1987 Avroviziya Mahni Musabiqesi - Wikipedia
1987 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1987; fr. Concours Eurovision de la chanson 1987) — sayca 32-ci Avroviziya Mahnı Müsabiqəsidir. 13 yaşlı Sandra Kimin ifa etdiyi "J'aime la vie" mahnısı ilə 1986 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1987-ci ildə Belçika ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Brüssel şəhərində "Palais du Centenaire" sarayında keçirilmişdir. Müsabiqə 1987-ci ilin 9 may tarixində baş tutmuşdur.
1987 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 9 may 1987 |
Aparıcı(lar) | Viktor Lazlo |
Kanal | RTBF |
Keçirilən yer | Palais du Centenaire, Brüssel, Belçika |
Qalib mahnı | İrlandiya "Hold Me Now" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 22 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | İtaliya Yunanıstan |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1986 1988 ► |
1987-ci ildə İtaliya və Yunanıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdürlər. Müsabiqədə ümumilikdə 22 ölkə iştirak etmişdir və bu 32 illik müsabiqə tarixində ən yüksək göstərici idi. Avroviziya 1987-də İrlandiyanı müsabiqədə ikinci dəfə təmsil etmək hüququ qazanan Conni Loqan ifa etdiyi "Hold Me Now" adlı mahnısı qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 1980-ci ildə yenə də Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə üçüncü qələbəsi idi.
Final
redaktə№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Norveç | Norveçcə | Keyt Qulbrandsen | "Mitt liv" | Mənim həyatım | 9 | 65 |
02 | İsrail | İvritcə | Lazy Bums | "Shir Habatlanim" (שיר הבטלנים) | Tənbəllərin nəğməsi | 8 | 73 |
03 | Avstriya | Almanca | Qari Lüks | "Nur noch Gefühl" | Yalnız hisslər | 20 | 8 |
04 | İslandiya | İslandca | Halla Marqret | "Hægt og hljótt" | Asta və sakit | 16 | 28 |
05 | Belçika | Niderlandca, İngiliscə | Lilian Sen-Pyerr | "Soldiers of Love" | Sevginin əsgərləri | 11 | 56 |
06 | İsveç | İsveçcə | Lotta Enqberq | "Boogaloo" | Buqalu | 12 | 50 |
07 | İtaliya | İtalyanca | Umberto Totsi və Raf | "Gente di mare" | Dənizin adamları | 3 | 103 |
08 | Portuqaliya | Portuqalca | Nevada | "Neste barco à vela" | Bu yelkənli qayıqda | 18 | 15 |
09 | İspaniya | İspanca | Patrisiya Kraus | "No estás solo" | Sən tək deyilsən | 19 | 10 |
10 | Türkiyə | Türkcə | Seyyal Taner və Lokomotif | "Şarkım Sevgi Üstüne" | Mahnım sevgi haqqındadır | 22 | 0 |
11 | Yunanıstan | Yunanca | Bang | "Stop" (Στοπ) | Dayan | 10 | 64 |
12 | Niderland | Niderlandca | Marşa | "Rechtop in de wind" | Rüzgara qarşı dik dur | 5 | 83 |
13 | Lüksemburq | Fransızca | Plastic Bertran | "Amour, Amour" | Sevgi, sevgi | 21 | 4 |
14 | Böyük Britaniya | İngiliscə | Rikki | "Only the Light" | Yalnız işıq | 13 | 47 |
15 | Fransa | Fransızca | Kristin Minye | "Les mots d'amour n'ont pas de dimanche" | Eşq kəlimələrinin bazar günü olmur | 14 | 44 |
16 | Almaniya | Almanca | Wind | "Lass die Sonne in dein Herz" | Qəlbinə günəş işıq saçsın | 2 | 141 |
17 | Kipr | Yunanca | Aleksiya | "Aspro-mavro" (Άσπρο-μαύρο) | Ağ-qara | 7 | 80 |
18 | Finlandiya | Fincə | Viki Rosti və Boulevard | "Sata salamaa" | Yüz ildırım çaxması | 15 | 32 |
19 | Danimarka | Danca | Anne-Katrine Herdorf və Bandjo | "En lille melodi" | Biraz melodiya | 5 | 83 |
20 | İrlandiya | İngiliscə | Conni Loqan | "Hold Me Now" | İndi qucaqla məni | 1 | 172 |
21 | Yuqoslaviya | Xorvatca | Novi fosili | "Ja sam za ples" | Mən rəqs etmək istəyirəm | 4 | 92 |
22 | İsveçrə | Fransızca | Karol Riş | "Moitié, moitié" | Yarım, yarım | 17 | 26 |