Paris | Səhər tezdən "Al İtaliya" aviaşirkətinin Paris nümayəndəliyinin qarşısında partlayış baş verir. Anonim telefon zənqi partlayışa qörə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə qötürməsini bildirir. |
22 avqust 1981 | Fransa, Paris | "Olimpik Eyrlayns" (Yunanıstan) şirkətinin Paris filialının binası qarşısında partlayış baş verir. Anonim zəng partlayışa görə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə qötürməsini bildirir. |
15 sentyabr 1981 | Danimarka, Kopenhagen | Kopenhagendə Türkiyə aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində iki nəfər yaralanır. Polis ikinci partlayıcı qurğunu aşkar edib zərərsizləşdirə bilir. Terror aktına görə məsuliyyəti "altıncı erməni azadlıq ordusu" adlı terrorçu qrup öz üzərinə götürür. |
22 sentyabr 1981 | İran, Tehran | Partlayış nəticəsində Tehrandakı İsveçrə səfirliyinin binasına ziyan dəyir. Partlayışa görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürür. |
24 sentyabr 1981 | Fransa, Paris | ASALA-dan olan terrorçular Parisdəki Türkiyə konsulluğuna basqıt təşkil edir (VAN əməliyyatı). |
3 oktyabr 1981 | İsveçrə, Cenevrə | Cenevrə şəhər poçtunun və məhkəməsinin binasında partlayış baş verir. Partlayışın baş verddiyi məhkəmə binasında ASALA-dan olan bir terrorçunun məhkəmə prosesi keçirilməli idi, terrorçu qətldə təqsirləndirilirdi. Terror aktlarına görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürür. |
25 oktyabr 1981 | İtaliya, Roma | Silahlı erməni terrorçusu Romadakı Türkiyə səfirliyinin ikinci katibi Gökberk Ergenekon atəş açır. Qolundan yaralanmış diplomat maşından çıxıb terrorçuya cavab atəşi açaraq terrorçunu yaralayır, yaralı vəziyyətdə olan terrorçu hadisə yerindən qaçmağa müvəffəq olur. ASALA bu akta görə məsuliyyəti öz üzərinə götürür və aksiyanın Fransada (Paris) türk konsulluğuna basqın təşkil etmiş erməni terroçuların şərəfinə təşkil olunduğunu bildirir. |
25 oktyabr 1981 | Fransa, Paris | Yelisey çöllərində (Şanzelize Bulvarı) yerləşən bahalı restoranların birində partlayış baş verir. Partlayış nəticəsində restoranın işçilərindən 3 nəfər yaralanır. Terror aktına görə məsuliyyəti "September Frans" (1981-ci ilin sentyabrın 24 də Parisdəki türk konsulluğuna basqın etmiş erməni terrorçuların şərəfinə) terrorçu qrupu öz üzərinə götürür. |
26 oktyabr 1981 | Fransa, Paris | Yelisey çöllərində yerləşən aptekin qarşısında park edilmiş avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşür. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür. |
27 oktyabr 1981 | Fransa, Paris | Parisdə "Ruasi" beynəlxalq hava limanının avtomobil dayanacağında partlayış baş verir. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür. |
27 oktyabr 1981 | Fransa, Paris | "Ruasi" beynəlxalq hava limanında eskalatorun yanında yerləşən zibil qutusuna qoyulmuş partlayıcı qurğu işə düşür, bir neçə nəfər yüngül xəsarət alır. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür. |
3 noyabr 1981 | İspaniya, Madrid | "Suis Eyr" aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində 3 nəfər yaralanır, ətrafdakı binalara ziyan dəyir. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürür. |
