1 3 Propandiol - Wikipedia
1,3-Propandiol - Haqqında Məlumat
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
1,3-Propandiol (СН2(СН2ОН)2) – üzvü birləşmədir. Suda yaxşı həll olan qatı rənqsiz mayedir.
1,3-Propandiol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C3H8O2 |
Molyar kütlə | 76.09 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,0538 q/sm³[1] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -26,5 °S |
Qaynama nöqtəsi | 210-212 °S |
Öz-özünə yanma temperaturu | 400 °C[2] |
Buxarın təzyiqi | 0,059 hectopascal[2], 9 hectopascal[2] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,4398[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 504-63-2 |
PubChem | 10442 |
RTECS | TY2010000 |
ChEBI | 16109 |
ChemSpider | 13839553 |
Tətbiqi
redaktə1.3-Propandiol əsasən politrimetilen tereftalat kimi polimerlərin istehsalı üçün xammal kimi istifadə olunur. Bu maddə kompozitlər, yapışqanlar, laminatlar, boyalar və bir çox sənaye məhsuluna əlavə olunur. Antifriz mayelərində və boyalarında bir həlledici olaraq da istifadə olunur.
Toksikliyi
redaktəPişiklərlər üzərində aparılan təcrübələrdən alimlər 1.3-propandiolun 1.2-propilenqlikoldan təxminən iki qat daha zəhərli olduğunu təsbit ediblər.
Təhlükəsizlik
redaktə1,3-Propanediol, buxar və ya buxar / aerosol qarışığının inhalyasiyası ilə əhəmiyyətli bir təhlükə yaratmır.
Mənbə
redaktə- Химическая энциклопедия. — Т.4. — М.: Советская энциклопедия, 1995. — С. 103
- ↑ 1 2 CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 97 Boca Raton: 2016. P. 3–468. ISBN 978-1-4987-5428-6
- ↑ 1 2 3 1,3-Propanediol (ing.).