Agbulaq Celilabad - Wikipedia
Ağbulaq_(Cəlilabad) - Haqqında Məlumat
Ağbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağbulaq | |
---|---|
39°05′ şm. e. 48°26′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 81 (2009) nəfər |
Tarixi
redaktəToponimikası
redaktə- Ağbulaq oyk., sadə.
- Burovar silsiləsinin yamacındadır;
- Əsgəran r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Hidrooykonimdir;
- Xocalı r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır;
- Xocavənd r-nunun Edilli i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş ailələrin burada məskunlaşmasından yaranmışdır. Sovet hakimiyyəti illərində 1992-ci ilədək Mısmına adlandırılmışdır;
- İsmayıllı r-nunun Qoşakənd i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə ərəbşahverdi tayfasının qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin sonlarında həmin tayfaya mənsub ailələr tərəfindən məskunlaşmışdır;
- Laçın r-nunun Qarıkaha i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir;
- Laçın r-nunun Mustafabəyli i.ə.v.-də kənd. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmişdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur;
- Tovuz r-nunun Kirən i.ə.v.-də kənd. Əsrik və Zəyəm çaylarının suayrıcında, orta dağlıq qurşaqdadır. Yaşayış məntəqələri ərazidəki bulaqların adı ilə adlandırılmışdır. Əfqanıstanda Aqbulaq adlı 2 kənd, Qazaxıstanda Akbulak, Ermənistanda Ağbulax, Türkiyədə Ağbulaq, Orenburq vilayətində Akbulak, Qırğızıstanda Ak-Bulak və s. adlı obyektlərin mövcudluğu bu toponimin ümumtürk onomastikasında geniş yayıldığını göstərir. İran toponimiyasındakı Ağkəhriz (Mərkəzi İran), Ağçeşmə (Xorasan) oykonimləri də Ağbulaq oykoniminin sinonimləridir.[2]
Coğrafiyası və iqlimi
redaktəAğbulaq kəndi yayı quraq keçən mülayim isti iqlimə malikdir. Kənd Talış meşələrinin əhatəsində, dağ yamacında yerləşır. Meşələrdə əsasən palıd ağacı üstünlük təşkil edir. Nadir ağaclardan olan Azad ağacı da bu kənd ətrafında var. Kənddə bir neçə bulaq var. Otlaqlar mal-qara otarmaq üçün əlverşli imkana malikdir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 81 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |