Aks 74u - Wikipedia
AKS-74U — AK avtomatlar ailəsinin üzvü. AK-74 ün qısaldılmış variantı. Aviatexnika, zirehli texnika ekipajı artilleriyaçılar və desantçılar üçün nəzərdə tutulub
AKS-74U | |
---|---|
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1979-Davam edir |
İstismara başlanması | 1979 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Mixail Kalaşnikov |
Konstruksiya tarixi | 1970-ci illərin sonu. |
İstehsalçı | "İjmaş" zavodu, Tula silah zavodu |
İstehsal illəri | 1979-1994 |
Xüsusiyyətləri | |
Ağırlığı |
2,7 (gülləsiz) 3 (güllə ilə) 0,215 (maqazin) |
Uzunluğu | 730/490 s |
Kalibr | 5,45 |
Mərminin başlanğıc sürəti | 650-700 |
Nişangah | Açıq |
Vikianbarda əlaqəli mediafayllar |
Variantlar
redaktə- AKS-74UN2 ("gecə üçün") — qaranlıqda görmək üçün nəzərdə tutulmuş nişangah ilə variant.
- AKS-74UB ("səssiz") — Xüsusi qüvvələr üçün nəzərdə tutulmuş variant
Xüsusiyyətləri
redaktə- Tarixi - Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə ö öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə silahlı qüvvələrə götürülür. AKS-U 1970-ci illərin axırı, 1980-ci illərin əvvəllərində istehsal edilərək, modelləşdirilib silahlı qüvvələrin ixtiyarına verilmişdir.
Təyinatı - Düşmənin canlı qüvvəsini tək-tək məhv etmək həmçinin atəş vasitələrini susdurmaq üçün təyin olunmuşdur. Bu silah əsasən desant dəstələri, xüsusi təyinatlı dəstələr və yaxın döyüşdə daha çox istifadə olunur. Hüquq mühafizə orqanlarında istifadəsi geniş yayılmışdır.
Kalaşnikov avtomatının iş prinsipi: Atəş zamanı əmələ gələn barıt qazlarının enerjisinin istifadəsinə əsaslanır. Atəş zamanı barıt qazlarının bir hissəsi güllənin ardınca hərəkət edərək, lülə divarındakı dəlikdən qaz borucuğuna keçərək qaz porşeninə təzyiq göstərir və çaxmaq çərçivəsini qaz porşeni ilə birlikdə geriyə itələyir. Çaxmaq çərçivəsi geri çəkilərkən çaxmaq sıxılıraq gilizi çölə atır.
- Texniki taktiki xarakteristikası:
- Silahlanmaya qəbul edilməsi ili: 1979
- Kütlə: 2,7 kq(mağazası olmadan)
- Kütlə: 3,0 kq (mağazanın dolu)
- İş prinsipi: avtomatik
- Atəş rejimləri: tək-tək və avtomatik
- Nişangah məsafəsi: 500 m
- Güllənin zədələyici təsir məsafəsi: 1100 m
- Güllənin çəkisi: 10,2 q
- Avtomat uzunluğu: 730 mm
- Qatlanmış qundağı ilə avtomat uzunluğu: 490 mm
- Gövdəsinin uzunluğu 206,5 mm
- Tətbiq edilən güllə çapı: 5,45x39 mm
- Atəş sürəti: 650–700 güllə/dəqiqədə
- Gülləsinin başlanğıc sürəti: 735 metr/saniyə
- Effektiv atış məsafəsi: 300 m