Ezimcan Eskerov - Wikipedia
Əzimcan Əskərov (özb. Azimjon Asqarov, Азимжон Асқаров; 17 may 1951, Bazar-Korqon[d], Qırğızıstan SSR, SSRİ – 25 iyul 2020[1], Bişkek) — polis zorakılığını araşdırmaq üçün 2002-ci ildə "Vozdux" qrupunun əsasını qoymuş özbək əsilli[2] qırğızıstanlı siyasi fəal. Əsasən milliyətcə özbək olan əhaliyə yönəlmiş 2010-cu il Cənubi Qırğızıstan etnik toqquşmalarında Əskərov vəhşiliyi sənədləşdirməyə çalışmışdır.[3]
Əzimcan Əskərov | |
---|---|
özb. Azimjon Asqarov | |
Doğum tarixi | 17 may 1951 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 iyul 2020[1] (69 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Özbək |
İxtisası | Jurnalist |
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı |
Tanınır | İnsan hüquqları aktivisti, iddiaya görə siyasi məhbus |
Mükafatları |
Homo Homini mükafatı (2011) CPJ Beynəlxalq Mətbuat Azadlığı Mükafatı (2012) İnsan Hüquqları Müdafiçəisi (2015) |
Vikianbarda əlaqəli mediafayllar |
O, bunun ardınca həbs edildi və kütləvi narahatlıq yaratma, etnik nifrətə təhrik etmə və qətldə iştirak etmə maddələri ilə ittiham edildi.[4] Beynəlxalq insan hüquqları qruplarının qanunsuzluqlar — iddiaya görə işgəncə vermə və məhkəmə zalında şahidlərə polis tərəfindən hədə-qorxu gəlinməsi səbəbindən məhkəmə prosesinə etiraz etməsindən sonra Əskərova ömürlük həbz cəzası verildi.[2] 2010-cu ilin noyabrında həbsi nəticəsində Əskərovun səhhətinin sürətli şəkildə pisləşdiyi bildirildi. "Human Rights Watch", "Reporters Without Borders", "People In Need", "Committee to Protect Journalists" və "Amnesty International" daxil olmaqla, çox sayda təşkilat onu müdafiə etdi və "Amnesty International" onun vicdan məhbusu olduğunu bildirdi.[5]
ABŞ 2015-ci ildə 2014 İnsan Hüquqları Müdafiəçisi Mükafatını Əskərova verdi. Qırğızıstan hökuməti bu qərara etiraz etdi və ABŞ və Qırğızıstan arasında əməkdaşlıq haqqında imzalanan 1993-cü il razılaşmasını ləğv etdi.[6] 2016-cı ilin 12 iyulun Qırğızıstan Ali Məhkəməsi Əskərovun ömürlük həbsini ləğv etdi və işə yenidən baxılması üçün Çui Vilayət məhkəməsinə göndərdi.[7] O, 24 yanvar 2017-ci ildə yenidən ömürlük həbsə məhkum edildi. 2017-ci ildə Qırğızıstan Cinayət Məcəlləsindəki dəyişikliklərdən sonra, hansı ki 2019-cu ildə qüvvəyə minmişdi, Əskərovun vəkilləri onun məhbusluğuna yenidən baxılması üçün müraciət etdi. Ancaq 2019-cu il 30 iyul tarixində Çui regional məhkəməsi Əskərovun ömürlük həbsini dəyişdirmədi. O, 2020-ci ilin iyulunda həbsdə öldü.
