2016 Nitsa Hucumu - Wikipedia
2016-cı il Nitsa hücumu Fransanın Nitsa şəhərində törədilmiş qanlı hücumdur. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. İnsanlar həmin zaman Bastilya qələbəsini bayram edirdilər. Terrorçu-intiharçı 31 yaşlı Tunisli Mohamed Laueezh Boolelldir. Təsdiqlənməmiş məlumatlara görə, hadisədə "İslam Dövləti" terror təşkilatı məsuliyyəti götürdü.[1]
Hadisə
redaktəNitsada çox insanlar axşam, 14 iyul 2016-cı ildə Bastiliya Günü şərəfinə pirotexnika performansı izləmək üçün toplanmışdır. bayram şənliyində iştirak edən izdihamın içinə yük avtomobilin girməsi nəticəsində 84 nəfər həyatını itirdi, 100-dən çoxu yaralandı. Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yük avtomobili fişənglərin havaya atılmasını izləyən insanların içinə daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açdı. İnsanların çoxu yük avtomobilin altında qalaraq həyatını itirdi. Ölənlərin içində Ermənistan, Avstraliya, Çin Xalq Respublikası, Estoniya, Almaniya, İrlandiya, Mərakeş, Portuqaliya, Rusiya, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları vətəndaşları var idi..
Hadisə ilə əaqədar Fransada 3 günlük matəm elan edildi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-16.