Ag Quyruqsallayan - Wikipedia
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü.
Ağ quyruqsallayan | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Ağ quyruqsallayan |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
redaktəAğ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir.
Qidalanması
redaktəQidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir. Bununla yanaşı onlar Bulaqçılar və böcəklərlə də qidalanırlar. Bu növün nümayəndələri nadir hallarda giləmeyvə və toxumlarda qidalanırlar.
Çoxalması
redaktəƏsasən Avropa, Asiya və Şimali Afrikada yuva qururlar. İqlimi nisbətən isti olan regionlarda daimi olaraq yaşayırlar, Ancaq iqlimi nisbətən soyuq olan regionlarda isə köçəri həyat tərzi keçirmək məcburiyyətində qalırlar. Ağ quyruqsallayanlar nadir hallarda Alyaskada müşahisə edilirlər.
Yuvalını əsasən gözə görünməyənn ərazilərdə, divar çatlarında, ağac oyuqlarında, binaların damında, saxlanc yerlərində qururlar. Dişilər 5–6 ağ rəngli, üzəri tünd-boz nöqtəli yumurta qoyur. Bu bəzən mövsümdə iki dəfə baş verə bilir. Dişilər yumurtalar üzərində 12–14 gün qırt yatır. Balaları hər iki valideyn bəsləyir. Balalar yumurtadan şıxdıqdan 15 gün sonra tam olaraq tüklənir və üçüşa hazır vəziyyətə gəlirlər.
Ortalama ömür müddəti 10 ildir. Qapalı şəraitdə isə bu 12 ilə qədər artır.
Maraqlı məlumatlar
redaktə- 2011-ci ildə rusiyada ilin quşu seçilmişdir.
- Latviyanın milli rəmzidir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3