Evelik - Wikipedia
Əvəlik (lat. Rumex)[3] — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.[4]
Əvəlik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Əvəlik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Tarixi
redaktəƏvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır.
Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır.
Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir. Kök hissəsindən sıx gövdələri, düz və qalxanvarı, şırımlı, sadə budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm hiindürlüyündədir.
Turştəhər əvəlik Azərbaycanın (Böyük Qafqazın Quba sahəsində) şərq və qərb rayonlarında, Kiçik Qafqazın şimal və cənub sahələrində yayılmışdır. Buna Naxçıvan Muxtar Respublikasının düzən, dağlıq sahələrində də rast gəlmək olar. Ümumiyyətlə, bu bitki orta və yuxarı dağlıq zonalardan tutmuş qayalıq və subalp çəmənlərə qədər yayılmışdır. Bunun kökünün tərkibində 10-14%-ə qədər aşı maddəsi, xrizofanol, aloe-emodin, emodin, fission antıaxinonları, yerüstü hissəsində üzvü turşular, 3,2-8% aşı maddəsi, hiperin, rutin, xrizofanol, emodin, sianidin, delfinidin vardır.
Adi əvəlik — Hündürlüyü 30-100 sm olan iri kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları oxvari, şirəli turşməzə, tamlı, gövdə üzərində növbəli düzüləndir. Çiçəkləri xırda, yaşımtıl-qəhvəvi rəngdə olub, süpürgə formasında gövdənin qurtaracağında yerləşmişdir. Meyvəsi toxumcadır.
Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xəssəli şişlərin müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dərman kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xəssəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazırlanır. Əvəlik Abşeronda, Qubada, Gəncədə, Qarabağda və s. yerlərdə, həyatyanı sahələrdə mədəni halda az da olsa becərilir.
Əvəlik toxum vasitəsilə çoxaldılır. Yazda əkilmiş əvəlik elə həmin ildə də, yəni 30-40 gündən sonra məhsul verməyə başlayır və bir ildən sonra məhsuldarlığı artır. Üç-dörd ildən sonra tədricən azalmağa başlayır. Buna görə də hər 3-4 ildən bir əvəlik əkin sahələri yenidən şumlanmalı, mineral və üzvi gübrələr verilməlidir. Mülayim keçən iqlim şəraitində 4-5 dəfə yaşıl yarpaq toplamaq mümkündür. Hər hektar sahədən 14-16 ton, iriyarpaqlı sortdan isə 20-30 ton yaşıl tərəvəz toplamaq olar. Əvəlikdə birinci ili 5-7 gövdə, ikinci ili 8-12, o biri illərdə isə 15-22 və daha çox gövdə əmələ gəlir.
Əvəliyin sort və hibrid növləri bir-birindən 1 yaxud 2 kilometr aralı əkilməlidir. Bu məsafə pozularsa, onda növlərin tozlanması qarışar və məhsuldarlıq aşağı düşər.[5]
Növləri
redaktəTurştəhər əvəlik çoxillik, çılpaq ot bitkisidir. Kök hissəsindən sıx gövdələri, duz və qalxanvarı, şırımlı, sadə budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm. hündürlüyündədir. Kök ətrafında və eləcə gövdənin aşağı nahiyəsində yerləşən yarpaq saplaqları uzun, yuxarı yarpaqları oturacaq şəklində lanset xətvarı, iti olub, kənarları bütövdür. Hamaşçiçəkləri piramidal – süpürgəvari, xırda birevli çiçəklərdən ibarət olub, dəstə formasında, kiçik çiçək saplaqları qırmızımtıldır. Turştəhər əvəlik Azərbaycanın (Böyuk Qafqazın Quba sahəsində) şərq və qərb rayonlarında, Kiçik Qafqazın şimal və cənub sahələrində yayılmışdır. Kökünün tərkibində 10-14%-ə qədər aşı maddəsi, xrizofanol, aloeemodin, emodin, fission antraxinonları, yerüstü hissəsində üzvü turşular, 3,2-8% aşı maddəsi, hiperin, rutin, xrizofanol, emodin, sianidin, delfinidin vardır. Tərkibində 10%- dən artıq olan kempferol, kversetin maddələri tam çiçək açan zaman maksimuma, meyvə verən zaman isə minimuma çatır. Bu da bizim ilk dəfə qeorqin çiçəkləri üzərində apardığımız elmi nəticələrlə üst-üstə düşür. Çiçəklərinin tərkibindən C vitamini, rutin meyvəsindən isə C, K, RR və karotin vitaminləri, kversetin, hiperin, rutin flavonoidləri, xrizofanol, emodin, fission antraxinonları, toxumundan flavonoid, 5%-ə qədər piyli yağ maddələri tapılmışdır.
Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dərman kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən sinqa, laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. Meyvəsindən alınan cövhər büzüşdürücü, qan-kəsici vasitə kimi işlədilir. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəli olub, zəhərlənmə yaradır.
İspanaq əvəliyi zəif turşu və vitaminlə zəngindir. Pəhriz xörəklər hazırlamaq üçün əvəzolunmaz bitkidir. Bunun yaşıl kütləsinin tərkibindən quzuqulağı turşusu, B„ B2, C, K, PP, krotin vitaminləri, 10-12%-ə qədər aşı maddəsi, 5%-ə qədər flavohoid maddələrindən kversetin, hiperin, rutin, xrizofenol, emodin, fission antarixananlar kök hissəsində K vitamini, 7-15%-ə qədər antraxinon maddələri, yerustu hissəsindən 12%-ə qədər quzuqulağı turşusu, B, C, E, krotin vitaminləri, prokatexin, kafeyin, xlorogen, qala turşuları, yarpaqlarının tərkibində quzuqulağı turşusu, C, K, PP krotin vitaminləri, 5-5,4% hiperin, rutin, vitteksin maddələri, meyvə əmələ gələn zaman daha çox toplandığı halda, hamaşçiçəklərinin tərkibindəki antosian fıssin, C vitamini, karotin meyvəsinin tərkibində xrizofanol, aloe-emodin, emodin, fission və s. maddələr tapılmışdır. Bundan başqa əvəliyin tərkibindən 2 mq'%* Fe, 0,6 mq% Cu, 0,13mq% F, 9mq % Mn, 1,5 mq % Zn, 0,19 mq % Mo, 0,62 mq % Ni, 0,02 mq % As, 10 mq % St, 140 mq % Na, 579 mq % K, 36 mq % Mg və s. mikroelementlər aşkar edilmişdir. Turştəhər əvəliyin dəmləməsindən diş qanaxmalarının kəsilməsində, sidik tutulmalarında, bəd xassəli xərçənglərin müalicəsində, bir sıra Avropa ölkələrində və eləcə də Tibet təbabətində – dizenteriya, babasil, vərəm və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Qumral əvəlik. Bu, çoxillik ot bitkisinin hündürlüyü 50-100 sm-dir. Gövdəsi möhkəm, dikduran, çılpaq, çox da dərin olmayan şırımlardan ibarət olub, qırmızı rənglidir. Kökü şaquli, yoğun, iyvandır. Yarpaqları, möhkəm qalın, uzunsov, lanset-varı, lanset və yaxud uzunsov xətvandır. Çiçəkləri ikievli, çoxlu çiçək dəstəsindən ibarət olub, qısa süpürgəvaridir. Bunun kökünün tərkibində C və K vitamini, 3-14,9 % aşı maddəsi ən çox meyvə verən zaman toplanır, 0,73-4,2 % antraxinon maddələri, kökümsovunun tərkibində qlükoza, efir yağı, fıtosterin, C vitamini, 4,3-5,5 %-ə qədər aşı maddəsi, antosian. 4,25 %-ə qədər xrizofanol, emodin, fission, piy maddələri, yerüstü hissəsində üzvi turşulardan kofein, xloroqen, kversetin, xrizofanol, fıseion, emodin, emodin qlükozid, gövdəsinin tərkibindən 1,39-5,5 %-ə qədər aşı maddəsi, yarpaqlarının tərkibindən B, B2, C, K, PP, karotin vitaminləri, 6,89-8,44 %-ə qədər aşı maddəsi, 2,6-3 %-ə qədər flavonoid maddələri, zoğlarından sianidin, rutinozid sianidin, antosianları, meyvəsindən C, K, E və karotin vitaminləri, 3,77-5 %-ə qədər aşı maddələri, toxumundan 3,9 %-ə qədər aşı və s. maddələr tapılmışdır.
Qumral əvəlikdən hazırlanan preparatlardan xərçəngin, ekstraktı daxil edilmiş mazından sarkoma xəstəliklərində, kökündən hazırlanan preparatlarından çin təbabətində işlədici, büzüşdürücü, yarasağaldıcı, dəri xəstəliklərində, dişlərin dibinin möhkəmləndirilməsində, vərəm, şiş, ilan sancmalarında, alkoqolizm əleyhinə; kök və yarpaqlardan hazırlanan preparatlardan tərgətirigi, hərarətsalıcı; toxum və kökündən isə pellaqre xəstəliklərinin müalicəsində istifadə edilir. Yerüstü hissəsindən, cavan, zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salatlar, xörək növləri hazırlanır. Bundan həm adi halda, həm də bişirilmiş formada, həm də qurudulmuş şəkildə istifadə edilir. [6]
İstifadəsi
redaktəƏvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz. Onda limonda olduğundan da çox C vitamini var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir.
A, E, PP və B qrup vitaminləri ilə zəngindir. Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var.
Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur.
- Askorbin turşusu olduğundan qan damarlarının keçiriciliyini yaxşılaşdırır, qanı qovur, beynin işini aktivləşdirir
- A vitamini bol olduğu üçün gözlərdə itiliyi artırır
- B qrup vitamini ilə zəngindir, ona görə sinir, əsəb sistemini möhkəmləndirir, stress, yuxusuzluq, xroniki yorğunluq, nevrozda yeyilməlidir
- 4. Dəmirlə zəngindir, qanın keyfiyyətini yaxşılaşdırır, qan dövranını artırır, qanazlığında çox yeyilməlidir 5. Döyülmüş yarpaqları və şirəsi dəri zədələnməsi, yanıq, yara, səpki, sızanaqda çəkilir.
- Əvəlik sümük, dırnaq və dişləri möhkəmlədir. Kollagenlə təmin edir. Sümükləri uzadır.
- Ürək üçün vacibdir. Orqanizmdə maye balansını təmin edir. Ürək-damara təzyiqi azaldır. İnfarkt və işemik xəstəlik riskini azaldır
- Sinusit, haymorit, angina, burun-qulaq-boğaz orqanlarının infeksiyaları, iltihabında istifadə olunur.
- Şəkərli diabet riskini azaldı, mədəaltı vəzinin işini normallaşdırır.
- Mədədə köp, qəbizlik zamanı işlədici kimi istifadə edilir. İshalın da qarşısını alır.
Kimlərə olmaz Podaqrası olanlar, böyrəklərində daş olanlar, mədə-bağırsağınnda yara olanlar ehtiyatlı olmalıdır. Əvəlik bədəndən artıq mayeni qovub çıxartdığı üçün, sidikqovucu təsir olduğu üçün, böyrəklərdən daşı tərpədə bilər. Eləcə də duz mübadiləsini poza bilər. Hamilələrə də qəti olmaz. [7]
Azərbaycanın dərman bitkiləri
redaktəDigər növləri
redaktə- Rumex acetosella
- Rumex arifolius
- Rumex alpinus
- Rumex aquaticus
- Rumex bucephalophorus
- Rumex conglomeratus
- Rumex crispus
- Rumex hydrolapathum
- Rumex longifolius
- Rumex lunaria
- Rumex maritimus
- Rumex nivalis
- Rumex obtusifolius
- Rumex palustris
- Rumex patientia
- Rumex pulcher
- Rumex sanguineus
- Rumex scutatus
- Rumex stenophyllus
- Rumex thyrsiflorus
- Rumex tingitanus
- Rumex triangulivalvis
Fotoqalereya
redaktəİstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 156. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 333.
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ "Arxivlənmiş surət". 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- ↑ "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- ↑ "Arxivlənmiş surət". 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.