Asiq Elesger Film 1972 - Wikipedia
Aşıq Ələsgər qısametrajlı sənədli filmi rejissor Xamiz Muradov tərəfindən 1972-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir.
Aşıq Ələsgər | |
---|---|
Fayl:Aşıq Ələsgər (film, 1972).jpg | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Xamiz Muradov |
Ssenari müəllifi | İlyas Tapdıq |
Operator | Fəraməz Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1972 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 17 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1972 |
Texniki məlumatlar |
2 hissə 500 metr |
Rəng | rəngli]] |
Məzmun
redaktəKinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə həsr olunmuşdur. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət etmişlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləmiş, "Dədə Qorqud" dan başlayaraq, bugünkü aşıq yaradıcılığına qədər olan dövrdən bəhs etmişlər.[1]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: İlyas Tapdıq
Rejissor: Xamiz Muradov
Operator: Fəraməz Məmmədov
İstinadlar
redaktə- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 145
Mənbə
redaktəAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.