5 noyabr 1981 | Fransa, Paris | "Qar de Lion" dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində bir nəfər yaralanır, saxlanma kameralarına ciddi ziyan dəyir. Özünü "Orli təşkilatı" adlandıram erməni terrorçu dəstəsi bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürür. |
12 noyabr 1981 | Livan, Beyrut | Beyrutda yerləşən Fransa mədəniyyət mərkəzinin, fransız konsulun evinin və "Eyr Frans" aviaşirkətinin binasının qarşısında eyni vaxtda partlayışlar baş verir. Partlayışlar nəticəsində ölən və yaralanan olmasa da, binalara ciddi maddi ziyan dəyir. Bu partlayışlara görə "Orli təşkilatı" addlanan qrup məsuliyyəti öz üzərinə götürür. Terrorçular Fransada Orli hava limanında üzərində saxta sənədlər gəzdirən və fransız polisi tərəfindən həbs olunmuş erməninin sərbəst buraxılmasını tələb edirdilər. Terrorçuların digər tələbi, erməni terrorçusu Monte Melkonyanın azadlığa buraxılması idi. |
14 noyabr 1981 | Fransa, Paris | Eyfel qülləsinin yaxınlığında partlayış baş verir, partlayış nəticəsində yaxınlığda park edilmiş avtomobil yararsız vəziyyətə düşür. "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürür və bunun Fransa hökumətinə "ilk xəbərdarlıq" olduğunu bildirir. |
14 noyabr 1981 | Fransa, Paris | Sena çayında qəzintidən sonra sahilə çıxan xarici turistlərdən ibarət qrupa terrorçular bir neçə qumbara atırlar, xoşbəxtlikdən heç kim yaralanmır. Aksiyaya görə "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürür. |
15 noyabr 1981 | Fransa, Paris | "Orli təşkilatı" mətbuata ünvanladığı bəyanatında "Eyr Frans" avişirkətinin təyyarəsini göydə partladacağı ilə hədələyir. |
16 noyabr 1981 | Fransa, Paris | "Qar de Lest" dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş bombanın partlaması nəticəssində iki nəfər yaralanır, vağzala isə maddi ziyan dəyir. Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür. |
13 yanvar 1982 | Kanada, Toronto | Partlayış nəticəsində Türkiyənin Torontodakı konsulluğuna ziyan dəyir. |
17 yanvar 1982 | İsveçrə, Cenevrə | Avtomobil dayanacağının yaxılnlığında iki partlayıcı qurğu işə düşür, "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürür. |
17 yanvar 1982 | Fransa, Paris | Paris bank ittifaqının ofislərinin birində partlayış baş verir, ikinci partlayıcı qurğu "Kredit Lion" bankında aşkarlanaraq zərərsizləşdirilir.
Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür. |
19 yanvar 1982 | Fransa, Paris | Konqress sarayında "Eyr Frans" aviaşirkətinin ofisində partlayış baş verir.
Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür. |
26 mart 1982 | Livan, Beyrut | Beyrutun erməni məhəlləsində türk filmlərinin nümayiş olunduğu kinoteatr partladılır. Partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür. |
8 aprel 1982 | Kanada, Ottava | Erməni terrorçuları Türkiyə səfirliyinin ticarət attaşesi Gəni Günqürə hücüm edib onu ağır yaralayırlar. Bu aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürür. |
10 may 1982 | İsveçrə, Cenevrə | İki Cenevrə bankında partlayış baş verir, partlayışlar nəticəsində banklara maddi ziyan dəyir. ASALA-ya tabe olan terrorçu dəstələrdən biri partlayışlara görə məsuliyyəti öz üzərinə götürür. |
26 may 1982 | ABŞ, Los-Anceles | Partlayış nəticəsində İsveçrə bank korporasiyasının ofisinə ziyan dəyir. Bu partlayışda Kaliforniyadan olan 4 erməni iştrak etmişdir (Viqen Çarxutyan, Qraç Qozibukyan, Straniç Qozibukyan, Qrant Şirinyan). |
