1984 Avroviziya Mahni Musabiqesi - Wikipedia
1984 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1984; fr. Concours Eurovision de la chanson 1984) — sayca 29-cu Avroviziya Mahnı Müsabiqəsidir. Korinn Ermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə 1983 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1984-cü ildə Lüksemburq dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1984 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" zalında keçirilmişdir. Müsabiqə 1984-cü ilin 5 may tarixində baş tutmuşdur.
1984 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 5 may 1984 |
Aparıcı(lar) | Dezire Nozbuş |
Kanal | RTL |
Keçirilən yer | Grand Théâtre, Lüksemburq şəhəri, Lüksemburq |
Qalib mahnı | İsveç "Diggi-Loo Diggi-Ley" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 19 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | İrlandiya |
İştirakdan imtina edən ölkələr | İsrail Yunanıstan |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1983 1985 ► |
1984-cü ildə İrlandiya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin Lüksemburqda keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. İsrail ilə bərabər Yunanıstanda maliyyə çətinliklərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri "Herreys" qrupu ifa etdikləri "Diggi-Loo Diggi-Ley" adlı mahnı ilə qalib gəlmişdirlər. Bu sonuncu dəfə Avroviziyada 1974-cü ildə məşhur ABBA qrupunun təmsilində qalibiyyət əldə edən İsveçin müsabiqədə ikinci qələbəsi idi.
Final
redaktə№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İsveç | İsveçcə | Herreys | "Diggi-Loo Diggi-Ley" | Diqqi-lu Diqqi-ley | 1 | 145 |
02 | Lüksemburq | Fransızca | Sofi Karl | "100% d'amour" | 100% sevgi | 10 | 39 |
03 | Fransa | Fransızca | Annik Tumazyu | "Autant d'amoureux que d'étoiles" | Sevənlər ulduzlar qədər çoxdur | 8 | 61 |
04 | İspaniya | İspanca, İngiliscə | Bravo | "Lady, Lady" | Xanım, xanım | 3 | 106 |
05 | Norveç | Norveçcə | Dollie de Luxe | "Lenge leve livet" | Yaşasın həyat | 17 | 29 |
06 | Böyük Britaniya | İngiliscə | Belle & the Devotions | "Love Games" | Sevgi Oyunları | 7 | 63 |
07 | Kipr | Yunanca | Endi Pol | "Anna Maria Lena" (Άννα Μαρία Λένα) | Anna Mariya Lena | 15 | 31 |
08 | Belçika | Fransızca, İtalyanca | Jak Zeqers | "Avanti la vie" | Həyatını irəli apar | 5 | 70 |
09 | İrlandiya | İngiliscə | Linda Martin | "Terminal 3" | - | 2 | 137 |
10 | Danimarka | Danca | Hot Eyes | "Det' lige det" | Bu qədər | 4 | 101 |
11 | Niderland | Niderlandca | Maribelle | "Ik hou van jou" | Mən səni sevirəm | 13 | 34 |
12 | Yuqoslaviya | Monteneqrcə, İtalyanca | Vlado və İzolda | "Ciao, amore" | Sağ ol, sevgilim | 18 | 26 |
13 | Avstriya | Almanca | Anita | "Einfach weg" | Sadəcə get | 19 | 5 |
14 | Almaniya | Almanca | Mari Roos | "Aufrecht geh'n" | Fəxr etmək | 13 | 34 |
15 | Türkiyə | Türkcə | Beş Yıl Önce, On Yıl Sonra | "Halay" | Halay | 12 | 37 |
16 | Finlandiya | Fincə | Kirka | "Hengaillaan" | Gəzək | 9 | 46 |
17 | İsveçrə | Almanca | Rainy Day | "Welche Farbe hat der Sonnenschein?" | Günəş işığı nə rəngdir? | 16 | 30 |
18 | İtaliya | İtalyanca, Almanca | Alis və Franko Battiato | "I treni di Tozeur" | Tauzara qatar | 5 | 70 |
19 | Portuqaliya | Portuqalca | Mariya Qino | "Silêncio e tanta gente" | Sakitlik və nə qədər adamlar | 11 | 38 |