Şəxsi həyatı
redaktəƏskərov 1951-ci il 17 may tarixində[8] Qırğızıstanın Bazar-Korqon kəndində dünyaya gəldi. O, Daşkənddəki incəsənət kollecinə daxil oldu. Əskərov məzun olduqdan sonra 15 il rəssam və dekorator kimi işlədi.[8][9] 1990-cı illərin əvvəllərində o, yerli qəzetlərin birində insan hüquqları məsələsi barədə yazmağa başladı. O, Xədicə Əskərova ilə evləndi və onların 3 oğlu oldu.[9][10]
İnsan hüquqları işi
redaktəƏskərov 1990-cı illərin ortaların bəri insan hüquqları aktivisti kimi işləməyə başladı.[11] O, 2002-ci ildə qırğız məhkumların vəziyyətinə nəzarət etmək üçün "Vozdux" qrupunun əsasını qoydu. Əsasən Bazar-Korqon ərazisində işləyən Əskərov həbs olunduğu vaxta qədər bu qrupa yönələ və bir neçə polis zorakılığı və işgəncəsi ilə bağlı olan məsələni qaldırmağa müvəffəq ola bildi.[11] Bir neçə polis rəsmisi Əskərovun istintaqları nəticəsində vəzifəsindən azad edildi.[11] Əskərov 2006-cı ildə bir prokuror müstəntiqi Əsgərovun işgəncə iddialarını açıqladığı bir məqaləsindən sonra məhkəməyə verdiyini söylədi; altı ay davam edən məhkəmə prosesi Əsgərovun lehinə hökm ilə sona çatdı.[11] Nəticədə Əskərov "Hüquq-mühafizə orqanları içərisində məni vurmaq üçün fürsət axtaran düşmənlər var", deyə iddia etdi."[11]
Həbsi və məhkəməsi
redaktə2010-cu ilin iyulunda Qırğızıstanda etnik zorakılıq baş qaldırdı: 400- qədər insan, həm qırğız, həm də özbək öldürüldü və yüzlərlə özbək evlərindən didərgin salındı.[2][12] Zorakılıqlardan sonra Özbək icmasının onlarla üzvü və dini rəhbərlər Qırğızıstan hökuməti tərəfindən həbs edildi və etnik zorakılığa təhrik etmə ilə günahlandırıldı,[13] Onların arasında iğtişaşlar zamanı qətlləri və alov hücumlarını videoya çəkən Əzimcan Əskərov da var idi.[5] Əskərov daha sonra bu videoları beynəlxalq mediaya ötürdü və Qırğızıstan ordusunu qətllərdə rol oynadığına görə günahlandırdı.[14]
O, 2010-cu ilin 15 iyununda Bazar-Korqonda saxlanıldı. Qırğızsıtanın insan hüquqları ombudsanı Tursunbek Akun qısa müddət sonra həbsə etiraz etdi.[15]
Əskərov digər insan hüquqları aktivistləri ilə birlikdə Cəlalabad vilayətinin Nooken rayonundakı məhkəmədən öncə məhkəməyə çıxarıldı.[5] "Human Rights Watch" müşahidəçisi həm müttəhimlərin, həm də şahidlərin bədənində əzik izlərinin olduğunu və işgəncəyə məruz qaldıqlarını bildirdi.[16] Müşahidəçi məhkəmədə iştirak edənlərin Əskərov, digər müttəhim və onların vəkillərini təhdid etdiyini və onlara hücum etdiyini və hüquq-mühafizə orqanlarının hadisəyə müdaxilə etmədiyini qeyd etdi.[2] Əskərovun vəkili Nurbek Toktaqunov polis zabitinin qohumlarının ona yaxınlaşdığını və Əskərovu müdafiə etməyə davam edəcəyi təqdirdə zorakılığa məruz qalması ilə bağlı təhdid edildiyini dedi. Bu məsələdən sonra Amnesty International Toktaqunov və Əskərovun təhlükəsizliyi üçün müraciət etdi.[17]
Əskərov özü də polis nəzarətindəykən döyüldüyünü və ona işgəncə verildiyini bildirdi[11] və onun vəkili Əskərovun belində daha çox yara izinin olduğunu dedi.[13] Ancaq 2010-cu il noyabrın 4-də baş prokurorluq hər hansısa bir döyülməni inkar etmək üçün mətbuat konfransı keçirdi.[5]
Məhbusluq dövrü və səhhəti
redaktə10 noyabr 2010-cu ildə Əskərovun cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqləndi. İki gün sonra "Amnesty International" Əskərovun səhhətinin pisləşdiyini bildirdi; o, qısa zamanda həbsxanadakı xəstəxanada Bişkekdəki xəstəxanaya köçürüldü.[18] Onun ailə üzvləri Əskərova həbsxanadakı səlahiyyətlilər tərəfindən yetərli diqqət göstərilmədiyini bildirərək, öz narahatlıqların ifadə etdilər.[5]
8 fevral 2011-ci ildə Qırğızıstan Ali Məhkəməsi Əskərovun işində yeni sübuta qulaq asmağa razı olsa da, onun məhkəməsi təxirə salındı.[19] 11 aprel 2011-ci ildə onun məhkəməsi ikinci dəfə təxirə salındı.[20] 20 dekabr 2011-ci ildə Qırğızıstan Ali Məhkəməsi Əskərovun cəzasını təsdiqlədi.[21]