30 may 1982 | ABŞ, Los-Anceles | Üç nəfər ASALA üzvü olan erməni həbs olunur, onlar "Eyr Kanada" aviaşirkətinin yük terminalının qarşısında partlayıcı qurğu quraşdırmaqda gunahlandırılırdılar. Partlayıcı qurğu Los-Anceles polisinin xüsusi dəstəsi tərəfindən zərərsizləşdirilir. |
21 iyul 1982 | Fransa, Paris | Parisdəki Sent Servin meydanında yerləşən kafenin yanında partlayış baş verir, partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. Terrorçular mətbuata ünvanladıqları müraciətdə partlayışın Fransa hökumətinin vədinə əməl etməyib, türk konsulluğuna basqın etmiş 4 erməniyə siyasi sığınacaq verməməsinə görə törədildiyini bildirirdilər. |
26 iyul 1982 | Fransa, Paris | Parisdəki "Pab Sent Jermen" kafesində baş vermiş partlayış nəticəsində iki qadın yaralanır. Partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. |
2 avqust 1982 | Fransa, Paris | Erməni terrorçu Pyer Qumulyan özünün hazırladığı partlayıcı qurğunun işə düşməsi nəticəsində öz mənzilində həlak olur. |
7 avqust 1982 | Türkiyə, Ankara | Erməni terrorçuları beynəlxalq hava limanına hücum təşkil edir, tapanca və əl qumrabaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açır. Bir terrorçu hava limanının restoranında 20 nəfəri qirov qötürür, digəri isə polis tərəfindən yaxalanır. Qirovları öldürəcəyi ilə hədələyən terrorçu ilə atışma zamanı 9 nəfər həlak olur (biri ABŞ biri Almaniya vətəndaşı). Terror aktı zamanı 82 nəfər yaralanır. Terrorçu Levon Əkməkcyan hadisə yerindəcə qətlə yetirilir. Həbs olunmuş digər terrorçu Levon Ekmekcan isə məhkəmənin hökmü ilə edam cəzasına məhkum olunur. Silva Kaputikyan terrorçu Əkməkcyana "yağış yağır oğlum" şerini həsr edir. Terror aktına görə ASALA məsuliyyəti öz üzərinə götürür. |
8 avqust 1982 | Fransa, Paris | Xüsusi polis dəstəsi Parisin 17-ci royonunun telefon qovşağının yaxınlığında partlayıcı qurğunun zərərsizləşdirir. "Orli təşkilatı" partlayıcı qurğunun onlar tərəfindən yerləşdirildiyini bildirir. |
8 avqust 1982 | Bolqarıstan, Burqas | Türkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkan evinin qarşısında erməni terrorçusu tərəfindən qətlə yetirilir. Qatil hadisə yerindən qaçmağa müvəffəq olur. ASALA qətlə görə məsuliyyəti öz üzərinə götürür. |
22 yanvar 1983 | Fransa, Paris | "Orli" hava limanında yerləşən Türk hava yollarının kassasının qarşısında polis 1 kiloqram çəkisində partlayıcı maddə ilə təchiz olunmuş bomba aşkar edir. |
22 yanvar 1983 | Fransa, Paris | İki erməni terrorçusu Türk hava yollarının Parisdəki bürosuna əl qumbaraları atır. Partlayışlar nəticəsində heç kim xəsarət almır. Terrorçulardan biri həbs olunur. ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürür. |
28 fevral 1983 | Fransa, Paris | "Marmara Travel Agency"nin ofisində baş vermiş partlayış nəticəsində şirkətin əməkdaşı fransız Rone Marin həlak olur, daha 9 nəfər Fransa vətəndaşı yaralanır. Partlayışdan bir neçə dəqiqə sonra ASALA məsuliyyəti öz üzərinə götürür. |
31 mart 1983 | Almaniya, Frankfurt-Mayn | "Tərcuman" qazetinin bürosuna zən etmiş naməlum şəxs "ermənilərə qarşı" olan yazılar dayandırılmazsa büronu partladacağı ilə hədələyir. |
24 may 1983 | Belçika, Brüssel | Türk turizm şirkətinin və Türkiyə səfirliyinin mədəniyyət mərkəzinin binası qarşısında partlayışlar baş verir. Səyahət bürosunun milliyətcə italyan olan direktoru partlayış nəticəsində yaralanır. |
16 iyun 1983 | Türkiyə, İstambul | Əl qumbaraları və avtomatik silahla silahlanmış erməni terrorçu Mkrtıç Mardaryan İstambulda "Kapalı Çarşı" ticarət mərkəzində insanlara hücüm edir, nəticədə iki tür həlak olur 21 nəfər isə yaralanır, terrorçu hadisə yerinddəcə öldürülür. |
8 iyul 1983 | Fransa, Paris | Erməni terrorçuları Britaniya Şurasının (British Council) binasına basqın edirlər. Bununla onlar ASALA terrorçularının Londonda keçirilən məhkəməsinə öz etirazlarını bildirirlər. |
14 iyul 1983 | Belçika, Brüssel | Türkiyə səfirliyinin attaşesi Dursun Aksoy öz maşınında qətlə yetirilir, ASALA, ESƏD və bu vaxtacan məlum olmayan "Erməni inqilab ordusu" təşkilatı bu qətlə görə məsuliyyəti öz üzərlərinə götürürlər. |
15 iyul 1983 | Fransa, Paris | "Orli" hava limanında türk hava yollarının kassasının qarşısında baş vermiş partlayış nəticəsində 8 nəfər həlak olur 60 nəfər yaralanır. Orli hava limanında terror aktı. |
15 iyul 1983 | Böyük Britaniya, London | "Orli"də partlamış bombanın analoqu olan partlayıcı qurğu aşkar olunaraq zərərsizləşdirilmişdir. |
22 iyul 1983 | İran, Tehran | Fransanın Tehrandakı səfirliyində və "Eyr Frans"ın ofisində partlayışlar baş verir. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. |
29 iyul 1983 | İran, Tehran | Erməni terrorçuları Fransa ssəfirliyini raketlər ilə atəşə tutacaqları barədə məlumat yayır, onların tələbi Fransada həbsdə olan 21 nəfər erməni terrorçusunun azadlığa buraxılması idi. |
10 avqust 1983 | İran, Tehran | İçərisində partlayıcı maddə qoyulmuş maşın Fransa səfirliyinin qarşısında partladılır. |
17 avqust 1983 | İran, Tehran | "Eyr Fransın" Tehrandakı nümayəndəsi öz maşınında avtomatik silahla atəşə tutulur. |
25 avqust 1983 | Almaniya, Bonn | Fransa səfirliyində baş vermiş partlayış nəticəsində, 2 nəfər həlak olur, 23 nəfər isə yaralanır. Partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür. |
9 sentyabr 1983 | İran, Tehran | Fransa səfirliyinə məxsus iki avtomobil partladılır. Partlayışlar nəticəsinddə səfirliyin iki əməkdaşı yaralanır. |
1 oktyabr 1983 | Fransa, Marsel | Beynəlxalq ticarət yarmarkasındda baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəyir, bir nəfər həlak olur, 26 nəfər yaralanır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. |
6 oktyabr 1983 | İran, Tehran | Fransa səfirliyinin avtomobili partladılır, iki nəfər fransız diplomatı yaralanır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. |
29 oktyabr 1983 | Livan, Beyrut | Fransa səfirliyinin qarşısında dayanmış avtomobildən çıxan bir nəfər səfirliyin pilləkanlarına əl qumbarası atır, terrorçu hadisə yerindəcə yaxalanır, əlbirləri isə qaçmağa müvəffəq olurlar. |
8 fevral 1984 | Fransa, Marsel | Terrorçular "Eyr Fransın" 13.00-da Nyu-Yorka uçacaq təyyarəsinə partlayıcı qurğu quraşdırıldığını anonim zəng vasitəsilə bildirir. Lakin xüsusi yoxlama zamanı heç bir bomba aşkarlanmır. |
28 mart 1983 | İran, Tehran | Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunur.
