Agaeli Ibrahimov - Wikipedia
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006).
Ağaəli İbrahimov | |
---|---|
Doğum tarixi | 6 fevral 1946 (78 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili |
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi; M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları |
Həyatı
redaktəAğaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.[1]
Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb.
Ailəsi
redaktəAktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Ramid İbrahimov. "Rəssam üçün birinci azadlıqdır, ikinci emalatxana" (Azərbaycan). anl.az. 23-5-2017 tarixində arxivləşdirilib.