2019 Uefa Milletler Liqasi Finali - Wikipedia
2019 UEFA Millətlər Liqası finalı — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsinin son matçıdır. Bu final matçı UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk final matçıdır.[5] Matç 9 iyun 2019-cu ildə Porto şəhərindəki Draqao stadionunda oynandı.
2019 UEFA Millətlər Liqası finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 2019 UEFA Millətlər Liqası Finalları | ||||||
|
|||||||
Tarix | 9 iyun 2019 | ||||||
Yer | Draqao stadionu, Porto | ||||||
Matçın adamı | Ruben Diaş[1] | ||||||
Hakim | Alberto Undiano Malenko (İspaniya)[2] | ||||||
Tamaşaçı | 43199[3] | ||||||
Hava |
Qismən buludlu 16 °C (61 °F) 56% rütubət[4] |
||||||
2021 → |
Oyunda Portuqaliya Niderland millisinə 1–0 hesabıyla qalib gələrək turnirin ilk qalibi oldu.
Məkan
redaktəFinal Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portodakı Draqao stadionunda oynandı. Stadion həm də "Porto" klubunun doğma məkanıdır.[6]
Arxa plan
redaktəMatçdan öncə FİFA Dünya Reytinqində Portuqaliya 7-ci, Niderland isə 16-cı yerdə dururdu.
Niderland A diviziyasının 1-ci, Portuqaliya isə 3-cü qrupunda mübarizə aparmışdı. 1-ci qrup turnirdəki ən çətin qrup hesab olunurdu. Bu qrupda Niderland son dünya çempionu Fransa millisini üstələyərək finallarda iştirak etmək hüququ qazandı.
Finala gedən yol
redaktəQeyd: E–ev, S–səfər oyunu
Portuqaliya | Mərhələ | Niderland | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Rəqiblər | Nəticə | Qrup mərhələsi | Rəqiblər | Nəticə | ||||||||||||||||||||||||||||||||
İtaliya | 1–0 (E) | 1-ci matç | Fransa | 1–2 (S) | ||||||||||||||||||||||||||||||||
Polşa | 3–2 (S) | 2-ci matç | Almaniya | 3–0 (E) | ||||||||||||||||||||||||||||||||
İtaliya | 0–0 (S) | 3-cü matç | Fransa | 2–0 (E) | ||||||||||||||||||||||||||||||||
Polşa | 1–1 (E) | 4-cü matç | Almaniya | 2–2 (S) | ||||||||||||||||||||||||||||||||
3. qrup birincisi
Mənbə: UEFA |
Yekun nəticələr | 1. qrup birincisi
Mənbə: UEFA | ||||||||||||||||||||||||||||||||||
Rəqiblər | Nəticə | Millətlər Liqası Finalları | Rəqiblər | Nəticə | ||||||||||||||||||||||||||||||||
İsveçrə | 3–1 | Yarı Final | İngiltərə | 3–1 (ə.v) |
Matç
redaktəHakimlər
redaktə7 iyun 2019-cu ildə UEFA finalı idarə edəcək hakimlər briqadasının tərkibini açıqlayıb. Oyunu İspaniyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Alberto Undiano Malenko oldu. Ona idarəetmədə Roberto Alonso Fernandez və Xuan Yuste Ximenes kömək etdi. Dördüncü hakim rolunu isə Antonio Mateu Laos oynadı. Alexandro Xose Hernandez isə video köməkçi hakim vəzifəsini icra etdi.
Xülasə
redaktəMatçın ilk hissəsi sürətli hücumlar və qol şanslarının sayı baxımdan kasad keçdi. Niderland topa sahib olmada üstün tərəf olsa da Portuqaliya millisinin müdafiəsinə yaxınlaşa və zərbə endirə bilmirdi.
Birinci hissədə Portuqaliyanın əsas vuran ayağı Bruno Fernandes idi. 12-ci dəqiqədə Bruno Fernandes uzaqdan qapını yoxlasa da top Silesenin üstünə gəldi. 18 dəqiqə sonra yenə Bruno Fernandes cərimə meydançası kənarından zərbə vurdu. Bu dəfəki zərbəsi daha effektiv idi, lakin qapıçı Silesen güclə də olsa topu dəf etdi. 38-ci dəqiqədə bir daha qapını yoxlayan Fernandesin zərbəsi qapının azca üstündən keçdi. Beləcə, ilk hissə qolsuz heç-heçəylə yekunlaşdı.
İkinci hissə də eyni ssenari üzrə irəllədi. 57-ci dəqiqədə Niderland millisi əks-hücuma çıxsa da hesabı aça bilmədi. 3 dəqiqə sonra portuqallar gözəl kombinasiya qurdular. Bernardo Silvanın mərkəzə doğru pasını Qonçalo Quedeş qolla tamamladı.
Qoldan sonra Niderlandlılar hücumlarının kəsərini artırdılar. 65-ci dəqiqədə başla vurulan zərbə Rui Patrisioda qaldı. 82-ci dəqiqədə van de Bek qol şansını dəyərləndirə bilmədi. Matçın qalan dəqiqələrində başqa qol olmadı və beləliklə Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi oldu.
Detallar
redaktə9 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Draqao stadionu, Portu Tamaşaçı: 43 199[3] Hakim: Alberto Undiano Malenko |
Portuqaliya[4]
|
Niderland[4]
|
|
|
Matçın adamı:
|
Statistika
redaktə
|
|
|
İstinadlar
redaktə- ↑ 1 2 Atkin, John. "Portugal 1–0 Netherlands: Nations League final at a glance". UEFA.com. Porto: Union of European Football Associations. 9 iyun 2019. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ 1 2 "Porto swansong for proud Undiano". UEFA.com. Union of European Football Associations. 7 iyun 2019. 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2019.
- ↑ 1 2 "Full Time Report – Final – Portuqaliya v Nideland" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- ↑ 1 2 3 "Taktiki düzülüş – Final – Portuqaliya-Niderland" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- ↑ "UEFA Nations League receives associations' green light". UEFA.org. 27 mart 2014. 2017-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
- ↑ "Porto şəhəri haqda". 2019-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
- ↑ 1 2 3 "Matçın statistikası – Final – Portuqaliya-Niderland" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-07-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
Xarici keçidlər
redaktə- uefa.com/uefanationsleague/index.html — UEFA Millətlər Liqasının rəsmi saytı (ing.)
- Final matçının qısa video-xülasəsi