Asiq Hasim Qubali - Wikipedia
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
Aşıq Haşım Qubalı | |
---|---|
Haşım Səftər oğlu Balasıyev | |
Doğum adı | Haşım Balasıyev |
Təxəllüsü | Qubalı |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Mükafatları |
Həyatı
redaktəAşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyil etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Aşıq fəaliyyəti
redaktəUstadı Aşıq Barat olan Haşım Qubalı aşıq şeirinin bütün şəkillərində şeir yazıb, bir neçə kitab nəşr etdirib. "Yetim Aydın", "Adıgözəl", "Bikəs", "Seydi" kimi unudulmuş dastanları bu gün də yaşadan sənətkar "Səni bilmirəm", "Ayrılmaq olmur", "Harasındadır", "Yoxsa nə", "Qızım", "Nə var", "Xaltan deyilmi", "Uşaq kimiyəm" və qoşmaları ilə aşıq sənətini zənginləşdirmişdi. "Gülməz bizə", "Sevgi ətri", "Hal qoymayır", "Gedərəm", "Gözlərin", "Sözüm yoxdu", "Qurban olum", "Gözəl", "Gəl calayaq", "Neyləsin", "Apar məni", "Qubalı qız", "Bu sedanın adı", "Həsrət var", "Bu məhəbbətin", "Mənim deyil" və s. adlı şeirləri mövcuddur.
Kitabları
redaktə- "Bağışla məni" (Bakı, "Şirvannəşr", 2002);
- "Mənə meydan verin" (Bakı, "Şirvannəşr", 2005);
- "Tatam mən" (Bakı, "Şirvannəşr", 2008);
- "Bu sevgi" (Bakı, "Şirvannəşr", 2015) və s.
Şeirləri
redaktəGəraylıları
redaktə- Dünya, bizi aldatma sən
- Mən cır tatam
- Dünya
- Bir sözüm var, ayaq saxla
- Gedərəm
- Gözlərin
- Bu yaşda sevgi
- Vaxtsız sevgi.
- Can qoymadı
- Dağ var
- İstisuda bir qız gördüm.
- Çəkdi
- Qubalı qız.
- Yadda qalanımsan
Qoşmalar
- Daha soruşma
- Hayıf
- Babadağlı
- Dağlar
- Novruz bayramı.
- Ay Elxan (Folklorşünas alim Elxan Məmmədliyə həsr olunub)
- Dünyada
- İndi
- Yalandır
- Dənə dən
- Səni
- Bu dünya
- Görmədim
- De görüm (Xaltanlı Tağıya nəzirə)
- Şirvanım
- Şirvan üstədi
- Şirvanda axtar
- Şirvan aşığının sənət dünyası.
- A Şamil (ansamblımda qoşanağara çalmış dostu Şamilə)
- Allaha şükürlər
- Ata
- Aşıq Rəfiqə Göyçəliyə (2004)
- Çiçi (Eldar İlyasova həsr olunub)
- Ürəyim şikəstə istəyir, Rasim. (Şamaxı rayonunda yaşayan ustad Rasimə)
- Azın az dərdi var, çoxun çox dərdi.
- Allah
- Ustadnamə
- Savabına bax
- Çeşmə başında
- Yandırdı məni
- Tələbəlik illərində qalıbdır
- Siyəzənli qız
- Xaçmazlı qız
- Şabran gözəli
- Qalmadı, getdi.
- Qırxdan sonra gələn məhəbbətə bax
- Bir bax (2013)
- Bu bulağın başında
Divanilər
- İndi
- Au gözəl
- Bu qız
Müxəmməsləri
- Novruz gələndə
- Kürdəmicə
Haqqında deyilənlər
redaktəAzərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı:
Dağıstanda Azərbaycan aşıqlığının təbliğ olunmasında da Aşıq Haşımın böyük rolu var. Bu gün Dağıstan bölgəsində təkcə azərbaycandilli yox, eyni zamanda ləzgi dilli, avar dilli xeyli sayda aşıqlar var ki, onlar aşıq Haşım Qubalının ifa tərzini, onun şeirlərini və bildiyi havaları, bir sözlə, aşıqlıq keyfiyyətini uğurla davam etdirirlər. |
Filologiya üzrə fələsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədli:
Müasir Şirvanın yaradıcı aşıqlarından söz düşəndə mən Aşıq Xanmusa, Aşıq Yanvar, Aşıq Haşım, Aşıq Niyazinin adını hörmətlə çəkirəm. Aşıq Haşımı mən “Sarıtel” verilişindən tanıyıram. Meydangir, hazırcavab, bədahətən şeir deyə bilən ustad sənətkardır. Aşıq Haşımın Quba şəhərində keçirilən 70 illik yubileyində yaxından iştirak etmişəm. Orada çıxış edəndə vaxtilə mənə həsr etdiyi şeirə görə ustada minnətdarlıq etdim. Məni tutan bir bəndi təqdim etdim: |
“Müxəmməs”, “Müstəzad”, “Təcnis”imizsən, Sənət bir dəryadır, sən bir gəmisən, Ustadsan, qardaşsan, dostsan, əmisən, Üz tutub nə zaman gəlsən, ay Elxan. |
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu:
Bir sənətkar kimi həm də ona görə xoşbəxtdir ki, fəaliyyətinin mühüm hissəsi Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edib və bu gün ozan-aşıq sənətinin dünya mədəniyyətinin
incilərindən biri kimi YUNESKO-nun siyahısına daxil edildiyi, sazımızın səsinin Azərbaycanın hüdudlarını aşaraq Avropanın ən möhtəşəm saraylarından gəldiyi bir vaxtda yaşayıb yaradır. |
Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi "Günümüzün ustad aşıqları" seriyasından nəşr olunan kitabda tanınmış ustad, özünəməxsus dəst-xətti ilə seçilən Əməkdar Mədəniyyət İşçisi Haşım Qubalının (Balasıyevin) həyat və yaradıcılığı haqda qısa oçerk, respublikamızın görkəmli elm və sənət adamlarının onun haqqında söylədikləri dəyərli fikirlər və yaradıcılığından nümunələr yer alıb.[1]
Mükafatları
redaktəMüxtəlif tədbirlərdəki çıxışlarınıza görə dəfələrlə fəxri fərmanlara və diplomlara layiq görülüb, 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ ""Günümüzün ustad aşıqları" seriyasından çap olunmuş nəşrlərin təqdimatı keçirildi". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ ""Əməkdar mədəniyyət işçisi" fəxri adınız mübarək!". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
Ədəbiyyat
redaktə- Günümüzün ustad aşıqları: Haşım Qubalı. Bakı, "Elm və Təhsil" nəşriyyatı, 96 səh.