Həsən Servet Ötgəm Türkiyə səfirinin katibi evindən çıxarkən terrorçular ona hücum edir, diplomatı yaralayırlar. İki erməni terrorçussu baş çavuş İsmayıl Pamukçuya atəş açıb onu ağır yaralayır. Səfirliyin inzibati məsələlər üzrə ataşesi, polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verir. Polis erməni terrorçularını həb edir. Gündüz saat ikidə polis daha üç erməni terrorçusunu Türkiyə səfirliyinin qarşısında həbs edir. Suren Qriqoryan adlı erməni terrorçusu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşmasi nəticəsində həlak olur. Səfirliyin müşaviri İşıl Ünel zərər çəkmir. |
29 mart 1984 | ABŞ, Los-Anceles | Los-Ancelesdəki türk konsulluğuna ASALA-nın imzası ilə məktub göndərilir. Məktubda türk idmançıların Olimpiadada iştrak edəcəyi təqdirdə öldürəcəkləri bildirilir. |
8 aprel 1984 | Livan, Beyrut | ASALA Beyrutda yaydığı bəyanatda Türkiyəyə reysləri olan bütün aviaşirkətləri xəbərdar edir ki, onların təyyarələri ASALA üçün hərbi hədəflər hesab edilir. |
28 aprel 1984 | İran, Tehran | İşık Öndər tərəfindən idarə olunan avtomobil motosiklda olan iki erməni terrorçu tərəfindən atəşə tutulur. Bu zaman Öndər səfirlikdə çalışan həyat yoldaşı Sədiyyə Öndəri işə aparırdı, hücum nəticəsində İşık Öndər həlak olur. |
13 avqust 1984 | Fransa, Lion | Lion dəmir yolu vağzalında partlayış baş verir. Partlayış nəticəsində vağzala kiçik ziyan dəyir. |
Sentyabr 1984 | İran, Tehran | İranda çalışan bir neçə türk şirkəti ASALA-dan hədələyici məktublar alır, türk tikinti şirkətlərindən birinin ofisinə qumbara atılır, bir nəfər türk vətəndaşı yaralanır. |
25 dekabr 1984 | Livan, Beyrut | Beyrutda yerləşən və Fransaya məxsus iki bina partladılır. ASALA partlayışlara görə məsuliyyəti öz boynuna götürür. |
3 yanvar 1985 | Livan, Beyrut | "Frans Press" informasiya agentliyinin ofisində partlayış baş verir, partlayış nəticəsində binaya ciddi maddi ziyan dəyir. |
3 yanvar 1985 | Livan, Beyrut | Hərbi minaaxtaranlar dəstəsi "Fransız-Livan" bankının qirişində 6 funt partlayıcı maddə ilə təchiz olunmuş partladıcı qurğu aşkarlayaraq zərərsizləşdirir. |
17 mart 1986 | Fransa, Lion | Liondan Parisə qedən qatarda partlayış baş verir, partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür. |
20 yanvar 1987 | Yunanıstan, Afina | ASALA-nın 12 illik yubileyi ilə əlagədar, ASALA-nın Afinada yerləşən qərargahından "erməni xalqına" müraciət yaymışdır. Bu müraciətdə terrorçular "erməni xalqının düşmənlərini" sadalayır bunlar "Türk faşist dövləti və onu dəstəkləyən beynəlxalq imperialist və sionist güvvələrdir.
ASALA-nın müraciəti yunan mətbuatında geniş işiqlandırılır. |
11 fevral 1987 | Livan, Beyrut | Beyrutda ASALA-nın yaydığı məlumatda təşkilat 1986-cı ildə Parisdə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürür.
Terrorçular Fransaya müraciətində bunları deyir: "Fransa hökuməti erməni və ərəb vətənpərvərlərini azadlığa buraxmaq üçün ciddi və təxirəsalınmaz tədbirlər görməliddir". ASALA-nın ddigər tələbi terrorçu Varujan Karapetyanın azadlığa buraxılması idi. |
oktyabr 1987 | Livan, Beyrut | Fransanın Livandakı səfirliyinə hücum təşkil olunur. |
dekabr 1991 | Macarıstan, Budapeşt | Türkiyənin Macarıstandakı səfirinə hücum edilir. |
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Терракты АСАЛА Arxivləşdirilib 2012-03-22 at the Wayback Machine
- ASALA (ERMENİSTAN'IN KURTULUŞU İÇİN ERMENİ GİZLİ ORDUSU)
- История армянского терроризма
- Azərbaycanda erməni terrorunun xronologiyası
- Erməni terrorçuları tərəfindən törədilmiş terror aktlarının xronologiyası Arxivləşdirilib 2010-10-28 at the Wayback Machine
- Erməni terrorizminin nəticələri fotolarda Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine
- Asalanın terror fəaliyyəti
- АСАЛА взрывает Швейцарию (фото) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine