1982 Avroviziya Mahni Musabiqesi - Wikipedia
1982 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1982; fr. Concours Eurovision de la chanson 1982) — sayca 27-ci Avroviziya Mahnı Müsabiqəsidir. Bucks Fizz qrupunun ifa etdiyi "Making Your Mind Up" mahnısı ilə 1981 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1982-ci ildə Böyük Britaniya müsabiqəyə yeddinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Böyük Britaniyada yerləşən Harroqeyt kurortunda Harroqeyt Beynəlxalq mərkəzində keçirilmişdir. Müsabiqə 1982-ci ilin 24 aprel tarixində baş tutmuşdur. Müsabiqənin açılışında əvvəlcə Avropanın xəritəsi, daha sonra isə zalda müsabiqədə iştirak edən ölkələrin dilində "Where is Harrogate?" (Harroqeyt haradır?) yazıları görünmüşdür.
1982 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 24 aprel 1982 |
Aparıcı(lar) | Yan Liminq |
Kanal | BBC |
Keçirilən yer | Harroqeyt Beynəlxalq mərkəzi, Harroqeyt, Böyük Britaniya |
Qalib mahnı | Almaniya "Ein bißchen Frieden" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 18 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Fransa Yunanıstan |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1981 1983 ► |
Fransa son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1982-də iştirakdan imtina etmişdir. Yunanıstan da ilk öncə iştirak etməyi planlaşdırsa da, daha sonra maliyyə çətinliklərini səbəb göstərərək iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Almaniya təmsilçisi Nikol ifa etdiyi "Ein Bißchen Frieden" adlı mahnı ilə qalib gəlmişdir. Bu Almaniyanın Avroviziyada ilk qalibiyyəti idi.
Final
redaktə№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Portuqaliya | Portuqalca | Doce | "Bem bom" | Çox yaxşı | 13 | 32 |
02 | Lüksemburq | Fransızca | Svetlana | "Cours après le temps" | Zamanın ardınca qaç | 6 | 78 |
03 | Norveç | Norveçcə | Yan Teiqen və Anita Skorqan | "Adieu" | Sağ ol | 12 | 40 |
04 | Böyük Britaniya | İngiliscə | Bardo | "One Step Further" | Bir addım uzaq | 7 | 76 |
05 | Türkiyə | Türkcə | Neco | "Hani?" | Harada? | 15 | 20 |
06 | Finlandiya | Fincə | Koyo | "Nuku pommiin" | Yatıb qalmaq | 18 | 0 |
07 | İsveçrə | Fransızca | Arlette Zolya | "Amour on t'aime" | Sevgi, biz səni sevirik | 3 | 97 |
08 | Kipr | Yunanca | Anna Vissi | "Mono I Agapi" (Μόνο η αγάπη) | Yalnız sevgi | 5 | 85 |
09 | İsveç | İsveçcə | Chips | "Dag efter dag" | Günbəgün | 8 | 67 |
10 | Avstriya | Almanca | Mess | "Sonntag" | Bazar günü | 9 | 57 |
11 | Belçika | Fransızca | Stella | "Si tu aimes ma musique" | Əgər musiqimi sevirsənsə | 4 | 96 |
12 | İspaniya | İspanca | Lusiya | "Él" | O | 10 | 52 |
13 | Danimarka | Danca | Brixx | "Video, Video" | Video, Video | 17 | 5 |
14 | Yuqoslaviya | Serbcə | Aska | "Halo, Halo" | Salam, Salam | 14 | 21 |
15 | İsrail | İvritcə | Avi Toledano | "Hora" (הורה) | Hora | 2 | 100 |
16 | Niderland | Niderlandca | Bill van Dayk | "Jij en ik" | Sən və mən | 16 | 8 |
17 | İrlandiya | İngiliscə | The Duskeys | "Here Today Gone Tomorrow" | Bugün burada dünən bitdi | 11 | 49 |
18 | Almaniya | Almanca | Nikol | "Ein bißchen Frieden" | Biraz sülh | 1 | 161 |