Aciq Menbeli Proqram Teminati - Wikipedia
Açıq mənbəli proqram təminatı — müəllif hüquqları sahibinin istifadəçilərə proqram təminatını və onun mənbə kodunu hər kəsə və istənilən məqsədlə istifadə etmək, öyrənmək, dəyişdirmək və yaymaq hüququnu verdiyi lisenziya əsasında buraxılan kompüter proqramı.[1][2] Açıq mənbəli proqram təminatı birgə, ictimai şəkildə hazırlana bilər. Açıq mənbəli proqram təminatı açıq əməkdaşlığın bariz nümunəsidir, yəni istənilən istifadəçi orda onlayn iştirak edə bilər və bu da mümkün töhfə verə biləcək istifadəçilərin sayını sonsuz edir. Kodu yoxlaya bilmək imkanı ictimai etimadı asanlaşdırır.[3]
Açıq mənbəli proqram təminatının tərtibatı bir şirkətin perspektivlərindən kənar müxtəlif perspektivlər gətirə bilər. Standish Group-un 2008-ci il hesabatında açıq mənbəli proqram modellərinin istifadəsinin istehlakçılar üçün ildə təxminən 60 milyard dollar qənaətlə nəticələndiyini bildirir.[4][5]
Açıq mənbəli kod öyrənmək üçün istifadə oluna bilər və bacarıqlı son istifadəçilərə proqram təminatını öz şəxsi ehtiyaclarına uyğunlaşdırmağa imkan verir. Nəticədə oxşar istəklərə sahib olan istifadəçilər öz modifikasiyalarını fork kimi dərc edir və ya mümkün təkmilləşdirmələri birbaşa "pull request" kimi təqdim edir.
Tarixi
redaktə1950-ci və 1960-cı illərdə hesablamanın ilk günlərində proqramçılar və tərtibatçılar bir-birindən öyrənmək və hesablama sahəsini inkişaf etdirmək üçün proqram təminatını bir-birləri ilə paylaşırdılar.[6] Məsələn, Unix istifadəçilər üçün əməliyyat sisteminin mənbə kodunu ehtiva edirdi. Açıq mənbə anlayışı 1970-1980-ci illərdə proqram təminatının kommersiyalaşdırılması yoluna keçdi. Bununla belə, akademiklər hələ də tez-tez birgə proqram təminatı hazırlayırdılar. Məsələn, 1979-cu ildə Donald Knut TeX yazı sistemini,[7] 1983-cü ildə Riçard Stolman GNU əməliyyat sistemini hazırlamışdı.[8] 1997-ci ildə Erik Raymond haker icması və azad proqram təminatı prinsiplərinin əks etdirici təhlili olan "Kafedral və Bazar" kitabını nəşr etdirdi. Kitab 1998-ci ilin əvvəlində populyarlıq qazandı və Netscape Communications Corporation-ı məşhur Netscape Communicator internet paketini azad proqram təminatı kimi buraxmağa həvəsləndirən amillərdən biri oldu. Bu mənbə kodu sonradan SeaMonkey, Mozilla Firefox, Thunderbird və KompoZer-in əsasını təşkil etdi.
Netscape-in bu hərəkəti Raymond və başqalarını Azad proqram təminatı fondunun (FSF) azad proqram ideyalarını və qəbul edilən faydalarını kommersiya proqram təminatı sənayesinə necə gətirəcəklərini araşdırmağa vadar etdi. Onlar FSF-nin sosial fəallığının Netscape kimi şirkətlər üçün cəlbedici olmadığı qənaətinə gəldilər və proqram təminatının mənbə kodu üzərində paylaşma və əməkdaşlıq potensialını vurğulamaq üçün azad proqram hərəkatını rebrendinq etmək üçün bir yol axtardılar.[9] Onların seçdikləri yeni termin "açıq mənbə" idi və tezliklə Bryus Perens, Tim O'Rayli, Linus Torvalds və başqaları tərəfindən qəbul edildi. Open Source Initiative 1998-ci ilin fevralında yeni terminin istifadəsini təşviq etmək və açıq mənbə prinsiplərini təbliğ etmək üçün yaradılıb.[10]
İstinadlar
redaktə- ↑ St. Laurent, Andrew M. Understanding Open Source and Free Software Licensing. O'Reilly Media. 2008. səh. 4. ISBN 978-0-596-55395-1. 22 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2023.
- ↑ Corbly, James Edward. "The Free Software Alternative: Freeware, Open Source Software, and Libraries". Information Technology and Libraries. 33 (3). 2014-09-25: 65. doi:10.6017/ital.v33i3.5105. ISSN 2163-5226. 1 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2021.
- ↑ Levine, Sheen S.; Prietula, Michael J. "Open Collaboration for Innovation: Principles and Performance". Organization Science. 25 (5). 2013-12-30: 1414–1433. arXiv:1406.7541. doi:10.1287/orsc.2013.0872. ISSN 1047-7039.
