1994 Avroviziya Mahni Musabiqesi - Wikipedia
1994 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1994; fr. Concours Eurovision de la chanson 1994) — sayca 39-cu Avroviziya Mahnı Müsabiqəsidir. 1993 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi "In Your Eyes" adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1994-cü ildə İrlandiya ikinci il ard-arda və ümumilikdə isə beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir. Müsabiqə 1994-cü ilin 30 aprel tarixində baş tutmuşdur.
1994 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 30 aprel 1994 |
Aparıcı(lar) | Sintiya Ni Murçu Cerri Rayan |
Kanal | RTÉ |
Keçirilən yer | Point Theatre, Dublin, İrlandiya |
Qalib mahnı | İrlandiya "In Your Eyes" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 25 |
İlk dəfə iştirak edən ölkələr | Estoniya Litva Macarıstan Polşa Rumıniya Rusiya Slovakiya |
İştirakdan imtina edən ölkələr | Belçika Danimarka İsrail İtaliya Lüksemburq Sloveniya Türkiyə |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1993 1995 ► |
Avroviziya 1993-də son beşlikdə qərarlaşan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya 1994-cü ildə müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri Estoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Rusiya və Slovakiya əvəz etmişdir. İtaliya və Lüksemburq isə könüllü şəkildə müsabiqədə iştirakdan imtina etmişdir. İtaliya bununla bağlı heç bir açıqlama verməsə də, Lüksemburqun dövlət kanalı müsabiqədə iştirakdan imtina etmələrinə əsas səbəbin son illərdəki aşağı nəticələr olduğunu açıqlamışdır. Lüksemburq 1993-cü ildən sonra bir daha Avroviziyada iştirak etməyib.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1994-də ev sahibi İrlandiyanı təmsil edən Pol Harrinqton və Çarli MakQettiqan duetinin ifa etdiyi "Rock 'n' Roll Kids" mahnısı müsabiqənin qalibi seçilmişdir. İrlandiya müsabiqədəki altıncı qələbəsi ilə Avroviziyadakı qalibiyyət rekordunu yeniləmişdir.
Final
redaktəMüsabiqənin qaydalarına görə son yeddilikdə qərarlaşan ölkələr növbəti il başqa ölkələrlə əvəz edilir.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İsveç | İsveçcə | Mari Berqman və Rocer Pontare |
"Stjärnorna" | Ulduzlar | 13 | 48 |
02 | Finlandiya | Fincə, İngiliscə | CatCat | "Bye Bye Baby" | Sağ ol, balam | 22 | 11 |
03 | İrlandiya | İngiliscə | Pol Harrinqton və Çarli MakQettiqan |
"Rock 'n' Roll Kids" | Rock-n-Roll uşaqları | 1 | 226 |
04 | Kipr | Yunanca | Evridiki | "Ime anthropos ki ego" (Είμαι άνθρωπος κι εγώ) |
Mən də insanam | 11 | 51 |
05 | İslandiya | İslandca | Siqqa | "Nætur" | Axşamlar | 12 | 49 |
06 | Böyük Britaniya | İngiliscə | Fransiss Raffell | "We Will Be Free (Lonely Symphony)" |
Biz azad olacağıq (Yalnız simfoniya) |
10 | 63 |
07 | Xorvatiya | Xorvatca | Toni Çetinski | "Nek' ti bude ljubav sva" | Bütün sevgilərə sahib ola bilərsən | 16 | 27 |
08 | Portuqaliya | Portuqalca | Sara Tavareş | "Chamar a música" | Musiqini səsləyin | 8 | 73 |
09 | İsveçrə | İtalyanca | Duilio | "Sto pregando" | Mən dua edirəm | 19 | 15 |
10 | Estoniya | Estonca | Silvi Vrait | "Nagu merelaine" | Dalğalar kimi | 24 | 2 |
11 | Rumıniya | Rumınca | Dan Bittman | "Dincolo de nori" | Buludların üzərində | 21 | 14 |
12 | Malta | İngiliscə | Kris və Moira | "More than Love" | Sevgidən də çox | 5 | 97 |
13 | Niderland | Niderlandca | Villeke Alberti | "Waar is de zon" | Günəş haradadır? | 23 | 4 |
14 | Almaniya | Almanca, İngiliscə | MeKaDo | "Wir geben 'ne Party" | Bizim şənliyimiz var | 3 | 128 |
15 | Slovakiya | Slovakca | Tublatanka | "Nekonečná pieseň" | Bitməyən nəğmə | 19 | 15 |
16 | Litva | Litvaca | Ovidiyus Vışnyauskas | "Lopšinė mylimai" | Sevdiyimə laylay | 25 | 0 |
17 | Norveç | Norveçcə | Elizabet Andreassen və Yan Verner Danielsen |
"Duett" | Duet | 6 | 76 |
18 | Bosniya və Herseqovina | Boşnakca | Alma və Deyan | "Ostani kraj mene" | Mənimlə qal | 15 | 39 |
19 | Yunanıstan | Yunanca | Kostas Biğalis və The Sea Lovers | "To trehandiri" (Το τρεχαντήρι) | - | 14 | 44 |
20 | Avstriya | Almanca | Petra Frey | "Für den Frieden der Welt" | Bütün dünyada sülh üçün | 17 | 19 |
21 | İspaniya | İspanca | Alexandro Abad | "Ella no es ella" | O həmin o deyil | 18 | 17 |
22 | Macarıstan | Macarca | Friderika Bayer | "Kinek mondjam el vétkeimet?" | Kimə öz günahlarımdan danışa bilərəm? | 4 | 122 |
23 | Rusiya | Rusca | Yudif | "Vechny strannik" (Вечный странник) |
Əbədi səyahətçi | 9 | 70 |
24 | Polşa | Polyakca | Edita Qurnyak | "To nie ja!" | Bu mən deyiləm | 2 | 166 |
25 | Fransa | Fransızca | Nina Morato | "Je suis un vrai garçon" | Mən həqiqətən oğlanam | 7 | 74 |