Ag Drin - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağ Drin (serb. Бели Дрим, alb. Drini i Bardhë) — Kosovo və Albaniyanın şimalında axan çaydır. Drin çayının iki qolundan biridir. Digər qolu Qara Drindir.
Ağ Drin | |
---|---|
Yüksəkliyi | 277 m |
Uzunluğu |
|
Yerləşməsi | |
42°05′30″ şm. e. 20°23′41″ ş. u.HGYO | |
Ölkə | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qisimləri
redaktəKosovo hissəsi
redaktəAğ Drinin Kosovo hissəsi 156 km uzunluğundadır. Bu hissə Kosovonun cənub-qərbindən şimala doğru irəliləyir. Ağ Drinin mənbəyi İpək şəhərinin şimalıdır. Bu çay şəlalə və bu kimi digər coğrafi yerlərin yaranmasına səbəb olmuşdur. Şəlalərdən ən böyüyü 25 metr yüksəkliyindədir.
Ağ Drinin İpəyin şimalındakı hissəsi bir çox kənddən keçib İstoq dərəsinə qol verdikdən sonra cənuba yönəlir. Bu hissələr bir neçə kənddən başqa yaşayış olmayan yerlərdən keçir. Ağ Drin Kosovonun İpək, Yakova və Prizren kimi şəhərləri ətrafından keçir. Klina şəhəri və Böyük Kruşa ilə Conay kəndləri çaya çox yaxın yaşayış yerləridir. Ağ Drin Kosovo sərhədləri içində Ağ Drin Kanyonu kimi coğrafi quruluşu da meydana gətirmişdir.
Ağ Drinin Kosovo hissəsi bir çox qollara ayrılır. Sağ hissədəki qolları İpək, Deçan, Potok və Erenik kimi hissələri, sol hissəsi isə İstog, Klina, Miruşa, Rimnik, Topluka və Ağdərəni yaradır.
Ağ Drinin Kosovoda olan hissəsinin sahəsi 4360 km²-dir. Çayın bu hissəsindən su işləri, su enerjisi və bu kimi digər işlər üçün istifadə edirlər. Ağ Drin Vrmıça-Şalqin sərhədindən sonra Trektan — Albaniya bölgəsinə keçir.
Albaniya hissəsi
redaktəAğ Drinin Albaniyadakı hissəsinin uzunluğu 19 km, sahəsi isə 604 km²-dir. Bu hissədə yaşayış yoxdur və çay Lume qoluna ayrılar. Albaniyadan keçən Ağ Drin Kukes şəhərində Qara Drinlə birləşir və Drin çayını yaradır. Drin çayı Adriatik dənizinə tökülür.
Albaniya hissəsi süni Fierza gölünə tökülür.
İstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.