Ag Okseotu - Wikipedia
Ağ öksəotu (lat. Viscum album)[2] — öksəotu cinsinə aid bitki növü.[3]
Ağ öksəotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cind: ???: Ağ öksəotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Haqqında
redaktəHündürlüyü 50 sm-ə qədər olan, sıx çəngəlvari budaqlanmış şarşəkilli koldur; budaqları oduncağabənzərdir, qışlayan yarpaqları vardır. Bitki bütünlüklə çılpaq olub, sarımtıl-yaşıl rəngdədir.
Yarpaq
redaktəYarpaqları oturaqdır, qalındır, uzunsov və ya uzunsov-ovaldır, qaidə hissəsinə doğru qısa daralmış, kütdür.
Çiçək
redaktəMartda çiçək açır. Çiçəkləri sarımtıl-yaşıl rəngdə olub, 5–6 ədəd olmaqla haçalanmış budaqlarda toplanmışdır.
Meyvə
redaktəGiləmeyvələri şarşəkilli formalı, ağ və ya sarımtıl rənglidir, diametri 9–10 mm-dir. Mart-İyun aylarında çiçək açır.
Yayılması
redaktəSamur-Şabran oval., Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənk.dağ., Lənk. oval.
Yaşayış mühiti
redaktəYarpaqlı ağaclarda, əsasən balverən ağaclarda parazitlik edir.
Təsərrüfat əhəmiyyəti
redaktəYarpaqlarından alınan preparat hipertoniya zamanı istifadə olunur.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1023.
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.