Asagi Qarxun Yevlax - Wikipedia
Aşağı_Qarxun_(Yevlax) - Haqqında Məlumat
Aşağı Qarxun — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Qarxun | |
---|---|
40°35′09″ şm. e. 47°12′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yevlax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 12 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəAşağı Qarxun Yevlax rayonunun Yuxarı Qarxun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndi XIX əsrdə İrəvan quberniyasındakı Qarxun kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi Qarxun Korpukənd və ya Qıraqlı Qarxun da adlanır. Bu da onun Körpükəndin yaxınlığında və Kür çayı sahilində olması ilə əlaqədardır. XIX əsrin sonlarında kənd böyüyərək Aşağı və Yuxarı Qarxun kəndlərinə bölünmüşdür. Ermənistanın Eçmiədzin rayonundakı Araks kəndinin adı da 1946-cı ilədək Aşağı Qarxun adlanmışdır.[1].
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |