Asagi Quscular - Wikipedia
Aşağı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Malıbəyli kənd Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilmişdir.[2] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.[3]
Aşağı Quşçular | |
---|---|
39°50′13″ şm. e. 46°48′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 758 m[1] |
Saat qurşağı | |
Toponimikası
redaktə"Aşağıda yerləşən Quşçular kəndi" deməkdir. Etnotoponimdir.[4]
Tarixi
redaktəQarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.
Coğrafiyası və iqlimi
redaktəKənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
redaktə1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə kənddəki əhalinin sayı 247 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır.
Tanınmış şəxsləri
redaktə- Rizvan Teymurov – Azərbaycan Respublikası Milli Qəhrəmanı
İstinadlar
redaktə- ↑ http://wikimapia.org/1974471/ru/Малыбейли.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- ↑ "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ Aşağı Quşçular // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.