Asiq Elesgerin Heykeli Baki - Wikipedia
Aşıq Ələsgərin heykəli — XIX- XX əsrlərdə yaşayıb-yaratmış, aşıq, şair Aşıq Ələsgərə Bakı şəhərində ucaldılmış abidə. Heykəlin açılışı 30 sentyabr 2024-cü ildə olub.[1] Heykəl Rəşid Behbudov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsində ucaldılıb.
Aşıq Ələsgərin heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Memarlıq üslubu | klassik |
Heykəltaraş | Natiq Əliyev |
Memar | Malik Babayev |
Sifarişçi | Mədəniyyət Nazirliyi |
Tikilib | 2024 |
Vəziyyəti | əla |
Hündürlüyü | 4 metr |
Material | Tunc qranit |
Saxlanıldığı yer |
Tarixi
redaktəAşıq Ələsgərin heykəlinin Bakı şəhərində açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəlin aşılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyət nümayəndələri iştirak edib.[2]
Abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda ucaldılıb. Heykəlin müəllifi xalq Rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.[2]
Heykəlin ümumi hündürlüyü 4 metrdir. Materialı Tunc qranitdir.
Abidə Bakı şəhərində aşıq sənəti nümayəndəsinin şərəfinə ucaldılmış ilk monumentdir.