Esgerabad Bilesuvar - Wikipedia
Əsgərabad — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Əsgərabad kənd inzibati ərazi dairəsində kənd.[3][4] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Əskərabad kəndi Aşağı Cürəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əskərabad kənd Soveti yaradılmışdır.[5]
Əsgərabad | |
---|---|
39°26′01″ şm. e. 48°34′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1316[2] |
Toponimikası
redaktəYaşayış məntəqəsi 1920-ci ildə Cənubi Azərbaycandan gəlmiş bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Güman edilir ki, bu ailələin başçısı Əsgər adlı şəxs olmuşdur.[6]
Tarixi
redaktəXX əsrin əvvəllərində Cənubi Azərbaycandan köçüb gələn bir qrup ailə Əsgərabad kəndinin əsasını qoymuşdur. Bu ailələrin başçısı el arasında hörməti olan, nüfuzuna görə sayılıb-seçilən Hacı Əsgər idi. Cənubi Azərbaycanın Biləsuvar əyalətində yaşayan Hacı Əsgər öz qohum-əqrabasıyla var dövlətini toplayıb Şimali Azərbaycanın Biləsuvar rayonuna pənah gətirir. Onlar qızıl pulla Biləsuvarda bir neçə yaşayış məntəqəsi alıb abadlaşdırırlar. Bunlara misal olaraq Biləsuvar rayonunun indiki Həzi Aslanov (Əsgərabad küçəsi, rayon qəbirstanlığı yerləşən ərazi) küçəsini, Biləsuvar rayonunun Amankənd kəndində yerləşən bir ərazini göstərmək olar. Bu ailələr adı çəkilən iki ərazidə az yaşayıblar, sonda Əsgərabad kəndinin ərazisini alıb abadlaşdırıblar. Kənddə Hacı Əsgərin nəvə-nəticələri indi də yaşayırlar.
Tarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Bolqarçayın sahilində, Muğan düzündə, rayonun cənub-şərqində yerləşir. Bəydili, Aşağı Cürəli, Ağalıkənd kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
Kəndin iqlimi isti və quru iqlimdir. İyul ayında orta temperatur +35 °C olur. Qışı mülayim keçir. Yanvar ayının orta temperaturu +7 °C. Yağıntıların miqdarı ildə 220–275 mm təşkil edir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 3401 | 1640 | 1761 |
2009[8] | ↗3876 | ↗1904 | ↗1972 |
İqtisadiyyatı
redaktəKənddə 1018 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir. Kənd əhalisinin əksəriyyəti kənd təsərrüfatı işlərilə məşğuldur. Kənddə həmçinin sənaye tipli AVA mebel fabriki də fəaliyyətdədir.
7 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.[9]
Mədəniyyəti
redaktəKənddə Əsgərabad kənd kitabxana filialı,[10] Əsgərabad kənd Mədəniyyət Evi,[11] Əsgərabad Poçt Şöbəsi (AZ1316) və Əsgərabad EATS[12] fəaliyyət göstərir.
Təhsil
redaktəKənddə Əsgərabad kənd tam orta məktəbi fəaliyyət göstərir.[13][14]
Bundan başqa kənddə Əsgərabad kənd uşaq bağçası fəaliyyətdədir.[15]
Din
redaktəKənddə bünövrəsi 1968-ci ildə qoyulmuş və 1995-ci ildə kənd sakinlərinin təşəbbüsü ilə tikintisi tamamlanmış Əsgərabad kənd məscidi yerləşir.[16] Məsciddə 21 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-416 olan Əsgərabad kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[17]
Səhiyyə
redaktəKənddə Əsgərabad kənd həkim məntəqəsi yerləşir.[18]
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
- ↑ https://www.e-gov.az/az/services/readwidenew/3544.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- ↑ Əsgərabad (Biləsuvar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 188. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 79.
- ↑ Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. president.az (az.)
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-17.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 72" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-17.
- ↑ "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Biləsuvar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 98" (PDF). 2019-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-05.
- ↑ "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 20" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
- ↑ "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.