Ai Nin Suni Intellekt Haqqinda Qanunu - Wikipedia
Süni intellekt haqqında Qanun, Aİ-nin Süni intellekt haqqında Qanunu və ya Avropa İttifaqının Süni intellekt haqqında Qanunu (ing. Artificial Intelligence Act) — süni intellekt haqqında Avropa İttifaqının reqlamenti.
Süni intellekt haqqında Qanun | |
---|---|
Artificial Intelligence Act | |
Növ | reqlament |
Ölkə | |
İlk nəşr | 12 iyul 2024[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bu Qanun Avropa İttifaqı daxilində süni intellektlə bağlı ümumi tənzimləyici və normativ baza yaradır.[2] Avropa Komissiyası tərəfindən 21 aprel 2021-ci ildə təklif edilmiş qanun layihəsi[3] 13 mart 2024-cü ildə Avropa Parlamentində oxunuşdan keçmiş[4] və 21 may 2024-cü ildə Avropa İttifaqı Şurası tərəfindən yekdilliklə təsdiq edilmişdir.[5] Qanun həmçinin milli əməkdaşlığı təşviq etmək və reqlamentə riayət olunmasını təmin etmək məqsədilə Avropa Süni İntellekt Şurasının yaradılmasını da nəzərdə tutur.[6]
Qanun yalnız hərbi, milli təhlükəsizlik, tədqiqat və qeyri-peşəkar məqsədlər üçün istifadə edilən süni intellekt sistemləri istisna olmaqla, qalan sahələr üzrə bütün növ süni intellekt sistemlərini əhatə edir.[7] Qanun məhsul tənzimləməsinin bir hissəsi kimi fərdlərə hüquqlar verilməsini nəzərdə tutmur və sadəcə süni intellektdən peşəkar kontekstdə istifadə edən qurumların və süni intellekt sistem provayderlərinin fəaliyyətini tənzimləyir.[8] Qanun layihəsinin ilkin versiyası ChatGPT kimi generativ süni intellekt sistemlərinin ümumi təyinatlı imkanlarına uyğun gəlmədiyinə görə həmin proqramların populyarlığının artmasını da nəzərə alaraq yenidən işlənmişdir.[9] Bununla da sistematik təsiri olan güclü generativ süni intellekt sistemləri üçün daha məhdudlaşdırıcı qaydaların qəbulu planlaşdırılmışdır.[10]
Qanun bu aktın tənzimetmə predmetinə daxil olan süni intellekt tətbiqlərini onların zərər vurma riskinə görə təsnif edir. Buna əsasən həmin tətbiqlərin dörd səviyyədə (qəbuledilməz, yüksək, məhdud, minimal) zərərvurma ehtimalı, həmçinin ümumi təyinatlı süni intellekt üçün də əlavə bir kateqoriya müəyyən edilmişdir. Qəbuledilməz riskləri olan tətbiqlər qadağandır. Yüksək riskli tətbiqlər təhlükəsizlik, şəffaflıq və keyfiyyət tələblərinə cavab verməli və uyğunluq qiymətləndirməsindən keçməlidir. Məhdud riskli tətbiqlər yalnız şəffaflıq tələbini ödəməlidir, minimal riskli tətbiqlərə münasibətdə isə hər hansı tələb müəyyən edilmir. Ümumi təyinatlı süni intellekt şəffaflıq tələblərinə cavab verməlidir; onun yüksək imkanları olan modelləri isə əlavə olaraq qiymətləndirmələrdən keçməlidir.[10][11]
Müddəaları
redaktəRisk kateqoriyaları
redaktəÜmumi təyinatlı generativ süni intellekt üçün nəzərdə tutulmuş xüsusi kateqoriya ilə birlikdə tətbiqin növündən asılı olaraq müxtəlif risk kateqoriyaları mövcuddur:
- Qəbuledilməz riskli — xüsusi hallar istisna olmaqla, bu kateqoriyadan olan süni intellekt tətbiqləri qadağan edilir.[12] Bura, bəzi istisna halları nəzərə almasaq, insan davranışını manipulyasiya edən süni intellekt tətbiqləri, məsələn, ictimai yerlərdə real vaxt rejimində uzaqdan biometrik identifikasiya məlumatlarından (üz tanıma kimi) istifadə edən, eləcə də sosial qiymətləndirmə üçün istifadə olunan (insanları onların şəxsi xarakteristikasına, sosial-iqtisadi vəziyyətinə və ya davranışına görə qiymətləndirən) tətbiqlər daxildir.[11]
