Agdere Toqqusmasi 2008 - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Ağdərə toqquşması və ya Tərtər hərbi təxribatı, 4 mart 2008-ci il tarixində Ermənistan və Azərbaycan arasında baş vermiş olan toqquşmadır.
Ağdərə toqquşması | |||
---|---|---|---|
| |||
Tarix | 4 mart 2008 | ||
Yeri | Qarabağ, Ağdərə | ||
Nəticəsi | İki tərəfdə öz qələbəsini elan etmişdir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
1994-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanan atəşkəs müqaviləsindən sonra müxtəlif miqyaslı bir çox qarşılıqlı hücumlar baş vermişdir. Bunlardan ən böyüyü 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən dərhal sonra Ağdərədə baş verdi. Azərbaycanın verdiyi açıqlamaya görə, Ermənistan diqqəti Ermənistandakı prezident seçkilərindən sonra martın 1-də baş vermiş insan haqları pozuntularından yayındırmaq üçün atəşkəsi pozmuşdur.
Ermənistanın verdiyi açıqlamaya görə, Ermənistanda seçkilərdən sonrakı daxili qarışıqlığı bir fürsət olaraq görən Azərbaycan, Ağdərə bölgəsinə ağır toplardan istifadə edərək gecə əməliyyatı həyata keçirdi. Ermənistan Müdafiə Nazirliyi gecə yarısı bir açıqlama verərək Ağdərə bölgəsinin sərhəd xəttinin 3-4 saat ərzində Azərbaycanın nəzarətində olduğunu elan etdi və davam edən qarşıdurmalardan sonra bölgədə nəzarətin bərpa edildiyini bildirdi.
Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin mənbələrinə görə, münaqişə nəticəsində 2 erməni əsgəri yaralanmış və 8 Azərbaycan əsgəri öldürülmüşdür. Digər tərəfdən, Azərbaycan Müdafiə Nazirliyi, ölkədəki qurumlara məlumat verdi ki, Ermənistandakı seçkilərdən sonra gündəmi dəyişdirməyə çalışan erməni tərəfi, Azərbaycan ilə sərhəd bölgəsinə hücum etdi və başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və 12 erməni əsgəri öldürülmüşdür.
Beynəlxalq Qırmızı Xaç təşkilatı isə Ermənistan tərəfdən 5 Azərbaycan əsgərinin cəsədini götürüb Azərbaycan tərəfinə təhvil vermişdir. Bu qarşıdurmadan sonra Rusiya və ABŞ Xarici İşlər Nazirliyi tərəfləri atəşkəs qaydalarına riayət etmələri barədə xəbərdar etdi, Ermənistan və Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu isə münaqişəni pislədi.