Asagi Surra - Wikipedia
Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Surra | |
---|---|
39°29′06″ şm. e. 49°00′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəAşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir.
Redaktor: Ağali Sadıqov
Coğrafiyası və iqlimi
redaktəKənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir. Adanın təxmini sahəsi 8 hektardır və sıx meşə zolağı əmələ gətirib.
Əhalisi
redaktəKənddə 4338 nəfər əhali yaşayır. (2009)
Tanınmış şəxsləri
redaktə- Vüqar Bağırov — Rusiya alimi.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və balıqçılıq təşkil edir. Əsasən, əkinçilik və maldarlıq sahələri daha çox inkişaf etmişdir. Kənddə suvarılan sahələr becərilir. Əkinçilikdə taxıl, pambıq və yonca əkini əsas yer tutur.
Təhsil
redaktəAşağı Surra kəndində təhsil yüksək inkişaf etmişdir. Kənddə Zabil Qabil oğlu Əsgərov adına kənd orta ümumtəhsil məktəbi və Eldar Abbasağa oğlu Rəhmanov adına əsas ümumtəhsil məktəbi yerləşir.[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Firdovsi Tağıyev. Aşağı Surra kəndi. Bakı: "Mütərcim", 2017 (az.)</ref>[1]
Həmçinin bax
redaktə Neftçala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Firdovsi Tağıyev - Aşağı Surra Arxivləşdirilib 2017-02-27 at the Wayback Machine. sabahinfo.az, 21.02.2017 (az.)