- Yüksək riskli — insanların sağlamlığına, təhlükəsizliyinə və ya əsas hüquqlarına ciddi təhdidlər yarada biləcəyi gözlənilən süni intellekt tətbiqləri. Bu kateqoriyaya xüsusilə səhiyyə, təhsil, işə qəbul, kritik infrastrukturun idarə edilməsi, hüquq-mühafizə və ya ədliyyə sahələrində istifadə olunan süni intellekt sistemləri daxildir. Bu tətbiqlər keyfiyyət, şəffaflıq, insan nəzarəti və təhlükəsizlik tələblərinə tabedirlər və bəzi hallarda istifadədən əvvəl "Əsas Hüquqlara Təsirin Qiymətləndirilməsi" adlanan prosesdən keçirilməsi tələb olunur.[13] Onlar həm bazara çıxarılmazdan əvvəl, həm də bütün istifadə müddəti ərzində qiymətləndirilməlidir. Yüksək riskli tətbiqlərin siyahısı zaman keçdikcə genişləndirilə bilər; bunun üçün qanunun özünə dəyişikliklər etməyə ehtiyac yoxdur.[8]
- Ümumi təyinatlı süni intellekt — 2023-cü ildə əlavə edilən bu kateqoriyaya ChatGPT kimi xüsusi təməl modellər daxildir. Onlar şəffaflıq tələblərinə tabedirlər. Sistematik risklər yarada bilən yüksək təsirli ümumi təyinatlı süni intellekt sistemləri (xüsusilə 1025 FLOPS-dan çox hesablama imkanından istifadə etmək üçün uyğunlaşdırılmış sistemlər)[14] də hərtərəfli qiymətləndirmə prosesindən keçməlidir.[11]
- Məhdud risk — bu kateqoriyadakı süni intellekt sistemləri şəffaflıq tələbinə tabedir, ki bu da istifadəçilərin süni intellekt sistemi ilə qarşılıqlı əlaqədə olduqları barədə məlumatlandırılmasını təmin edir və onlara informativ seçimlər etməyə imkan verir. Bu kateqoriyaya, məsələn, şəkilləri, səsləri və ya videoları yaratmağa (dipfeyk kimi) və ya idarə etməyə imkan verən süni intellekt proqramları daxildir.[11] Bu kateqoriyada bəzi hallar istisna olmaqla, açıq mənbəli (yəni parametrləri ictimaiyyətə açıq olan) pulsuz modellər tənzimlənmir.[14][15]
- Minimal risk — Bu kateqoriyaya, məsələn, video oyunlar və ya spam filtrləri üçün istifadə edilən süni intellekt sistemləri daxildir. Əksər süni intellekt tətbiqlərinin bu kateqoriyaya aid olacağı ehtimal edilir.[16] Bu sistemlər tənzimlənmir və üzv dövlətlər maksimum harmonizasiya qaydalarına görə əlavə qaydalar tətbiq edə bilməzlər. Qanuna əsasən belə sistemlərin qurulması və ya istifadəsi ilə bağlı mövcud daxili qanunların qüvvəsi ləğv edilir. Bununla belə, könüllü davranış kodeksinin qəbul edilməsi təklif olunur.[17]
İstisnalar
redaktəQanunun 2.3-cü və 2.6-cı maddələri hərbi və ya milli təhlükəsizlik, eləcə də sırf elmi tədqiqat və inkişaf məqsədləri üçün istifadə edilən süni intellekt sistemlərinin həmin Qanun çərçivəsində tənzimlənməsini istisna edir.[12]
5.2-ci maddəyə əsasən alqoritmik videomüşahidə yalnız real vaxt rejimində aparıldığı halda qadağan edilir. Real vaxt rejimində alqoritmik videomüşahidəyə "real və mövcud və ya real və gözlənilən terror hücumu təhlükəsi" kimi məsələlərdə təhlükəsizlik məqsədilə istisna hal kimi icazə verilir.[12]
Qanunun 31-ci bəndi "dövlət və ya özəl subyektlər tərəfindən fiziki şəxslərin sosial qiymətləndirilməsini təmin edən süni intellekt sistemlərini" qadağan edir, lakin "milli və Avropa İttifaqı qanunvericiliyinə uyğun olaraq müəyyən məqsəd üçün həyata keçirilən fiziki şəxslərin qanuni qiymətləndirilməsi hallarına" icazə verir.[18] "La Quadrature du Net" maraq qrupu bu istisnanın Fransa ailə ödənişləri agentliyi olan "Caisse d'allocations familiales" tərəfindən istifadə edilən şübhə balı kimi[19][12] sektora xas sosial qiymətləndirmə sistemlərinə imkan verməsi şəklində şərh edirdi.[12]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 https://data.europa.eu/eli/reg/2024/1689/oj (çd.).