- ↑ Rothwell, Richard. "Creating wealth with free software". Free Software Magazine. 5 avqust 2008. 8 sentyabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2008.
- ↑ "Standish Newsroom — Open Source" (Press-reliz). Boston: Standish Group. 16 aprel 2008. 18 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2008.
- ↑ Maracke, Catharina. "Free and Open Source Software and FRAND‐based patent licenses: How to mediate between Standard Essential Patent and Free and Open Source Software". The Journal of World Intellectual Property (ingilis). 22 (3–4). July 2019: 78–102. doi:10.1111/jwip.12114. ISSN 1422-2213. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2022.
- ↑ Gaudeul, Alexia. "Do Open Source Developers Respond to Competition? The LaTeX Case Study". Review of Network Economics (ingilis). 6 (2). 2007. doi:10.2202/1446-9022.1119. ISSN 1446-9022.
- ↑ VM Brasseur. Forge your Future with Open Source. Pragmatic Programmers. 2018. ISBN 978-1-68050-301-2.
- ↑ Karl Fogel. "Producing Open Source Software – How to Run a Successful Free Software Project". O'Reilly Media. 2016. 22 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
But the problem went deeper than that. The word "free" carried with it an inescapable moral connotation: if freedom was an end in itself, it didn't matter whether free software also happened to be better, or more profitable for certain businesses in certain circumstances. Those were merely pleasant side effects of a motive that was, at its root, neither technical nor mercantile, but moral. Furthermore, the "free as in freedom" position forced a glaring inconsistency on corporations who wanted to support particular free programs in one aspect of their business, but continue marketing proprietary software in others.
- ↑ "History of the OSI". Opensource.org. 19 September 2006. 26 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2017.
Əlavə ədəbiyyat
redaktə- Androutsellis-Theotokis, Stephanos; Spinellis, Diomidis; Kechagia, Maria; Gousios, Georgios. "Open source software: A survey from 10,000 feet" (PDF). Foundations and Trends in Technology, Information and Operations Management. 4 (3–4). 2010: 187–347. doi:10.1561/0200000026. ISBN 978-1-60198-484-5.
- Coleman, E. Gabriella. Coding Freedom: The Ethics and Aesthetics of Hacking (Princeton UP, 2012)
- Fadi P. Deek; James A. M. McHugh. Open Source: Technology and Policy. Cambridge: Cambridge University Press. 2008. ISBN 978-0-511-36775-5.
- Chris DiBona and Sam Ockman and Mark Stone, redaktorOpen Sources: Voices from the Open Source Revolution. O'Reilly. 1999. ISBN 978-1-56592-582-3.
- Joshua Gay, redaktorFree Software, Free Society: Selected Essays of Richard M. Stallman. Boston: GNU Press, Free Software Foundation. 2002. ISBN 978-1-882114-98-6.
- Understanding FOSS | editor = Sampathkumar Coimbatore India
- Benkler, Yochai (2002), "Coase's Penguin, or, Linux and The Nature of the Firm." Yale Law Journal 112.3 (Dec 2002): p367(78) (in Adobe pdf format)
- v. Engelhardt, Sebastian. ""The Economic Properties of Software", Jena Economic Research Papers, Volume 2 (2008), Number 2008-045" (PDF). Jena Economics Research Papers. 2008.
- Lerner, J. & Tirole, J. (2002): 'Some simple economics on open source', Journal of Industrial Economics 50(2), p 197–234
- Välimäki, Mikko. The Rise of Open Source Licensing: A Challenge to the Use of Intellectual Property in the Software Industry (PDF). Turre Publishing. 2005. 4 mart 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- Polley, Barry. "Open Source Discussion Paper – version 1.0" (PDF). New Zealand Open Source Society. New Zealand Ministry of Justice. 2007-12-11. 23 February 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-12-12.
- Rossi, M. A. (2006): Decoding the free/open-source software puzzle: A survey of theoretical and empirical contributions, in J. Bitzer P. Schröder, eds, 'The Economics of Open Source Software Development', p 15–55.
- Open Sources: Voices from the Open Source Revolution — an online book containing essays from prominent members of the open-source community
- Berry, D M (2004). The Contestation of Code: A Preliminary Investigation into the Discourse of the Free Software and Open Software Movement, Critical Discourse Studies, Volume 1(1).
- Schrape, Jan-Felix. "Open Source Projects as Incubators of Innovation. From Niche Phenomenon to Integral Part of the Software Industry" (PDF). Stuttgart: Research Contributions to Organizational Sociology and Innovation Studies 2017-03. 2017.
- Sustainable Open Source, a Confluence article providing guidelines for fair participation in the open source ecosystem, by Radovan Semancik
Xarici keçidlər
redaktə- The Open Source Initiative's definition of open source
- Free / Open Source Research Community — Many online research papers about Open Source
- DMOZ-da Açıq mənbəli proqram təminatı