Asiq Ali - Wikipedia
Aşıq Alı və ya Aşıq Qızılvəngli (1801, Qızılvəng – 1911, Qızılvəng, Yeni Bəyazid qəzası) — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri.[1]
Aşıq Alı | |
---|---|
Haqverdiyev Alı Mirzə oğlu | |
| |
Doğum adı | Alı |
Təxəllüsləri | Aşıq, Şıx |
Doğum tarixi | 1801 |
Doğum yeri | |
Vəfat tarixi | 1911 |
Vəfat yeri | |
Vəfat səbəbi | qocalıq |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Bəsdi Niftalı qızı |
Uşaqları | Məhəmməd, Abdulla, İsmayıl, Sənəm, Mələk |
Atası | Mirzə |
Anası | Mənzər (bəzi mənbə:Fatma) |
Fəaliyyəti | aşıqlıq |
Əsərlərinin dili | azərbaycanca |
Janr | Aşıq şeiri |
Aşıq Alı Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun babası Haqverdinin Dərələyəz mahalının Milli dərəsindəki Gilan kəndindən qohum-əqrabası ilə birlikdə Qızılvəng kəndinə köçdüyü bildirilir. Bir neçə mənbədə,[2] o cümlədən Fərman Kərimzadə, Şamil Əsgərov və Əli Əmirovun yazılarında[3] onun kürd olduğu qeyd edilmişdir. Nazir Əhmədliyə görə, Aşıq Alı mənşəcə ya kürd, ya da ayrım olmuşdur.[4] Tədqiqatçı Maşallah Xudubəyli bu fikirləri "təxribat" adlandırmış, Aşıq Alının əslən göyçəli olduğunu əlavə etmişdir.[5]
O, 16–17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir. Aşıq Alı Azərbaycan aşıq şeri tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi (Ağ Aşıq) də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş.
Aşıq Alı Türkiyə (Şərqi Anadolu) səfəri zamanı Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıbmış. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "böyük nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir, lakin Aşıq Alı ilqarından dönmür.
Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi "Aşıq Alının Türkiyə səfəri", Əsmər xanımla münasibətləri isə "Aşıq Alı və Əsmər" adlı xalq hekayələrində öz əksini tapıb.
Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb.
Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. O, 1911-ci ildə elə anadan olduğu kənddə dünyasını dəyişmişdir.
Aşıq Alı-210
redaktə28 fevral 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında Aşıq Alının anadan olmasının 210 illiyinə həsr olunmuş "Mahalım Göyçədir, Əslim Qızılvəng" adlı yubiley konserti keçirilmişdir.
Kitabları
redaktə- Aşıq Alı. Şerlər. Bakı: "Azərnəşr", 1975, (Toplayanı: Hüseyn Hüseynzadə).
- Aşıq Alı. (toplayıb tərtib edənlər. Ə. Əmirov, Ş. Əsgərov, M. Həkimov). Bakı: Yazıçı, 1982, 141 s.
- Aşıq Alı. Təcnislər. Bakı: "Azərnəşr", 1995, (Toplayanı: Əli Əbülhəsənoğlu Milli).
- Aşıq Alı. Əsərləri. Bakı: "Avrasiya Press", 2006, 192 səh. (Tərtib edəni:Hüseyn İsmayılov).
- Aşıq Alı. Əsərləri. ([1]) Bakı: "OL" MMC, 2013, 348 səh. (Tərtib edəni: Qabil Zimistanoğlu)[6].
- Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı, 2020, 400 s. (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)
Mənbə
redaktə- Qızılvəngli Aşıq Alı
- [Milli Kitabxana. Aşıq Alı əsərləri. Bakı: "Avrasiyapress", 2006.]
- Hüseyn Arif, "Aşıq Alını axtarıram", "Elm və həyat" jurnalı, Bakı, 1968, № 2, səh.12.
- Hüseyn Arif, "Aşıq Alı", "Azərbaycan" jurnalı, Bakı, 1969, № 9, səh.199–203.
- Azərbaycan Aşıqları və El Şairləri, Bakı, 1983,287–298
- Əli Şamilov. Aşıq Alının ustadı kimdir?, "Sovet Naxçıvanı" qəzeti, 1983, 27 aprel, sayı 98 (13533).
- Azərbaycan Ədəbiyyatı İnciləri, Bayatı,/Qoşma, Təcnis. Bakı, 1988, 249–250, 466–468, 537–538.
- "Telli saz ustadları", Bakı, 1964, 65–68.
- Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.38–44.
- Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 2, 2000-ci il. səh.81.
- Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.7.
- Bədəlzadə, A. Aşıq Alı şeirinin sehri: [Aşıq Alı haqqında] //Kredo.- 2013.- 28 dekabr.- S. 2; 16.
İstinadlar
redaktə- ↑ İsaxoğlu, İ. Haqq aşığı – Aşıq Alı: [Aşıq Alının və onun tədqiqatçısı Əli Əmirovun yaradıcılığı haqqında] //Türküstan.- 2015.- 5–11 iyul.- S.13.
- ↑ "Kürd xalqının tarixindəki səhifələr". Diplomat (az.). 32 (7). 1–15 may 2006. səh. 5.
- ↑ Əhmədli,. Azərbaycan aşıqları və el şairləri (arxiv sənədləri ilə) (az.). Bakı: Elm və təhsil. 2019. səh. 164.
- ↑ "Aşıq Ələsgəri kürd çıxaran Nazirin məqsədi nədir?". GünAz TV. 25 iyul 2017. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
- ↑ Xudubəyli, Maşallah. Mənim sazlı-sözlü dünyam (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2010. səh. 76.
- ↑ "Saşa Əliyev, "Aşıq Alı ilə bağlı yenı səhifə açıldı", — mia.az saytı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
Xarici keçidlər
redaktə- Aşıq Alı. Gəraylılar, Qoşmalar, Təcnislər, Divanilər
- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.
- Aşıq Alı. Əsərləri (PDF) (az.). "Avrasiya press". 2006. ISBN 978-9952-421-82-8. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.
- "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.