- ↑ "Proposal for a Regulation laying down harmonised rules on artificial intelligence: Shaping Europe's digital future". digital-strategy.ec.europa.eu (ingilis). 21 April 2021. 4 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
- ↑ "EUR-Lex – 52021PC0206 – EN – EUR-Lex". eur-lex.europa.eu. 23 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-07.
- ↑ "World's first major act to regulate AI passed by European lawmakers". CNBC. 14 March 2024. 13 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2024.
- ↑ Browne, Ryan. "World's first major law for artificial intelligence gets final EU green light". CNBC (ingilis). 2024-05-21. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
- ↑ MacCarthy, Mark; Propp, Kenneth. "Machines learn that Brussels writes the rules: The EU's new AI regulation". Brookings (ingilis). 2021-05-04. 27 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-07.
- ↑ "Artificial intelligence act: Council and Parliament strike a deal on the first rules for AI in the world". Council of the EU. 9 December 2023. 10 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2024.
- ↑ 1 2 Mueller, Benjamin. "The Artificial Intelligence Act: A Quick Explainer". Center for Data Innovation (ingilis). 2021-05-04. 14 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ Coulter, Martin. "What is the EU AI Act and when will regulation come into effect?". Reuters. December 7, 2023. 10 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2024.
- ↑ 1 2 Espinoza, Javier. "EU agrees landmark rules on artificial intelligence". Financial Times. December 9, 2023. 29 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ 1 2 3 4 "EU AI Act: first regulation on artificial intelligence". European Parliament News (ingilis). 10 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ 1 2 3 4 5 With the AI Act adopted, the techno-solutionist gold-rush can continue (ingilis), La Quadrature du Net, 22 may 2024, Wikidata Q126064181, 23 May 2024 tarixində arxivləşdirilib
- ↑ Mantelero, Alessandro, Beyond Data. Human Rights, Ethical and Social Impact Assessment in AI, Information Technology and Law Series, 36, The Hague: Springer-T.M.C. Asser Press, 2022, doi:10.1007/978-94-6265-531-7, ISBN 978-94-6265-533-1
- ↑ 1 2 Bertuzzi, Luca. "AI Act: EU policymakers nail down rules on AI models, butt heads on law enforcement". Euractiv (ingilis). 2023-12-07. 8 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ "Regulating Chatbots and Deepfakes". mhc.ie (ingilis). Mason Hayes & Curran. 9 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2024.
- ↑ Liboreiro, Jorge. "'Higher risk, stricter rules': EU's new artificial intelligence rules". Euronews (ingilis). 2021-04-21. 6 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
- ↑ Veale, Michael. "Demystifying the Draft EU Artificial Intelligence Act". Computer Law Review International. 22 (4). 2021. arXiv:2107.03721. doi:10.31235/osf.io/38p5f.
- ↑ "European Parliament legislative resolution of 13 March 2024 on the proposal for a regulation of the European Parliament and of the Council on laying down harmonised rules on Artificial Intelligence (Artificial Intelligence Act) and amending certain Union Legislative Acts (COM(2021)0206 – C9-0146/2021 – 2021/0106(COD))". 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2024.
- ↑ Notation des allocataires : la CAF étend sa surveillance à l'analyse des revenus en temps réel (fransız), La Quadrature du Net, 13 mart 2024, Wikidata Q126066451, 1 April 2024 tarixində arxivləşdirilib
Xarici keçidlər
redaktə- Artificial Intelligence Act (19 April 2024 corrected version, Arxivləşdirilib 21 may 2024 at the Wayback Machine)