Asagi Yayci - Wikipedia
Aşağı_Yaycı - Haqqında Məlumat
Aşağı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[1]
Aşağı Yaycı | |
---|---|
39°37′14″ şm. e. 45°04′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 895 m |
Saat qurşağı | |
Toponimikası və tarixi
redaktəArpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1928-ci ildə keçmiş Yəyci (indiki Yuxarı Yəyci) kəndindən çıxmış bir qrup ailə salmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponenti isə türk mənşəli yaycı tayfasının adını əks eldirir.[2] 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən 10 km şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir.
Əhalisi
redaktəƏhalisi 1599 nəfərdir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ Aşağı Yaycı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 114. ISBN 978-9952-34-155-3.
- ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.