Agdas Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1986 |
Mövzu | Tarix |
Yerləşir | Ağdaş şəhəri, Heydər Parkı |
Kolleksiyası | 6000 eksponat |
Muzeyə yetişmək | 25°47'59.6"N 86°29'03.8"E [1] |
Telefon | (02023) 5 54 73 |
Muzeyin tarixi
redaktəMuzey 1986-cı ilin yanvar ayında fəaliyyətə başlamışdır. Yarandığı zaman fondda təqribən 3000-ə yaxın eksponat olmuşdur. Yarandığı 25 il ərzində muzey eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. baxımdan işini uğurla davam etdirir. Muzey hazırda tarixi abidə olan, XIX əsrə aid Qarxumlu Əşrəf bəyin evində yerləşir.[2]
Muzey fondu
redaktəMuzeyin fondu 2 hissədən olmaqla. əsas və köməkçi fonddan ibarətdir. Əsas fondda məişət və etnoqrafik əşyalar, kağız və fotosənədlər üstünlük təşkil edir.Hal hazırda muzeyin fondunda 6000-ə yaxın eksponat qorunub saxlanır.Muzeydə Ağdaşın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir.[3]
Muzeyin yeni binası
redaktəMuzey 2015-ci ildə yeni binaya müasir binaya köçürülmüşdür.[4]
Muzey ekspozisiyası
redaktəMuzeyin ekspozisiyası isə 7 bölmədən ibarətdir:
- Türyançay dövlət qoruğu
- Qədim kənd təsərrüfatları alətləri
- XIX əsrə aid kənd evinin maketi
- İnqilablar dövrü
- Böyük Vətən Müharibəsi
- Rayonun incəsənət xadimləri
- Müasir Ağdaş
Eksponatlar xronoloji qaydada yığılmışdır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr, Ağdaşın görkəmli şəxiyyətlərinin şəxsi sənətləri və digər eksponatlar nümayiş etdirilir.[5]
İstinadlar
redaktə- ↑ "Muzeyə yetişmək". vymaps.com. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASI AĞDAŞ RAYON İCRA HAKİMİYYƏTİ". agdash-ih.gov.az. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyi". findglocal.com. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "Tarix və Diyarşünaslıq Muzeyləri". www.azerbaijans.com. 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "Yaşayan tariximizin təkrarsız ünvanı." http://anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
Xarici keçidlər
redaktə- "Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyi". aghdash.mctgov.az. 2021-01-29 tarixində orijinalından arxivləşdirilib.
- "Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən hazırlanmış "Azərbaycan Xalq Cümhuriyyəti-100" adlı sərgi". www.kultura.gov.az. İstifadə tarixi: 18.12.2020.