2s3 Akatsiya - Wikipedia
2S3 Akatsiya və ya digər adıyla SO-152 1968-ci ildə SSRİ tərəfindən istehsal olunmuş 152.4 mm-lik özüyeriyən artilleriya qurğusu. ABŞ istehsalı 155 mm-lik M109 haubitsasına cavab olaraq hazırlanmışdır. SO-152-nin istehsalı 1968-ci ildə tamamlanmış, 1971-ci ildə isə silahlanmaya qəbul olunmuşdur. Sonradan bu döyüş texnikası GRAU tərəfindən 2S3 adlandırıldı.
2S3 Akatsiya | |
---|---|
Tipi | Özüyeriyən artilleriya |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1971 - davam edir |
İstismara başlanması | 1971 |
İstifadə edilən döyüşlər |
Əfqanıstan müharibəsi İran-İraq müharibəsi Körfəz müharibəsi Birinci çeçen müharibəsi Rusiya-Gürcüstan müharibəsi Liviya vətəndaş müharibəsi Suriya vətəndaş müharibəsi Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Petrov dizayn bürosu |
Konstruksiya tarixi | 1967 |
İstehsalçı | Uraltransmaş |
İstehsal illəri | 1967 - 2006 (2S3, 2S3M və 2S3M1) |
İstehsal sayı | 4000 ədəd |
Xüsusiyyətləri | |
Ağırlığı | 27.5 ton |
Uzunluğu | 6.97 m |
Eni | 3.25 metr |
Hündürlüyü | 2.65 metr |
Ekipaj | 4 nəfər |
Nişangah bucağı | -4...+60° |
Üfüqi dönüş bucağı | 360° |
Maksimum məsafə | 18.5 km |
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş keçmişi
redaktə2S3 Akatsiya Sovet ordusunun Əfqanıstan müharibəsində çox yaxşı təsir bağışladı və bu müharibədən sonra ən məşhur özüyeriyən artilleriya qurğularından biri hesab olunurdu. Həmçinin, 2S3-lər hər iki Çeçen müharibəsi daxil keçmiş SSRİ ərazisində baş verən bir çox münaqişələrdə kifayət qədər uğurlu şəkildə istifadə olunmuşdur. Bu haubitsanın istifadə olunduğu digər müharibələr aşağıdakılardır:
- İran-İraq müharibəsi (1980-1988)
- Körfəz müharibəsi (1991)
- Birinci çeçen müharibəsi (1994-1996)
- Rusiya-Gürcüstan müharibəsi (2008)
- Liviya vətəndaş müharibəsi (2011)[1]
- Suriya vətəndaş müharibəsi (2011-davam edir)[2]
- Donbass müharibəsi (2014-davam edir)
Əlavə məlumatlar
redaktəƏsas silahı: 152 mm-lik“2A3” yivli topu.
Kalibri: 152 mm
Qüllənin qalxma bucağı: -4...+60°
Üfüqi tuşlama bucağı: 360°
Mərmi ağırlığı: 27.67 – 50.8 kq
Mərminin çıxış sürəti: 680 metr/saniyə
Atəş tezliyi: 6 atəş/dəqiqə
Atəş məsafəsi: 24 km
Sursat sayı: 46 ədəd
Köməkçi silahı: 7.62 mm-lik “PKT” pulemyotu
Kalibri: 7.62 mm
Mərmi: 7.62x54 mm
Atəş tezliyi: 750-800 atəş/dəqiqə
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.5 km
Maksimal atəş məsafəsi: 4 km
Sursat sayı: 1500 ədəd
Uzunluğu: 6.97 metr
Qüllə daxil olmaqla: 7.76 metr
Qüllənin uzunluğu: 5.19 metr
Klirens: 0.45 metr
Zireh qalınlığı: 30 mm-lik yayılmış polad
Zəminə təzyiq: 0.6kq/sm²
Dalış dərinliyi: 1 metr
Xəndək keçmə: 3 metr
Divar dağıtmaq: 0.7 metr
Qalxma dərəcəsi: 30°
Motor: V-59U dizel
At gücü: 520
Maksimal sürəti: 63 kilometr/saat
Yanacaq tutumu: 830 litr
Mənzili: 500 kilometr
Dayandırılması: Hidravlik amortizatorlar və müstəqil burulma bar.
Variantları:
- 2S3 (SO-152)
- 2S3M (SO-152 M)
- 2S3M1 (SO-152 M1)
- 2S3M2 (SO-152 M2)
- 2S3M2 -155
- 2S3M3
İstifadəçiləri
redaktə- Əlcəzair: 40
- Anqola: 48
- Azərbaycan: İlk dəfə 2008-ci il hərbi paradında nümayiş olunmuşdur.[3]
- Ermənistan: 28
- Belarus: 168
- Gürcüstan: 32
- Macarıstan: 18
- Qazaxıstan: 150
- Rusiya: 931 ədədi hazırda xidmətini davam etdirir, 1600 ədədi ehtiyatda saxlanılır.[4]
- Ukrayna: 501
Keçmiş istifadəçilər
redaktə- Bolqarıstan: 20
- Şərqi Almaniya: 95
- SSRİ
- ABŞ: 7 (4-ü 1993-cü ildə Almaniyadan, 3-ü 2000-ci ildə Ukraynadan alınıb)[5]
- İraq: 35
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ "Arxivlənmiş surət". 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ "Arxivlənmiş surət". 2018-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ "Arxivlənmiş surət". 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ "Arxivlənmiş surət". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.