17 Ci Yeger Alayi - Wikipedia
17-ci yeger alayı – Rusiya İmperator Ordusunun ən köhnə alaylarından biri. Alay 19-cu piyada diviziyasının tərkibinə daxil idi və İranla 1804–1813 və 1826–1828-ci illərdəki, Türkiyə ilə 1806–1812 və 1828–1829-cu illərdəki müharibələrdə, həmçinin, Qafqazda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Sonradan 17-ci yeger və 7-ci tüfəncçi adlandırılan alay fərqlənmə nişanı qəbul etməyib.
17-ci yeger alayı | |
---|---|
17-й егерский полк | |
Növü | piyada |
Yaranma tarixi | 5 avqust 1642-ci il - 1918-ci il. |
Ölkə | Rusiya |
Daxildir | 19-cu piyada diviziyası (Əlahiddə Qafqaz korpusu) |
Müharibələr | Rusiya-İran müharibəsi (1804-1813), Rusiya-Osmanlı müharibəsi (1806-1812), Rusiya-İran müharibəsi (1826-1828), Rusiya-Osmanlı müharibəsi (1828-1829), Qafqaz müharibəsi |
Alayın formalaşması
redaktə5 avqust 1642-ci il tarixində Moskva Butır alayının seçilmiş atıcı əsgərlərindən təşkil olunmuşdur. Butır alayı Selenqinsk alayının 3-cü və 4-cü batalyonları ilə birləşdirilərək Kuban eger korpusunun tərkibinə daxil edilmiş və bu korpus 10 dekabr 1796-cı il tarixdə 18-ci yeger batalyonu olaraq yenidən təşkil edilmiş, 28 may 1797-ci il tarixdə isə "17-ci yeger alayı" adlandırılmışdır. 1798-ci ildə 1801-ci ilə qədər alay şefinin adını daşımış, 10 aprel 1801-ci ildə "17-ci yeger" adlanmışdır. 24 fevral 1816-cı il tarixdə alayın adı "7-ci tüfəngçi (karabinernıy)", 8 mart 1827-ci il tarixdə "Erivan tüfəngçi" olaraq dəyişdirilmişdir. 3 mart 1855-ci il tarixdə isə alay Qrenader (qumbaraçı) korpusu hesab edilmiş və "Erivan 13-cü leyb-qrenader" alayı adlandırılmışdır.
Alayın şefləri (1797–1827-ci illərdə)
redaktə- 1798–17.01.1799 — general-mayor Pyotr Lixaçyov
- 17.01.1799–14.05.1803 — генерал-майор İvan Lazarev
- 14.05.1803–31.07.1807 — polkovnik Pavel Karyagin
- 30.08.1807–08.02.1811 — polkovnik Afanasi Asyev
- 27.02.1811–08.06.1811 — polkovnik İvan Snaksarev
- 08.06.1811–22.06.1815 — polkovnik İlya Jivkoviç
Alayın komandirləri (1797–1827-ci illərdə)
redaktə- 22.05.1797–05.08.1797 — podpolkovnik Sergey Voyekov
- 05.08.1797–17.01.1799 — polkovnik (08.10.1797-ci il tarixdən 20.08.1798-ci il tarixə kimi general-mayor) İvan Lazarev
- 22.04.1799–08.05.1800 — polkovnik Sergey Voyekov
- 20.08.1800–24.01.1803 — polkovnik Pavel Karyagin
- 03.04.1805–21.01.1809 — mayor (23.04.1806-cı il tarixdən 12.12.1807-ci il tarixə kimi polkovnik) I Dmitri Lisanevciç
- 21.01.1809–14.06.1810 — polkovnik Pyotr Kotlyarevski
- 16.11.1814–22.06.1815 — polkovnik İvan Parfyonov
- 22.06.1815–10.06.1816 — polkovnik İlya Jivkoviç
- 10.06.1816–11.06.1822 — podpolkovnik (30.08.1816-cı il tarixdən polkovnik) Pyotr Ladinski
- 11.06.1822–15.03.1828 — polkovnik Nikolay Muravyov-Karsski
Alayda xidmət etmiş şəxslər
redaktə- Aleksandr Qintovt — general-mayor, əlahiddə Sibir korpusunun ştab rəisi
- Fyodr Şirmo-Şerbinsk — general-letenant, Krasnoselski komendatı
Ədəbiyyat
redaktə- Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др. — СПб.: т-во И. В. Сытина, 1911–1915.
- Габаев Г. С. Роспись русским полкам 1812 года. Киев, 1912
- Шенк В. К. Гренадерские и пехотные полки. Справочная книжка императорской Главной квартиры. СПб., 1909
- Энциклопедия военных и морских наук // Под редакцией Г. А. Леера. Т. I–VIII. СПб., 1883–1895