Asiq Qasim - Wikipedia
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı.
Aşıq Qasım | |
---|---|
Doğum tarixi | 1867 |
Doğum yeri | |
Vəfat tarixi | 1919 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | aşıq, şair |
Aşıq Qasım Vikimənbədə |
Həyatı
redaktəAŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib.
Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir.
Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir:
Aşıq Sayad Nova, Aşıq Ələsgər,
Aşıq Musa, Alı, Məmməd Söyün var,
Pənah, Molla Cümə, Çoban müxtəsər
Sənin kimi elmə dalan görmədim.
Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var.
Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır.
Mənbə
redaktə- Azərbaycan aşıqları və el şairləri. II cild. Bakı: 1984, səh.109–112.
- Telli saz ustadları. Bakı: 1964, səh.95–97.