1941 Ci Ilin Bahari - Wikipedia
1941-ci_ilin_baharı - Haqqında Məlumat
1941-ci ilin baharı və ya Aviv 41[3] — Uri Barbaşın rejissorluğu ilə 2008-ci ildə çəkilmiş müharibə-dram filmidir. Filmdə baş rolları Cozef Finnes, Nev Makintoş və Kelli Harrison ifa etmişdirlər. Film Polşa və İsrail tərəfindən müştərək olaraq istehsal edilmişdir.[4] Film İda Finkin "Bir söhbət" və "Bir bahar səhəri" hekayələri əsasında çəkilmişdir.[5]
1941-ci ilin baharı | |
---|---|
ing. Spring 1941 | |
Janr | dram filmi |
Rejissor | Uri Barbaş |
Ssenari müəllifi | Motti Lerner |
Əsaslanır | İda Finkin "Bir söhbət" və "Bir bahar səhəri" hekayələri əsərləri |
Baş rolda |
|
İlk baxış tarixi | 1 dekabr 2008[2] |
Müddət | 122 dəqiqə[1] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID1252616 |
Süjet xətti
redaktə1971-ci il. Məşhur violonçel ifaçısı olan Klara Plank 30 ildən sonra ilk dəfə olaraq doğma vətəni Polşaya gəlmişdir. Tanış yerlər və violonçel səsləri ona onun üçün əziz olan hər şeyini itirdiyi otuz il əvvəlki hadisələri xatırladır. 1939-cu ildən Almaniya tərəfindən işğal edilmiş Polşada Doktor Artur Plank, həyat yoldaşı Klara Plank və cütlüyün iki qızı nasistlərdən gizlənməyə çalışırlar.
İstinadlar
redaktə- ↑ Brown, Hannah. "Holocaust movies that offer nothing new". The Jerusalem Post. 6 November 2008. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2021.
- ↑ Freebase Data Dumps. Google.
- ↑ Anderman, Nirit. "New Uri Barbash Film Sets a Love Triangle in Holocaust-era Poland". Haaretz. 23 October 2008. 9 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2021.
- ↑ Burstein, Nathan. "Israeli Film Festivals' Eclectic Crowd". The Forward. 23 October 2008. 11 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2021.
- ↑ Yudilovitch, Merav. "Joseph Fiennes takes on a Jewish identity". Ynet. 17 July 2007. İstifadə tarixi: 11 March 2021.