Ezize Memmedova - Wikipedia
Əzizə Əbdülbağı qızı Məmmədova (1892, Tiflis – 14 avqust 1961, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1936).
Əzizə Məmmədova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1921–1961 |
Teatr |
Bakı Türk İşçi Teatrı; Akademik Milli Dram Teatrı |
Mükafatları |
|
Həyatı
redaktəAzərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər.
Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb və 1930-cu illərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ Teatrı) oynayıb.
Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib.
Sona Hacıyevanın anasıdır.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936
- "Şərəf nişanı" ordeni — 17 aprel 1938
- "Qırmızı əmək bayrağı" ordeni — 22 iyul 1949
İfa etdiyi rollar
redaktəBakı Türk İşçi Teatrında Anatoli Qlebovun "İncə" (Zeynəb Əkrəmzadə), Hacıbaba Nəzərli və Süleyman Rüstəmin "Yanğın" (İncə qarı), Süleyman Rüstəmin "Qana qan" (Səkinə), Vladimir Kirşonun "Küləklər şəhəri" (Qadın) tamaşalarında oynayıb.
Akademik Milli Dram Teatrında oynadığı əsas rollar bunlardır: Tükəzban ("Vaqif", Səməd Vurğun), Sonanın anası, Pəri xanım ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Cəfər Cabbarlının dramlarında Gülsüm ("1905-ci ildə"), Fatmanisə və Xanımnaz ("Almaz"), Şərəbanı ("Yaşar"), Gülgəz ("Oqtay Eloğlu"); Güllü ("Qardaşlar", Rəsul Rza), Sədaqət xala ("Yadigar", İslam Səfərli), Lətifə ("İldırım", Cabbar Məcnunbəyov), Atlasın anası ("Həyat", Mirzə İbrahimov), Luka Lukiçin arvadı ("Müfəttiş", Nikolay Qoqol), Marfa ("Özgə uşağı", Vasili Şkvarkin), Anna İvanovna ("Prokurorun qızı", Yuri Yanovski), Terentyevna ("Dubrovski", Aleksandr Puşkin), Tokarçuk ("İntervensiya", Lev Slavin), Zalxa ("Toy", Sabit Rəhman). Əzizə Məmmədova "Azərbaycanfilm"də istehsal olunan "Almaz", "İsmət", "Hacı Qara", "Görüş", "Yeni horizont", "Səhər" filmlərində müxtəlif epizod rollara çəkilib.[1]
Filmoqrafiya
redaktə- Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (arxiv kadrlar) (şəkil)
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: Telli
- Bakının işıqları (film, 1950)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Dəcəl dəstə (film, 1937)-Yusufin anası
- Əsl dost (film, 1959)
- Görüş (film, 1955)
- Hacı Qara (film, 1929)
- İsmət (film, 1934)
- "Kazbek" qutusu (film, 1958)
- Qara daşlar (film, 1956)
- Ögey ana (film, 1958)
- Sevil (film, 1929)
- Səhər (film, 1960)
- Sovqat (film, 1942)
- Vətən oğlu (film, 1941)
- Yeni horizont (film, 1940)
Nəsil şəcərəsi
redaktəKərbəlayı Əli Zülalov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gülüş xanım | Əbdül Zülalov | Əbdülbaqi Zülalov | Nisə xanım | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli Zülalov | Qəmbər Zülalov | Məhəmmədəli Zülalov | Əzizə Məmmədova | Salman | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Zülalova | Zemfira Zülalova | Elmira Zülalova | Rüstəm Zülalov | Sona Hacıyeva | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
redaktə- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.