Əskərovun vəkili BMT İnsan Hüquqları Şurasında Ali Məhkəmənin qərarına etiraz edəcəyini dedi,[21] ancaq Əskərov özü buna qarşı idi: o, qərar gününə qədər sağ qala bilməyəcəyindən qorxurdu.[22] Əskərov öz işinə Qırğızıstan qanunvericiliyində baxılmasını tələb edirdi.[22]
24 yanvar 2017-ci ildə Qırğızıstan məhkəməsi Əskərovun günahkar olduğunu təsbit etdi və ona ömürlük həbs cəzası verdi.[23] 2017-ci ildə Qırğızıstan Cinayət Məcəlləsindəki dəyişikliklərdən sonra, hansı ki 2019-cu ildə qüvvəyə minmişdi, Əskərovun vəkilləri onun məhbusluğuna yenidən baxılması üçün müraciət etdi. Ancaq 2019-cu il 30 iyul tarixində Çui regional məhkəməsi Əskərovun ömürlük həbsini dəyişdirmədi.[24]
Beynəlxalq diqqət
redaktəAmnesty International, "Human Rights Watch",[16] Jurnalistləri Qoruma Komitəsi,[25] Ön Cəbhə,[26] İnsan Hüquqları üçün Beynəlxalq Əməkdaşlıq ("IPHR"),[4] və İnsan Hüquqları üçün Beynəlxalq Federasiya[19] Əskərova qarşı olan ittihamları qınadı. Jurnalistləri Qoruma Komitəsi onun və digər saxlanılan Uluqbek Abdulsalomovun sərbəst buraxılmasını və onları həbs edən polis nəfərlərinin "vəzifədən sui-istifadəyə" görə ittiham edilməsini tələb etdi.[27] Amerikalı aktyor Martin Şin də Əskərova öz dəstəyini bildirdi.[28] Bişkekdəki ABŞ səfirliyi də Qırğızıstan hökumətinə Əskərovun kassasiya şikayətində "ədalətli məhkəmənin" keçirilməsi üçün təzyiq etdi.[20] Sərhədsiz Müxbirlər onun dərhal sərbəst buraxılmasını tələb etdi.[29]
8 mart 2011-ci ildə "People In Need" Əskərova "insan hüquqları, demokratiya və siyasi konfliktlərin qeyri-zorakı həll yollarının önə çıxarılması uğrunda mübarizəyə görə" Homo Homini mükafatını verdi.[11] Həbsdən yazdığı qəbul nitqində Əskərov belə cavab verdi: "Mən uşaq kimi ağladım. Ürəyimdəki sevinci ifadə edəcək söz yoxdu. Çox əzab, işgəncə və təhqirdən sonra bir daha ədalət və insan hüquqları üçün mübarizə aparmağın yüksək sosial dəyərini anladım!"[11]
2011-ci ilin mayında həyat yoldaşı və müxtəlif qırğız insan hüquqları təşkilatları tərəfindən Bişkekdə Əskərovun rəsm əsərlərinin sərgisi təşkil olundu.[30][31] Rəsm əsərlərində "Fərqanə vadisindəki sakinlərə və onların gündəlik həyatlarına" fokuslanılmışdı.[30][32]
2012-ci ildə Əskərov Jurnalistləri Qoruma Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı Mükafatıına layiq görüldü. Mükafat hücumlara, təhdidlərə və ya həbslərə baxmayaraq mətbuat azadlığını müdafiə etmə cəsarəti göstərən jurnalistlərə təqdim olunur.[33]
Ölümü
redaktəƏskərov pnevmaniya diaqnozu ilə xəstəxanaya yatırıldıqdan bir gün sonra, 25 iyul 2020-ci ildə vəfat etdi. O, 69 yaşında idi və ürəyindəki problemlərdən və onun ölümünə səbəb olan digər xroniki xəstəliklərdən əziyyət çəkirdi.[34][35] O, 31 iyulda Özbəkistanın Daşkənd vilayətində dəfn edildi. Əskərov hələmə ölümündən öncə Özbəkistanda dəfn edilmək istədiyini demişdi. Bundan əlavə, qohumları onun Qırğızıstandakı qəbrinin qırğız milliyətçilər tərəfindən vandalizmə məruz qalacağından qorxurdular.[36]
İstinadlar
redaktə- ↑ 1 2 Kyrgyzstan’s rights activist Azimzhan Askarov dies at 69. Associated Press, 2020.
- ↑ 1 2 3 4 "Human rights groups condemn Kyrgyzstan activist jailing". BBC News. 16 September 2010. 17 September 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ The Associated Press. "Kyrgyzstan Rights Activist Azimzhan Askarov Dies at 69". nytimes. nytimes. August 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2020.
- ↑ 1 2 "Kyrgyzstan: Appeal to the international community – call for a new, fair review of the case of human rights defender Azimzhan Askarov sentenced to life in Kyrgyzstan". International Partnership for Human Rights (IPHR). 16 September 2010. 12 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ 1 2 3 4 5 "Kyrgyzstan: Further Information: Prisoner of Conscience on Brink of Death: Azimzhan Askarov". Amnesty International. 12 November 2010. 22 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ "Kyrgyzstan ends U.S. cooperation agreement amid human rights dispute". RFE/RL. 21 July 2015. 21 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2015.
- ↑ "Kyrgyz high court revokes activist's sentence, sends case to lower court". Radio Free Europe/Radio Liberty. 12 July 2016. 12 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2016.
- ↑ 1 2 "Report on the arrest, detention and trial of Azimzhan Askarov" (PDF). Geneva: International Commission of Jurists. September 2012. 28 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 July 2020.
- ↑ 1 2 Weicherding, Maisy. "Human rights defender continues his struggle from behind bars in Kyrgyzstan". Amnesty International. 16 June 2011. 24 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2020.
- ↑ "Kyrgyzstan: Follow up on promises". International Partnership for Human Rights. 21 September 2018. 19 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 "Azimjan Askarov, Winner of the Homo Homini Award – A Profile". People in Need. 2011. 10 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ "В Киргизии уже не стреляют, но мародерство продолжается". Segodnya.ua. 17 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2010.
- ↑ 1 2 Andrew E. Kramer. "Uzbeks Accused of Inciting Violence in Kyrgyzstan". The New York Times. 1 July 2010. 11 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2011.
- ↑ Romain Goguelin and Yuras Karmanau. "U.S. envoy urges action on Kyrgyz riots". The Washington Times. 19 June 2010. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2011.
- ↑ Richard Boudreaux. "Kyrgyzstan Tears Down Barricades". The Wall Street Journal. 21 June 2010. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ 1 2 "Kyrgyzstan: Ensure Safety, Due Process for Detained Activist". Human Rights Watch. 23 June 2010. 20 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2011.
- ↑ "Human Rights Defender Beaten in Custody: Azimzhan Askarov". Amnesty International. 25 June 2010. 5 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2011.
- ↑ "Jailed ethnic Uzbek activist admitted to Kyrgyz capital's prison hospital". uznews.net. 12 November 2010. 24 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ 1 2 "Askarov Case". International Federation for Human Rights. 30 March 2011. 1 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ 1 2 "Case of Kyrgyz activist sentenced to life for ethnic clashes stalls". uznews.net. 11 April 2011. 24 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ 1 2 "Верховный суд оставил в силе пожизненный приговор Азимжану Аскарову (Russian)". Kloop. 20 December 2011. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2021.
- ↑ 1 2 "Правозащитника Аскарова впервые навестил депутат парламента (Russian)". Kloop. 6 February 2012. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2021.
- ↑ "Kyrgyz court confirms life sentence for journalist". Fox News. 2018-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
- ↑ "Kyrgyz court upholds life sentence for Azimjon Askarov". Committee to Protect Journalists. 30 July 2019. 10 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2019.
- ↑ Muzaffar Suleymanov. "Otunbayeva must put words into action in Askarov case". Committee to Protect Journalists. 11 March 2011. 18 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ "Kyrgyzstan: Update – Unfair trial and fear of torture of human rights defender Mr Azimjan Askarov". Front Line. 13 September 2010. 10 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ Committee to Protect Journalists. "Kyrgyzstan detains journalists as violence continues". 23 June 2010. 19 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ "Actor Martin Sheen takes up cause of ethnic Uzbek rights advocate". centralasianewswire.com. 31 May 2011. 7 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 April 2011.
- ↑ "Call for humane treatment for jailed journalists and respect for press charter". Reporters Without Borders. 19 August 2010. 27 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2011.
- ↑ 1 2 "Exhibition Opens Of Paintings By Jailed Kyrgyz Rights Activist". Radio Free Europe/Radio Liberty. 17 May 2011. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2011.
- ↑ Ayim Baky. "В Бишкеке выставлены картины осужденного Азимжана Аскарова (Russian)". Kloop. 17 May 2011. 16 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2021.
- ↑ "2020 International Press Freedom Awards". 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.
- ↑ "CPJ International Press Freedom Awards 2011". Committee to Protect Journalists. 22 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 September 2012.
- ↑ "Kyrgyzstan's rights activist Azimzhan Askarov dies at 69". Associated Press. 23 July 2020. 23 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2020.
- ↑ PODOLSKAYA, Darya. "Sentenced to life imprisonment Azimzhan Askarov dies in prison". 24.kg. 25 July 2020. 25 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2020.
- ↑ "Rights defender Azimjan Askarov laid to rest in Uzbekistan". Fergana. 31 July 2020. 20 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2020.
Xarici keçidlər
redaktə- Azimjan Askarov, a short documentary by Freedom House (With English, Kyrgyz, and Russian subtitles)