Asagi Xocamsaqli - Wikipedia
Aşağı Xocamsaqlı, Aşağı Xocamusaxlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Xocamsaqlı | |
---|---|
39°18′48″ şm. e. 46°33′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəXocamusaxlı kəndi ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam-qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar e. ə. I əsrdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
Qubadlının ərazisində mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Xocamsaxlı kəndində "Qala" rayon işğal olunana qədər dururdu. Elə kəndin qədim adı da Qalacıq olub. Kənd sakinləri hələ də kəndin əski adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Toponimikası
redaktəAşağı Xocamusaxlı kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı Qalacıq Xocamusaxlıdır. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Xocamusaxlı (indiki Yuxarı Xocamusaxlı) kəndindən çıxmış ailələr salmışlar. Əsl adı xacəəbuishaqlı olan xocamusaxlı tayfası qədimdən Zəngəzur qəzasında yaşamışdır. Onların keçmişdə Qalacıq, Dəstəgird və Mazutlu adlanan qışlaqları sonralar tədricən müstəqil yaşayış məntəqələrinə çevrilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlı yaranmışdır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
redaktə Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |