Asina Conq - Wikipedia
Aşina_Çonq - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aşina Çonq (阿史那忠) (611-674) - Tan sülaləsi sərkərdələrindən olub, Göytürk şahzadəsi idi.
Aşina Çonq | |
---|---|
阿史那忠 | |
Şərq Göytürk xaqanlığının Sol Müdrik şahzadəsi | |
641 – 647 | |
Monarx | Kilibi xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | Hsiçou kəndi, Likuan rayonu, Hsian əyaləti, Çin |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Aşina Sunişi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAşina Sunişinin oğlu, Bağa xaqanın nəvəsi idi. İllig xaqanın təslim olmağına kömək etdiyi üçün Sol Müdafiə generallığına yüksəldilmişdi. "Çonq" adı ona imperator tərəfindən verilmişdi, "vəfalı" mənasına gəlirdi.
Vəzifələri
redaktə- 635-ci ildə Sağ Mühafizəçiləri sərkərdəsi təyin edildi.
- 639-cu ildə isə Kilibi xaqanın Sol Müdrik Şahzadəsi elan olundu.
- 650-ci ildə Hsüe Quo knyazı titulunu aldı.
- 668-ci ildə Kinxay yolu mühafizəsinin rəisi təyin olunmuşdur.
Ailəsi
redaktəDinhsianq valisinin qızı, həmçinin Tanq Taiçonqun ögey qızı Şahzadə Linçuan (臨川公主) ilə evli idi.
Övladları
redaktə- Aşina Cian (阿史那暕)
Ölümü
redaktə674-cü ildə vəfat etmişdir. Məzarı 1972-ci ildə tapılmışdır.[1]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Eyüp Sarıtaş,AŞİNA ZHONG'UN MEZARI HAKKINDA KISA BİR İNCELEME". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-27.